"Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər..."

"Aprelin 25-də bunu eşidən Sədərək-Şərur camaatı Arazdəyənə hücum etmək istədilər...""İrəvanda aprelin 22-26-da azərbaycanlılara bazara çıxmağı qadağan etdilər... Şəhərin, eləcə də kəndlərin küçələrinə qara bayraqlar sancıldı..."

"Mən bilirdim ki, həmin azərbaycanlını öldürənlər Avşar kəndinin erməniləridir və onları tanıyırdım da..."

Dünən – aprelin 24-də qondarma "erməni soyqırımı"nın 109-cu ilini qeyd edən, təəssüf ki, hələ də xeyli hissəsi qatı irqçi, terrorçu xislətli olan erməni toplumu sovet dövründə, hələ azərbaycanlıların, Azərbaycan türklərinin "Ermənistan" adlanan Qərbi Azərbaycanda, İrəvanda, Zəngəzurda, Göyçədə, Basarkeçərdə yaşadığı illərdə də bu saxta tarixi qeyd edib. O cümlədən onun 50 illiyini... 1965-ci ildə...- Kremlin qılıncının dalı-qabağı kəsdiyi bir vaxtda...

Azərbaycanın müstəqilliyinin bərpası dönəmində aktiv fəaliyyət göstərmiş tanınmış ictimai-siyasi xadim, oxucularımıza maraqlı müsahibə, açıqlama və yazılarıyla tanış olan sabiq deputat, rəhmətlik Maksim Musayevin atası, sovet dövründə 10 il Ermənistan Ali Soveti sədrinin birinci müavini kimi çalışmış, hələ 1940-1950-ci illərdə Qərbi Azərbaycanın soydaşlarımızla ermənilərin yanaşı yaşadıqları bir sıra rayonlarda rəhbər vəzifələrdə, o cümlədən rayon partiya komitəsinin 1-ci kaibi işləmiş görkəmli sovet dövlət xadimi Talıb Musayev 2008-ci ildə nəşr edilən "Ermənilər və faciələrimiz" kitabının "1965-ci ildə "erməni soyqırımı"nın 50 illiyinə ermənilər necə hazırlaşırdılar?" başlıqlı bölməsində məhz həmin il Ermənistanda baş verənlər, azərbaycanlıların başına gətirilən faciəli olaylar barədə danışır.

Aktuallığını nəzərə alaraq həmin epizodu Moderator.az oxucularının nəzərinə çatdırırıq:

"1962-ci ildə Vedi rayonunda İcraiyyə Komitəsinin sədri işləyirdim. Təxminən sentyabrda Ermənistan KP MK-nın sabiq ikinci katibi, həmin ildə maarif naziri işləyən Suren Mikaelyan rayona gəlmişdi. Katiblə və mənimlə söhbət aparıb partiya fəallarının geniş iclasını aparmalı olduğunu dedi. Sonra mənə müraciət edib: "Musayev, sən burada ol, mən Baqratla - katiblə 15 dəqiqəyə məktəbə baş vurub gəlirik", -dedi.

Getdilər və doğrudan da, 20 dəqiqədən sonra qayıtdılar. S.Mikaelyan mənə dedi: "Musayev, Çanaxçı sovxozunun qışa hazırlıq vəziyyətini çox pisləyirlər. Mənə tapşırıblar ki, oranı yoxlayım, ora da uzaqdır. Sən Qarabağlarda işləyən zaman Çanaxçı sənin kəndlərindən biri olub. Ona görə də səndən xahiş edirəm, get Çanaxçıya, qışa hazırlıq məsələsini yoxla, sabah qayıt. Sənin o yoxlaman əsasında mən MK-ya- Zarubyana məruzə edəcəm"...

Doğrudur, ona "baş üstə" deyərək maşına oturub getdim, ancaq öz daxilimdə başa düşmüşdüm ki, bu, qondarma şeydi. Güman elədim ki, yəqin, mənimlə bağlı məsələ var, onu yoxlayacaq, bəlkə də müzakirə edəcəklər. Bu və ya bu kimi fikirlərlə Çanaxçıya çatdım. Silos quyularına baxıb, hesabdara tapşırdım ki, bu qışa nə qədər yem tələb olunur və nə qədər yem var – bu barədə bir məlumat hazırlasın. Uzağı bir saat məşğul olandan sonra oturub direktorla söhbət etdik. Bu vaxt mənim qabaqlar Qarabağlarda birgə işlədiyim iş yoldaşlarım da gəldi. Söhbət etdik və gecə də boş-bekar orada qaldım...

Səhər Vediyə qayıdanda öyrəndim ki, sən demə, 1965-ci ilin aprelində qondarma "erməni soyqırımı"nın 50 illiyinin keçirilməsi ilə bağlı hazırlıq işləri görülüb. Parlament fəallarının iclası da bağlı keçirilib...

Rayonda hesaba aldılar ki, 1915-ci il hadisələrini öz gözləri ilə görmüş neçə kişi-qadın var və onlarla söhbət apardılar...

1964-cü ilin əvvəlləri idi. İclasda Ermənistan KP MK-nın 1-ci katibi Zarubyan dedi ki, hələlik Moskvadan razılıq əldə edə bilməmişik. Və belə də bir söz işlətdi ki, "sizin çoxunuz bu barədə ancaq eşidibsiniz. Ancaq mən o vaxt uşaq olmuşam, atam-anam ölüb və qohumlarım məni gətirib Rusiyaya və orada yetimxanaya qoyublar. Rusca da təhsil almışam. Bilirsiniz ki, ermənicə də bilmirdim və elə indi də yaxşı danışmıram. Belə ki, bu məsələdən ötrü mən sizdən çox maraqlıyam. Çalışıram ki, soyqırımının 50 illiyini lazımınca keçirək. Mən Mokvada çox rəhbər işçilərlə danışdım, ancaq heç kəs razılıq vermədi. Son dəfə xarici işlər naziri Qromıkonun yanında oldum – o bir növ razılıq verdi. Elə mənə də bu lazım idi. İndi hazırlıq işləri gedir. Yubileyi keçirəcəyik. Çox ciddi hazırlaşmaq lazımdır və hazırlaşırıq..."

Beləliklə, 1965-ci ildə bədnam "yubiley" hay-küylə keçirildi... Onda artıq mən kolxoz sədri işləyirdim. Vedi rayonunda azərbaycanlılarla ermənilərin qarışıq yaşadığı 20 kənd var idi. Bütün kolxozçulara tapşırıldı ki, aprelin 15-dən 30-a kimi azərbaycanlılarla ermənilər bir yerdə işləməsin... Aprelin 22-dən 27-nə kimi idarələrdə, kolxoz-sovxozlarda azərbaycanlılar işə çıxmasınlar. Bu günlərdə heç kəs şadlıq məclisləri keçirməsin, maqnitofon, radio işləməsin. İrəvandan başqa heç bir yerdən radio-televizor tutmasınlar... İrəvanda aprelin 22-26-da azərbaycanlılara bazara çıxmağı qadağan etdilər... Şəhərin, eləcə də kəndlərin küçələrinə qara bayraqlar sancıldı...

Mənim o vaxt işlədiyim Şidli kənd kolxozunda ermənilər yox kimi idilər; cəmi 4 nəfər traktorçu, iki zootexnik və mal həkimi erməni idi. Onlara da dedim ki, aprelin axırına kimi işə çıxmasınlar... Əlbəttə, onlar başqa kəndlərdən idilər...

...23-24 apreldə ermənilər türk-azərbaycanlı adam axtarırdılar ki, öldürsünlər, özlərinə təsəlli versinlər və onun qanı ilə əllərini islatsınlar ki, əlləri müsəlman qanına batmış olsun... Belə murdar niyyət sahibi olan ermənilər, doğrudan da, Qaranlaq və Axta rayonlarında bir neçə azərbaycanlını qətlə yetirdilər... Eyni faciə Vedi rayonunda da baş verdi. Rayonun Dəvəli kəndində Ararat sement zavodu var. Burada Naxçıvanın Sədərək kəndindən bir neçə adam işləyirdi, bir nəfər də gecə gözətçisi idi. Aprelin 24-də ermənilər həmin gözətçini öldürüb əllərini onun qanına sürtmüşdülər. Ertəsi gün – aprelin 25-də bu hadisəni eşidən Sədərək-Şərur rayonunun camaatı Naxçıvandan bir neçə rəhbər işçiləri də cəlb etdilər ki, Arazdəyən dəmiryol stansiyasına hücum etsinlər və Dəvəli kəndindəki sement zavodunu partlatsınlar. Bunu bilən Vedi, Qəmərli rayon rəhbərləri və İrəvandan bir neçə rəhbər işçilər gəldilər və soz verdilər ki, həmin cinayəti törədənləri tapmağa çalışacaqlar. Və onların məhkəmələrinin Sədərəklə Dəvəli arasındakı Arazdəyən qəsəbəsində keçirilməsini təşkil edəcəklər. Bu zaman şübhəli adam kimi həbs olunmuş 3 nəfər dığanın adını çəkdilər. Əlbəttə, bu yaranmış böyük qalmaqalı yatırtmaq üşün bəhanə idi və bu, müvəqqəti də olsa, baş tutdu...

Lakin mən bilirdim ki, həmin azərbaycanlını öldürənlər Avşar kəndinin erməniləridir və onları tanıyırdım da..."

(Davamı var)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 489   Tarix: 26 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gürcüstandakı etiraz aksiyaları Zəngəzur və Naxçıvan yolunun açılmasını SÜRƏTLƏNDİRƏCƏK - ŞƏRH

Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyaları artıq demək olar ki, pik həddə çatıb. Mayın 1-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib. Qərbyönümlü fəallar, QHT, KİV və partiyalar parlamentə təsir göstərmək, "xarici agentlər"

6 may
.

ŞOK HADİSƏ: Toyuna az vaxt qalmış, 11 yaşlı şagirdini istismar etti - FOTOLAR

2022-ci ildə ABŞ-da "River Crest" İbtidai məktəbində işə başlayan 24 yaşlı ibtidai sinif müəllimi Madison Berqman haqqında ağlasığmaz faktlar ortaya çıxıb. xarici mənbəyə istinadən xəbər verir ki, Madison Berqman 11 yaşlı 5-ci sinif şagirdi ilə üç aydan az müddətdə cinsi əlaqədə olduğu iddias

6 may
.

Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. APA xəbər verir ki, nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 30 nəfər saxlanılıb. Onların hər birindən müxtəlif növ narkotik vasit

6 may
.

Qızıl ucuzlaşır - İndiki vaxtda bu məhsula yatırım isə RİSKLİDİR - VİDEO

Baha alanda, ucuz satırıq. Söhbət burada qızıldan gedir. Nəzərə alsaq ki, qızıl əşyaların alış və satış qiymətlərində böyük fərq olur. Bu zaman isə ağıllarda suallar yaranır. Qızıma yatırım etmək nə qədər qazanclıdır?. Qızıl qiymətinin dəyişdiyi bir dövrdə yatırımı qızıla edən hansı məhsullara üstünlü

7 may
.

Təmiz havaya həsrət qalan Xırdalan sakinləri DANIŞDILAR - VİDEO

Xırdalan sakinləri kəskin qoxudan şikayətçidirlər. Onların sözlərinə görə, Ceyranbatan su anbarı zir-zibillə çirklənib. Burada yaşayan sakinlər uzun müddətdir təmiz havaya həsrətdirlər. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem həllini tapmayıb. Ətraflı "İTV Xəbər"i

7 may
.

Dubayın 120 ən varlı ailəsi və fiziki şəxslərinin dodaq uçuqladan SƏRVƏTİ

Dubayda dünyanın 120-dən çox varlı ailəsi və fiziki şəxsləri yaşayır, onların ümumi sərvəti 1 trilyon dollardan çoxdur, çünki Birləşmiş Ərəb Əmirlikləri son on ildə, xüsusən də pandemiyadan sonra dünyanın hər yerindən minlərlə milyonçu cəlb edib. xarici KİV-ə istinadən bildirir ki, Dubay Beynəlxalq Maliyy

6 may
.

"Konfet kimi oğlansan, amma ..."

Teleaparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləməyi bacarıb. "Bakıvaxtı.az"a istinadən xəbər verir ki, Elgiz bu dəfə artıq çəkili sənət adamlarından söz salıb. O, proqramında qonaq olan müğənni Kazımcanın timsalında digər sənət adamlarına çağırış edib:. "Kazımcan

7 may
.

Çiyələk əkini tarixə qovuşa bilər – SƏBƏB NƏDİR? - VİDEO

Sabirabad çiyələyi təbii yetişdirildiyinə görə tam keyfiyyətli hesab olunur. Yığım müddətidə qısadır. Təqribən 20-25 gün ərzində məhsul yığılır və tamamlanır. Hazırda Sabirabadın Həkimxanlı kəndində çiyələk yığımı davam edir. Çiyələk əsasən bu kənddə açıq sahədə, kiçik təsərüfatlarda yetişdirilir. Eldəniz

6 may
.

"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?

Ukrayna bu yolla Rusiyanı dalana dirəmək istəyir. Artıq bir neçə aydır ki, Ukrayna dronları Rusiyanın neft emalı zavodlarını hədəf almaqda, bu zavodları nöqtə-zərbələrlə məhv etməkdədir. xəbər verir ki, ABŞ hərbi nəşri Ukrayna dronlarının niyə daha çox neft emalı zavodlarını zərbə endirdiyi ilə bağl

6 may