Mbappenin "Real Madrid"də nə qədər qazanacağı məlum olub

Mbappenin "Real Madrid"də nə qədər qazanacağı məlum olubYay transfer pəncərəsində PSJ-ni tərk edəcək hücumçu Kilian Mbappe "Real Madrid"ə keçmək üçün maaşının azaldılmasına razılaşıb. Futbolçu "qaymaqlılar"ın düşərgəsində təxminən 15 milyon avro (27,2 milyon manat) alacaq.

Bu barədə AS öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, Mbappe, həmçinin imic hüquqlarının 80%-nə sahib olacaq, bunun sayəsində onun gəliri, demək olar ki, iki dəfə arta bilər.

Qeyd edək ki, daha əvvəl Kilianın "Real"la 2029-cu ilə qədər müqavilə imzaladığı məlum olmuşdu. Hücumçunun komanda yoldaşlarına və PSJ-nin məşqçilər heyətinə cari mövsümün sonunda klubu tərk edəcəyini dediyi bildirilib.
Həmçinin "qaymaqlılar"ın prezidenti Florentino Peres Karlo Ançelottinin məşqçilər heyətinə Mbappenin "Real Madrid"in yeni oyunçusu olacağı barədə məlumat verib.

Mbappe bu mövsüm parislilərin heyətində bütün turnirlərdə 43 oyun keçirib, 43 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt" internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 180 milyon avrodur.(oxu.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 821   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zəlzələdə həyatını itirsə də, klub 400 minini ödəmir

Türkiyə klubu "Yeni Malatyaspor" 2023-cü ildə baş verən zəlzədə həyatını itirən futbolçusu Ahmet Eyüp Türkaslanın borclarını ödəmir. "Qafqazinfo" xəbər verir ki, bu barədə komandanın keçmiş prezidenti Ahmet Özköse məlumat verib. O bildirib ki, A.E.Türkaslana olan 400 min lirəlik bor

3 may
.

Arda Gülər ​​karyerasında bir ilk yaşayacaq

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülər karyerasında bir ilk yaşayacaq. -in xəbərinə görə, bu barədə "Defensa Central" nəşri məlumat yayıb. "Kadiz" ilə görüşdə ilk 11-likdə meydana çıxacağı gözlənilən Arda Gülər ​​bir ilki də yaşayacaq. Ulduz futbolçu ilk dəfə "Santyaq

3 may
.

"Bavariya"nın ulduz futbolçusu İspaniya nəhəngi ilə razılaşdı

"Bavariya"nın ulduz futbolçusu İspaniya nəhəngi ilə razılığa gəlib. Məlumata görə, Coşua Kimmix mövsüm sonunda "Barselona" klubuna keçəcək. Təcrübəli yarımmüdafiəçi artıq "Bavariya"da çıxış etmək istəmədiyini bildirib. Coşua Kimmix komanda dəyişmənin tam zamanı olduğun

4 may
.

İspaniya klubu ukraynalı futbolçuya görə cəzalana bilər

İspaniyanın "Jirona" klubu ukraynalı futbolçu Artyom Dobvikin transferinə görə cəzalandırıla bilər. "Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hüquqşünas Yevgeni Kuzmin futbolçunun transferinin Ukraynada vergidən yayınacaq şəkildə rəsmiləşdirildiyini bildirib

4 may
.

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

FIFA prezidenti Cianni İnfantino futbol qaydalarında dəyişiklik etmək istəyir. Məlumata görə, FIFA ölkədaxili futbolların xaricdə də oynanmasına icazə verəcək. Tətbiq ediləcək yenilik bütün dünya ölkələrinin klubları üçün də keçərli olacaq. Belə ki, istənilən klub başqa ölkənin stadionunda oynaya biləcək

4 may
.

Şahruddin Məhəmmədəliyev: Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək

Mövsümün sonunda Türkiyə klubundakı taleyimə aydınlıq gələcək. Bunu "Report"a açıqlamasında Türkiyənin "Adana Dəmirspor" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib. Qolkiper Türkiyə klubundakı gələcəyi ilə bağlı danışıb: "Adana Dəmirspor" klub

27 aprel
.

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazana

2 may
.

Ülviyyə Fətəliyeva vətənə qayıdıb

Yunanıstanda Avropa çempionatında qalib olmuş Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva vətənə qayıdıb. "Report"un məlumatına görə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar. Xatırladaq ki, Yunanıstanın Rodos şəhərind

1 may
.

Meydana çıxmaq üçün piyada keçidindən keçirlər - Video

Norveçin "KFUM Oslo" klubunun oyunçuları soyunma otağına getmək üçün piyada keçidindən istifadə edirlər. "Qafqazinfo" xəbər verir ki, buna səbəb soyunma otağının stadiondan kənarda yerləşməsidir. Klubun futbolçuları hər dəfə soyunma otağından meydana gəlmək üçün piyada yolunu keçidində

29 aprel