ƏHALİNİN NƏZƏRİNƏ! Tibbi arayışlarla bağlı YENİLİK, mayın 1-dən...

ƏHALİNİN NƏZƏRİNƏ! Tibbi arayışlarla bağlı YENİLİK, mayın 1-dən..."Beynəlxalq təcrübə göstərir ki, arayışların əldə edilməsi üçün tələb olunan tibbi xidmətlər tibbi göstəriş əsasında olmadığı və profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil edilmir. Bu baxımdan, sürücülük vəsiqəsi əldə etmək üçün arayış, sağlamlıq haqqında tibbi arayışlar, obliqat qrupların peşə ilə bağlı xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmə ilə bağlı arayışlar və s. ödənişli əsasla icra edilir".

Musavat.com xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov keçirilən təqdimat mərasimində deyib. Vüqar Qurbanov qeyd edib ki, may ayının 1-dən etibarən Sağlamlıq haqqında arayış və Sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq: "Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, Bakı şəhərindəki 14 tibb müəssisəsində və 56 rayon mərkəzi xəstəxanasında elektron arayışları almaq üçün zəruri infrastruktur yaradılıb, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlərə cəlb olunub, prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb və vətəndaşların xidmətinə təqdim olunub. İcbari tibbi sığorta sosial yönümlü layihə olduğundan 18 yaşa qədər uşaqların, hərbi xidmətə çağırılanların, xüsusi müəssisələrdə (məntəqə tipli cəzaçəkmə müəssisələrində) yaşayan şəxslərin sağlamlığı haqqında arayışlar, habelə övladlığa götürmə və himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan arayışlar icbari tibbi sığorta təminatına daxil edilməklə vətəndaşlara ödənişsiz əsaslarla təqdim edilir. Habelə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləri üçün bütün tibbi arayışlar ödənişsiz əsaslarla təmin edilir. Sağlamlıq haqqında arayışların verilməsi üçün bir çox ixtisaslı həkim müayinələrindən, laborator-instrumental müayinə və analizlərdən keçmək vacibdir. Bu baxımdan da arayışlar üçün tariflər müəyyən olunarkən tibbi xidmətlərin maya dəyəri, ixtisaslı həkim baxışı, instrumental-laborator müayinələrin həcmi nəzərə alınıb".

Vüqar Qurbanov əlavə edib ki, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq, sağlamlıq haqqında arayışın rüsumu şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması tədbirləri çərçivəsində ödəniş terminalları vasitəsilə həyata keçirilir.

TƏBİB sədri hər bir tibb müəssisəsində ödəniş terminallarının quraşdırıldığını, ödənişlər terminallar vasitəsilə rahat formada həyata keçirildiyini bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2423   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO

32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Şəki rayonun Aşağı Kəldək sakini Aybəniz Məsimova sosial müavinət ala bilmir. Onun sözlərinə görə, həyat yoldaşından geri qalan nikah müqaviləsi sosial müavinət almaqda problem yaradır. "Ünvanlı sosial yardım üçün müraciət edəndə məndən sənədləri

10 may
.

İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir

Şuşa şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur. Bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə - qardaş ölkələrə öz təşəkkürümü bildirmək istəyirəm. "Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Xarıbülbül" VII Beynəlxalq Musiq

11 may
.

Günəşdə 25 ilin ən güclü partlayışı baş verib

Günəşdə ən yüksək X dərəcəli partlayış baş verib. Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Bildirilib ki, bu, son 25 ilin ən güclü partlayışlarından biridir. Günəş enerjisi emissiyalarının aktiv mərkəzinin yerini nəzərə ala

10 may
.

Vasif Talıbov 1 il sonra göründü - Fotolar

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbov ailəsinin fotolarını paylaşıb. "Qafqazinfo" xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günündə paylaşılan ailə şəkillərində V.Talıbov xanımı, oğlu və nəvəsi ilə görüntülənib. Sabiq sədrin ailəs

11 may
.

Azərbaycanda vəfat edən tələbə bir gün əvvəl əməliyyat olunubmuş - AÇIQLAMA + YENİLƏNİB

"Əməliyyatdan dərhal sonra dünyasını dəyişib". Bu barədə -a Bakı Slavyan Universitetindən tələbə Sevinc Bayramovanın ölümü barədə bildirilib. Universitetdən Sevinc Bayramovanın heç bir xəstəliyi olmadığı vurğulanıb:. "Tələbənin xəstəliyi yox idi. Bir müddət əvvəl qızılcaya yoluxmuşdu

11 may
.

Orqanlarda qanaxmaya səbəb olan virusun məskəni tapıldı

Nigeriya tarixinin ən pis epidemiyalarından biri ilə mübarizə aparmağa çalışarkən, Fransanın paytaxtı Parisdə bir xəstəyə Lassa qızdırması diaqnozu qoyulub. "Ölkə.az" xəbər verir ki, Fransanı narahat edən hal bu yaxınlarda xaricdən qayıdan bir əsgərdə də aşkar edilib. Adı açıqlanmayan xəst

10 may
.

Baş Prokurorluqdan Sumqayıtda azyaşlının ölümündə təqsirləndirilən məşqçi ilə bağlı MÜRACİƏT

"Təəssüflə bildiririk ki, bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq Mehman Xəlilovun Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə

10 may
.

Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedə bilər - SİYAHI

Azərbaycan dünya pasportlarının reytinq cədvəlində 58-ci yerdə qərarlaşıb. -in məlumatına görə, hazırda Azərbaycan vətəndaşları 40-a yaxın ölkəyə vuizasız gedə bilərlər. 46 ölkədə isə viza gəldikdən sonra əldə edilə bilər. 155 ölkədə isə viza öncədən tələb olunur. "Ölkədən getmək, ölkəyə gəlmə

10 may
.

Salim bin Məhəmməd əl-Malik: "Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir"

"ICESCO fəxr edir ki, Prezident İlham Əliyev onun planlarını və Azərbaycanla bağlı proqramlarını dəstəkləyir və təşkilat da öz növbəsində ona öz vəfa borcunu yerinə yetirir". AZƏRTAC xəbər verir ki, bu sözləri ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik "Xarıbülbül" VII Beynəlxal

11 may