"Zal Yusifova görə MTN-ə müraciət etdim"

"Zal Yusifova görə MTN-ə müraciət etdim"2012-ci ilin mart ayına qədər "Texnikabank" adlanan bankın Müşahidə Şurasına rəhbərlik etmiş, hazırda "Bank Technique"nin rəhbəri Etibar Əliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə istintaqa cəlb olunub.
Etibar Əliyev cinayət işi üzrə şahid qismində dindirilib.
O, bildirib ki, 1993-cü ildən "Rəşad Bank" ASC-nin idarə heyətinin sədri olub, 1998-ci ildən bankın adı dəyişdirilərək "Texnikabank"olub: "Həmin vaxtdan bankın Müşahidə Şurasının sədri təyin edilmişəm. 2012-ci ilin mart ayının 6-dək həmin vəzifədə işləmişəm".
Etibar Əliyevin sözlərinə görə, MTN-nin İstintaq Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə banka məxsus pul vəsaitlərinin mənimsənilməsi və digər faktlara görə həbs edilib: "Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il şərti cəza almışam. 2015-ci il noyabr ayının əvvəlindən yenidən "Texnikabank" ASC-nin Müşahidə Şurasının sədri təyin edilmişəm. 1 fevral 2016-cı il tarixdən bankın lisenziyası geri çağırılıb, hazırda bank ləğv olunma mərhələsindədir".
Etibar Əliyev qeyd edib ki, bankın "Bakı" filialının müdiri vəzifəsində işləmiş Zal Yusifovun onun barəsində verdiyi ifadənin heç bir hüquqi əsası yoxdur: "Zal yalnız özünün etdiyi cinayətlərə don geyindirmək, özünü müdafiə etmək məqsədi güdüb.
Zal Yusifov filial müdiri olduğu müddətdə ayrı-ayrı vətəndaşları aldatmağa nail olub. Onlara guya xaricdən mal-material, tikinti materialları gətirdiyini, bu səbəbdən ona pul vəsaiti lazım olduğunu bildirməklə vətəndaşları aldadıb, onlardan külli miqdarda vəsait alıb. Şifahi razılaşmaya əsasən, onlara aylıq 10-20 faiz həddində pul vermək öhdəliyi götürüb. Pullar isə banka mədaxil edilməyib və balansa salınmayıb.
Eşitdiyimə görə, Zal Yusifov təxminən 2-3 il ərzində həmin fəaliyyətlə məşğul olub, sonralar aldığı vəsaitləri ödəyə bilmədikdə həmin vətəndaşların təsiri ilə filialın adından heç bir əsası və qeydiyyatı olmayan əmanət kitabçası, kassa mədaxil orderləri verməklə vətəndaşları yenidən aldadıb.
Əslində isə Zal Yusifov aldığı vəsaitləri öz maraqlarına uyğun istifadə edib. Vəsaitlərin böyük hissəsini təkrar həmin vətəndaşlara, əsasən Nizami Kazımova, Hüseyn Səfərova və başqalarına qaytardığı hallar da olub".
Etibar Əliyev qeyd edib ki, yüksək faizləri ala bilməyən vətəndaşlar sonradan pullarını geri tələb ediblər: "Bu zaman Zal Yusifovun əməllərinin üstü açılıb, həmçinin audit yoxlaması nəticəsində filialın kassasından təxminən 4.000.000 manat çatışmazılıq aşkarlanıb. Bu işlərdə Zal Yusifovun ən böyük köməkçisi oğlu olub. Zal Yusifov özü bankdan götürdüyü pulu yüksək faiz kimi verdiyini etiraf edib. Onun aldatdığı Nizami Kazımov, Hüseyn Səfərov, Nail Rzayev və adlarını xatırlamadığım digər şəxslər bankdan pullarını tələb ediblər.
Bu məsələlərin və banka qarşı təxribatın araşdırılması üçün MTN-ə bankın adından rəsmi məktubla müraciət edilib. İstintaq aparılaraq Zal Yusifov, oğlu, bankın "Bakı" fililalının xəzinədarı, mühasib və digər şəxslər məhkəmə hökmü ilə məhkum ediliblər".
Etibar Əliyevin sözlərinə görə, Nizami Kazımov, Hüseyn Səfərov, Namil Rzayevi həmin məsələnin üstü açılandan sonra tanıyıb: "Nizami Kazımov və zərərçəkmiş digər vətəndaşlara vəsaitlərinin qaytarılacağı barədə vəd verməmişəm. Bunun qarşılığında onları şikayətdən çəkindirməmişəm. MTN-nin istintaq baş idarəsini rəisi işləmiş Mövlam Şıxəliyev, həmin idarənin şöbə rəisi Vüsal Ələkbərov və digər şəxslər məndən pul və ya sair qiymətli əşyalar istəməyiblər. Onlar məndən nə pul, nə də qiymətli əşya alıblar".
Qeyd edək ki, Vüsal Ələkbərovun cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırlalacaq.
O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Mənbə: teleqraf


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1342   Tarix: 10 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Bu məşhur kafe və restoranlar cərimələndi - SİYAHI

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədil

11 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021