Azərbaycanda dollar 1,90 manat oldu

Azərbaycanda dollar 1,90 manat olduYanvarın 10-da hərraca böyük məbləğdə dollar çıxarılması, daha dəqiq desək, yeni ildə ilk dəfə banklara 300 milyon dollarlıq satış valyuta bazarında nisbi stabillik yaradıb.

"Qara bazar"da dollar ucuzlaşmağa başlayıb.

Dollar satışı həyata keçirən şəxslərdən əldə etdiyi məlumata görə, yanvarın 11-də "qara bazar"da dollar 1,87 manata alınıb, 1,90 manata satılır.

Xatırladaq ki, yanvar ayının 5-dən sonra dolların "qara bazar"dakı alış-satış qiyməti 1,91-1,93 manat təşkil edirdi.

Qeyd edək ki, yanvar ayının 11-də Azərbaycan Mərkəzi Bankının (AMB) məzənnəsinə əsasən dolların kursu 1,7742 manat müəyyən edilib.

Mənbə: fins.az

İqtisadiyyat   Baxılıb: 3587   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Dollar ucuzlaşdı

10 yanvar 2017