"Bacımı hər kim öldürüb, mənə o qatili tapın" - Xoşqədəmin verilişində qalmaqallı anlar - FOTOLAR

"Bacımı hər kim öldürübsə, aşkara çıxsın istəyirəm. Atam öldürüb, qardaşım öldürüb, qonşumuz öldürüb. Kim öldürübsə, aşkara çıxsın".

Lənkəran rayonunun Nərimanabad qəsəbəsində itkin düşən 24 yaşlı Təranə Ağayevanın bacısı Nazəndə üsyan edib.

Ötən gün Xəzər TV-də efirə gedən "Bizə danış" verilişində Ağayevlər ailəsi qızlarını axtarmaq üçün efirə çıxıb:

"Biz bilmirik bacımız haradadır. Atam hazırda xəstədir. Bilmirik bacımız haradadadır, kimsə öldürüb və ya nə edib. Aşkara çıxmasını istəyirik".

Qeyd edək ki, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində 24 yaşlı Təranə Ağayevanın 2012-ci ildə itkin düşməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Gənc qızın qardaşı tərəfindən öldürüldüyü bildirilsə də, bu iddia təsdiqini tapmayıb və polis tərəfindən saxlanılmış Fuad Ağayev sərbəst buraxılıb.
"Bacımı hər kim öldürüb, mənə o qatili tapın" - Xoşqədəmin verilişində qalmaqallı anlar - FOTOLAR"Bacımı hər kim öldürüb, mənə o qatili tapın" - Xoşqədəmin verilişində qalmaqallı anlar - FOTOLAR"Bacımı hər kim öldürüb, mənə o qatili tapın" - Xoşqədəmin verilişində qalmaqallı anlar - FOTOLAR"Bacımı hər kim öldürüb, mənə o qatili tapın" - Xoşqədəmin verilişində qalmaqallı anlar - FOTOLAR"Bacımı hər kim öldürüb, mənə o qatili tapın" - Xoşqədəmin verilişində qalmaqallı anlar - FOTOLAR

Maraqlı   Baxılıb: 846   Tarix: 11 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az