Deputatın ayağını dişlədilər - PARLAMENTDƏ DAVA

Deputatın ayağını dişlədilər - PARLAMENTDƏ DAVADünən Türkiyə parlamentindəki əlbəyaxa dava zamanı ilginc hadisələr yaşanıb.

Hadisə zamanı müxalif "Cümhuriyyət Xalq Partiyası"nın deputatları "Ədalət və İnkişaf Partiyası"nın (AKP) millət vəkili olan Məhəmməd Baltanın ayağını dişləyiblər, Fatih Şahinin isə burnunu qırıblar.

AKP qrupunun rəhbəri Mustafa Elitaş bu barədə açıqlama verib. O bildirib ki, müxalif partiyanın deputatlarının hücumu zamanı burnu qırılan Fatih Şahin hazırda əməliyyat olunur: "Bununla yanaşı Məhəmməd Baltanın da ayağını dişləyiblər. Bu hadisədən sonra parlamentdə yalnız millət vəkillərinin olmadığı müəyyənləşib. Məlum oldu ki, parlamentdə deputatlarla yanaşı başqa insanlıqdan kənar məxluqlar da var".

Qeyd edək ki, dünən Türkiyə Böyük Millət Məclisində (TBMM) konstitusiyaya edilən dəyişikliklərin müzakirəsi zamanı dava düşüb. Dəyişikliklərə etiraz edən müxalif CHP təmsilçiləri ilə AKP-li deputatlar arasında söz dueli sonda yumruq davası ilə nəticələnib. Bu səbəbdən səsvermə təxirə salınıb.

mənbə: bakipost.az

Dünyada   Baxılıb: 623   Tarix: 12 yanvar 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR


vipemlak.az