Dağlıq Qarabağla bağlı Bakıdan SƏRT MESAJ

Dağlıq Qarabağla bağlı Bakıdan SƏRT MESAJÖtən ilin aprelində Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hadisələrdən, konkret olaraq Azərbaycan Ordusunun Ermənistan silah birləşmələrinə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin bir hissəsi azad edildi.

Ciddi uğursuzluğa düçar olduğunu görən Ermənistan rəhbərliyi dərhal beynəlxalq vasitəçilərin, daha dəqiq desək, Rusiyanın köməyi ilə döyüş əməliyyatlarının dayandırılmasını və məsələnin danışıqlar yolu ilə həllinə razılıq verdiyini bildirdi.

Lakin gözlənildiyinin əksinə olaraq, danışıqlar yenə də heç bir müsbət nəticə vermədi. Əksinə, ermənilər yaranmış fasilədən istifadə edərək həm Rusiyadan əlavə müasir silahlar və hərbi texnika əldə etdilər, həm də cəbhə xəttində və ordudakı boşluqların doldurulmasına, çatışmazlıqların aradan qaldırılmasına müəyyən qədər nail oldular. Daha sonra bundan ruhlanan Ermənistan rəhbərliyi yenidən boğazdan yuxarı bəyanatlar səsləndirməyə, cəbhə xəttində, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təxribatlar törətməyə başladı.

Ermənistan rəhbərliyinin son açıqlamaları da göstərir ki, onlar bu məsələdə hadisələrin gedişatından razıdırlar. Onların bu razılığının səbəbi isə arxasında duran qüvvələrin dəstəyi ilə bağlıdır.

Məsələn, Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 20-də 2016-cı ilin aprel ayında Dağlıq Qarabağ münaqişəsi zonasındakı cəbhə xəttində 4 günlük məşhur hərbi əməliyyatlarda iştirak etmiş və tərxis olunan hərbçilərlə çay süfrəsi arxasında görüşərək bir sıra mesajlar verib. Sarkisyanın dediklərindən belə məlum olur ki, Dağlıq Qarabağ probleminin həllinə dair aparılan danışıqlar hazırda İrəvanı tam qane edir. "Müharibənin əleyhinə olan beynəlxalq mühit də rəsmi İrəvanın maraqlarına xidmət edir", - deyən Sakisyan status-kvonu mümkün qədər uzatmağa çalışacaqlarına işarə edib. Onun sözlərinə görə, Dağlıq Qarabağın statusu müəyyənləşmədən ətraf torpaqların boşaldılmasından söhbət belə gedə bilməz, çünki Madrid prinsipləri statusun müəyyənləşməsini tələb edir. Beynəxalq vasitəçilər də İrəvanın mövqeyini dəstəkləyir.

Lakin rəsmi Bakının işğalçılara cavabı özünü çox gecikdirməyib. Yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev hərbçilərlə görüşündə deyib ki, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir: "Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək! Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin! Bu, olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həm tarix, həm də bütün dünya birliyi belə qəbul edir".

Prezident İlham Əliyevin hərbçilərlə bugünkü toplantısında dediyi sözlərə görə isə, ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir və ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir: "Bu gün dünya da bilir ki, sözün əsl mənasında həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır".

Məhz bu amilə əsaslanan dövlət başçısı yanvarın 10-da keçirilən iclanda bəyan etmişdi ki, Azərbaycan bu problemi istəyinə uyğun həll edəcək: "Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur".

Mənbə: milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2256   Tarix: 23 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Növbəti delimitasiya zamanı hansı kəndlər QAYTARILACAQ? - Açıqlama

Xəbər verdiyimiz kimi, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Hansı əraziləri

25 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

İlham Əliyev: "Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır"

"Zəngəzur dəhlizinə gəldikdə, qeyd etdiyiniz kimi, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda bu məsələ aydın şəkildə əks olunur. Bəli, "Zəngəzur dəhlizi" sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yo

23 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel