"Mənə evlənmək lazımıydı?" – azərbaycanlı ifaçı

"Mənə evlənmək lazımıydı?" – azərbaycanlı ifaçı"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Elton Hüseynəliyev olub.

Həyat yoldaşı ilə yerə-göyə sığdıra bilmədiyi sevgisindən danışan müğənni, ilk olaraq sevgililər günündən söz açıb:

"Xanımımı təbrik etmişəm. Sizin efir vasitəsilə bir daha təbrik edirəm. Demək istəyirəm ki, nə yaxşı mənim həyatımdadır. Allah bütün sevənləri xoşbəxt etsin. Allah balalarımızın xoş günlərini bizə qismət etsin. Mən onu çox sevirəm və çox xoşbəxtəm".

Daha sonra Elton, qadına daim sevgi göstərilmənin vacibliyindən danışaraq, tez-tez ayrılıb-barışan cütlükləri qınayıb:

"Sevginin günü olmur. Bunu efir xatirinə demirəm. Mən tez-tez evə gül buketi alıb aparıram. Diqqətli olmaq lazımdır. Xanımlar gülü çox sevirlər. Bu gün daha böyüyünü alıb aparmaq lazımdır".

Evləndikdən sonra sevginin azalması doğrudurmu? – sualına isə müğənni bu cür cavab verib:

"Mən 22 yaşımda ailə qurdum. Başlarda ailənin nə olduğunu anlaya bilmirdim. Düzdür, övladım da olmuşdu. Ancaq mən o ağırlığı hiss edə bilmirdim. İndi 34 yaşım var və tam anlayıram ki, övlad və ailə nə deməkdir. İndi həm xanımımı, həm də övladlarımı daha çox istəyirəm.

İndi çox vaxtım olur. Çalışıram onlarla keçirim. İstanbuldan gəldim. Efirə getdim qayıtdım. Evdə uşaqlarımın məktəbdən gəlməsini gözlədim. Gəldilər. İki saat oynadıq. İndi artıq içimdən gəlir ki, mən bunu istəyirəm".

Elton heç çəkinməyərək, əvvəllər ailə qurduğuna peşiman olduğunu da dilə gətirib:

"O vaxtlar hirslənəndə deyirdim ki, bu evlilik mənə lazımıydımı? Mənim sənətlə məşğul olan vaxtımıydı. Ancaq indi düşünürəm ki, yaxşı ki, tez ailə qurmuşam. İndi övladlarım böyüyüb".

Əvvəllər oğlan övladı istəyən Elton indi belə görünür ki, görəcəyini görüb və fikrindən birdəfəlik daşınıb:

"İndi deyirəm ki, qızlarıma qurban olaram. Dostlarımın oğlan övladlarını görürəm, deyirəm oğlan böyütmək çox çətindir. İpinin üstünə odun yığmaq olmur. Qız ata-anaya tabe olan bir övladdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2994   Tarix: 21 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

25 aprel
.

Cavanşir Məmmədovun ölümündən əvvəlki SON GÖRÜNTÜSÜ - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov toyda çıxıış edərkən videosu yayılıb. bildirir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının birində toyda ifa edib. Həmin görüntünü təqdim edirik:

20 aprel
.

"Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını..."

"Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır". OLAY yazır ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, müğənninin ölümü ilə bağlı kədərini dilə gətirib:. "Sonuncu danışığım qızının keçmiş həyat yoldaşını verilişdən uzaqlaşdırmağıml

20 aprel
.

Aygün və Namiq toyda hərəkətləri ilə DİQQƏT ÇƏKDİLƏR - VİDEO

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu növbəti dəfə bir araya gəliblər. Sənətçilər paytaxt restoranlarının birində keçirilən toyda səhnə alıblar. Sevilən duetlərini səsləndirən Kazımova ilə Qaraçuxurlu səhnədə ifaları zamanı hərəkətləri ilə qonaqların diqqətini çəkiblər. Aygün Namiqi

22 aprel
.

"Babamın haqsızlığa ürəyi dözmədi" - Cavanşir Məmmədovun nəvəsi

Aprelin 20-də qəfil ürəktutması nəticəsində vəfat etmiş Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi onun haqqında paylaşım edib. xəbər verir ki, mərhum müğənninin nəvəsi Rəfiqə Qafarova öz sosial şəbəkə hesabında babası ilə bağlı . "Babamın haqsızlığa ürəyi dözmədi" deyə şərh yazıb. O öz yazdıqların

22 aprel
.

Oğlu Cavanşir Məmmədovun məzarı önündə GÖZ YAŞI TÖKDÜ - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün dünyasını dəyişən Əməkdar artist Cavanşir Məmmədov Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Bizim.Media xəbər verir ki, sənətkar dəfn olunduqdan sonra oğlu Xəqani onun məzarı önünə gəlib. Atasının itkisi ilə barışa bilməyən Xəqani onun məzarı üstə göz yaşı axıdıb. Ətraflı

20 aprel
.

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı paylaşım etdi

Əməkdar artist Firuzə İbadova mərhum Əməkdar artist, duet ortağı Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam,az xəbər verir ki, müğənni həmkarının ad günündə lentə alınan fotosunu yayımlayaraq bu sözləri yazıb:. "Sənət dostum, əzizim 29 illik işimiz ölməyəcək, nə qədər ki, mən sağam. Bu gün ço

21 aprel
.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21 aprel
.

Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı

Aparıcı İlqar Mikayıloğlunun vəkil həyat yoldaşı Zülfiyyə Bayramova paylaşımı ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, o, xəstəxanadan video yayımlayıb. Z.Bayramovanın əməliyyat olunduğu əks edilib. O, paylaşıma "Allah bütün xəstələrə şəfa versin" şərhini yazıb. Qeyd edək ki, Z.Bayramov

20 aprel