Azərbaycanda hamilə qadın qadın əməliyyatdan sonra çarəsiz duruma düşdü – VİDEO

Azərbaycanda hamilə qadın qadın əməliyyatdan sonra çarəsiz duruma düşdü – VİDEOHamiləlik boyu normal göstəricilər olsa da, doğuş vaxtı həkimlər gənc qadını qeysəriyyə əməliyyatına alıb.

Oxu.Az Xezerxeber.az-ə istinadən məlumat verir ki, Respublika Kliniki Xəstəxanasında baş verən hadisələr elə qeysəriyyə əməliyyatından sonra yaranıb.

3 gün sonra evə buraxılandan sonra üstü qızarmağa başlayan yara partlayıb.

Təkrar xəstəxanaya qaytarılan 24 yaşlı ana yenidən əməliyyat olunub və uşaqlığı tamamilə götürülüb. Başqa sözlə, qadın bir daha ana ola bilməyəcək.

Problemlər bununla da yekunlaşmayıb. 2-ci əməliyyatdan sonra hərtərəfli müayinə olunan və səhhətində heç bir problem olmadığı deyilən gənc ana, evə gələndən sonra öd kisəsi fəaliyyətini dayandırıb və kəskin ağrılarla yenidən xəstəxanaya aparılıb.

Bu xəstəxanaya etibarı qalmayan ailə, qızlarını başqa birində müayinə etdirib və onda Hepatit C virusu da aşkarlanıb. Baxmayaraq ki, indiyədək heç bir simptomu müşahidə olunmayıb. Qadının anası virusun qeysəriyyə əməliyyatında yoluxduğunu deyir. Bir sözlə, gənc qadın körpəsinin sevincini yaşamadan şam kimi əriyir. Məsələ ilə bağlı qalmaqalın mərkəzindəki həkim Pərvanə Hüseynova ilə əlaqə saxladıq. O, normal doğuş göstərişinə baxmayaraq, qeysəriyyə əməliyyatı etməsini əsaslandırmağa çalışıb.

Ginekoloq Pərvanə Hüseynova evə buraxılandan sonra yaranın partlamasını da gənc qadının nadir xəstəliyi ilə əlaqələndirir.

Həkim xəstənin içində nəyisə qalması və əməliyyatdan Hepatitin yoluxması iddialarını isə qəbul etmir. Onun sözlərinə görə, qadının öd kisəsində daşın olduğu əvvəldən məlum idi və sonradan sancılar verməsinin qeysəriyyə əməliyyatı ilə əlaqəsi yoxdur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə də əlaqə saxladıq və qeyd olundu ki, xanımın problemi ilə şəxsən maraqlanacaqlar və məsələ araşdırılacaq.

Sonxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1883   Tarix: 24 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021