Manatın düşməsinin neftin qiyməti ilə əlaqəsi varmı? - bu da cavab

Manatın düşməsinin neftin qiyməti ilə əlaqəsi varmı? - bu da cavab"Azərbaycanın manatının dollara nisbətən məzənnəsi neftin qiymətindən asılı olmayaraq formalaşır"

Sonxeber.az "Apa- economics"ə istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

"Jurnalistlər və bizim bəzi deputatlarımız məzənnə ilə neft qiymətləri arasında əlaqə axtarırlar. Axtarmayın, tapa bilməyəcəksiniz. Çünki məzənnə ilə neft qiymətləri arasında əlaqə yoxdur. İndiki halda əlaqə yoxdur. Bu, bilərəkdən belə müəyyənləşdirilib. 1998-ci ildə biz Dövlət Neft Fondunu yaradanda bilirdik ki, bir il ərzində ölkəmizə ÜDM-in 5 qatı həcmində valyuta daxil olacaq. Ona görə, biz həmin valyutanı iqtisadiyyatdan sterilizasiya edirdik, həmin valyuta Dövlət Neft Fonduna gedirdi. Həmin dollar kütləsi bazara çıxmadığına görə, onun məzənnəyə təsiri yoxdur. İndi dollar bazara necə çıxır? Dövlət Neft Fondu büdcə öhdəliklərini yerinə yetirmək üçün dollardakı vəsaitini bazara çıxarır, manata çevirir və büdcəyə transfer edir. Bu da yenə neftin qiymətləri ilə əlaqəli deyil. Çünki Dövlət Neft Fondu dolları ucuz olanda alıb, baha olanda satmır. Fondun büdcə ödənişlərini təmin etməklə bağlı öhdəliyi var. Dövlət Neft Fondu da büdcə qarşısındakı öhdəliyini Mərkəzi Bank və Maliyyə Nazirliyi ilə müəyyən edərək lazım olan vaxtda, lazımı məbləğlərdə dollar sataraq yerinə yetirir. Neftin qiymətinin bizim iqtisadiyyatın dayanıqlığına təsiri var. Amma neftin qiymətinin birbaşa dolların məzənnəsinə təsiri yoxdur", - deyə R.Aslanlı vurğulayıb.

Neftin qiymətinin Rusiyada məzənnənin formalaşmasında roluna gəlincə, R.Aslanlı bunu belə izah edib: "Rusiyada iki fond var - büdcənin sabitləşməsi və yığım üçün fond. Burada gələn vəsaitlərin bazarda o fonda satılması ilə bağlı tələb var. Stabilləşmə fondu ehtiyac olan məbləğdə vəsait aldıqdan sonra, qalanı yığım fonduna yönəldilir. Bundan başqa, Rusiyada neft şirkətləri neftin qiymətinə bağlıdırlar. Neftin qiyməti artanda onların ödəmələri də artır. Ödəmələri artanda onlar gəlir kimi əldə etdikləri dolları bazarda satmalıdırlar. Ona görə ki, neftin qiyməti qalxanda çoxlu dollar əldə ediblər və eyni zamanda çoxlu da ödəmə etməlidirlər. Ödəmələr adətən rubl ilə olur. Buna görə, bazarda çoxlu dollar satmalıdırlar. Bazara da çoxlu dollar çıxan zaman məzənnə düşür. Ona görə, neftin qiyməti qalxanda rublun da qiyməti qalxır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1137   Tarix: 24 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Unla bağlı yenilik olacaq

"Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qid

18 aprel
.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral
.

Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ AÇIQLAMA/VİDEO

Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir. Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub. Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə

26 fevral
.

Xiyarın qiyməti kəskin azaldı

Şəmkir rayonunda xiyarın topdansatış qiyməti kəskin azalıb. İqtisadiyyat.az xəbər verir ki, məhsulun hazırda sortundan asılı olaraq topdansatış bir kiloqramının qiyməti 0,7-0,9 manat arasında dəyişir. Bu tərəvəzin 10 kiloqramlıq kisəsi topdansatış 7-9 manata təklif olunur. Bakıda isə supermarketlərd

23 aprel
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Azərbaycanda siqaretin qiyməti yenidən BAHALAŞACAQ - AÇIQLAMA

Son olaraq bir yanvar 20224-cü il tarixində siqaretlərin qiyməti bahalaşıb. Bu bahalaşmadan sonra bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb. "Sobranie" siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 manat qiyməti artırılıb. Bəs yenidən tütün məmulatlarınd

23 aprel
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral