Şad xəbər! Xərçəngin dərmanı tapıldı
Antarktidada yerləşən "Akademik Verdanskiy" stansiyasında işləyən Ukrayna alimləri xərçəng əleyhinə dərmanın yaradılmasına nail olublar.
Bu haqda Ukraynanın Milli Antarktida Mərkəzinin direktoru Valeriy Litvinov deyib.
Onun sözlərinə görə, dərman ekstremal şəraitdə yaşayan və ekstremal imkanlara malik olan Antarktik mikroorqanizmlər əsasında yaradılmışdır.
Qeyd olunur ki, "Melovit" adlandırılan dərmanın lisenziyasını biologiya institutu artıq alıb. Lakin, dərman klinik sınaqlardan sonra geniş kütlənin istifadəsinə veriləcək.
Mənbə:Trend
Sağlamlıq Baxılıb: 1979 Tarix: 18 mart 2017
Şikayətiniz varsa Whatsapp: 050 3422489
Facebookda Paylaş