Dünyanın ən xoşbəxt ölkələrinin reytinqi - Azərbaycan neçəncidir?

Dünyanın ən xoşbəxt ölkələrinin reytinqi - Azərbaycan neçəncidir?"Sustainable Development Solutions Network" (SDSN) şirkəti BMT-nin sorğusu əsasında hazırlanmış "Dünya xoşbəxtlik hesabatı-2017" hesabatını dərc edib.

Sonxeber.az report-a istinadən xəbər verir ki, hesabata əsasən, Norveç dünyanın ən xoşbəxt əhalisi olan ölkə kimi tanınır. Reytinqdə ikinci yerdə Danimarka, üçdə İslandiya yerləşir, sonrakı yerləri isə İsveçrə, Finlandiya, Hollandiya, Kanada, Yeni Zelandiya, Avstraliya və İsveç tutub.

Azərbaycan reytinqdə 85-ci yerdədir. Regionun digər ölkələri - Ermənistan 94-cü, Gürcüstan isə 125-ci yerdə qərarlaşıb.

Bu siyahıda ABŞ 14-cü, Rusiya isə 49-cu olub.

Qeyd olunur ki, 155 ölkədən ibarət olan siyahida Tanzaniya, Burundi və Mərkəzi Afrika Respublikası sonuncu yerləri tutub.

Xatırladaq ki, bu gün, martın 20-si dünyada Beynəlxalq Xoşbəxtlik Günü qeyd olunur.

Maraqlı   Baxılıb: 1759   Tarix: 20 mart 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az