Azərbaycanlı tələbə erməni müəllimi işdən necə qovdurdu? - FOTO

Azərbaycanlı tələbə erməni müəllimi işdən necə qovdurdu? - FOTOAzərbaycan Dillər Universitetinin (ADU) Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültəsinin tələbəsi olan Fatimə Şirəliyeva təhsil aldığı 2012-2016-cı illər ərzində həm dərslərində, həm də universitetin ictimai həyatında aktivlik göstərən tələbələrdən olub.

Sonxeber.az modern.az-a istinadən xəbər verir ki, o, ADU-da təhsil alarkən tələbə mübadiləsi proqramı haqqında məlumat əldə edib.

Həmin proqramda iştirak etmək huququ qazanan F.Şirəliyeva xaricdə təhsil almaq, biliklərini təkmilləşdirmək məqsədi ilə 2014-2015-ci tədris ilində təhsilini Polşanın Lodz Universitetində davam etdirib.
Amma F.Şirəliyeva Polşadakı tələbəlik həyatında xoşagəlməz hadisə ilə qarşılaşıb. Belə ki, Lodz Universitetinin erməni professoru Krakovyan düşmənçilik mövqeyindən çıxış edərək azərbaycanlı olduğu və Dağlıq Qarabağ mövzusuna müraciət etdiyi üçün F.Şirəliyevanı qəsdən imtahandan kəsib. Müəllim-tələbə münasibətlərinin düşmənçilik üzərində qurulmasının yolverilməz olduğunu bildirən F.Şirəliyeva professordan bu yanaşmanı gözləmədiyini söyləyib:

"Əslində, Krakovyan bizim fənn müəllimimiz deyildi. Öz müəllimimiz məzuniyyətdə olduğundan bizim dərslərimizi tədris etmək ona tapşırılmışdı. O, mənim azərbaycanlı olduğumu bildiyi andan etibarən mənə qarşı aqressivlik nümayiş etdirir, məni digərlərindən seçir, düşmən münasibəti bəsləyirdi.
Hətta Krakovyan telefonumu stolun üstünə qoyduğuma görə mənə irad tutdu və düşmən mövqedən çıxış edərək mənə dedi ki, siz azərbaycanlılar şöhrətpərəstliyi o qədər çox sevirsiniz ki, telefonunu nümayiş etdirirsən. Təbii ki,onun bu sözlərini cavabsız qoymadım. Bütün bunları gördükdən sonra bu haqda anama dedim.

Anam valideyn narahatlığı ilə hətta təhsilimi yarımçıq qoyub geri qayıtmağımı məsləhət gördü. Amma mən haqqımı tələb edərək uğur qazanacağımı bilirdim. Mən ilk Avropa Oyunlarında iştirak etmişəm. Biz ölkəmizdəki idman yarışlarına qatılan erməni nümayəndələrinə həmişə yaxşı münasibət bəsləmişik. Öz növbəmdə mən də müəllimimdən həmin münasibəti gözləyirdim, amma bunun əksini gördüm.

Dərslərdə iştirak etdikcə onun mənə qarşı digərlərindən fərqli və aqressiv reaksiyalarını hiss edirdim. Bu münasibəti gördükcə mən də imtahan üçün seçdiyim mövzunu dəyişərək Dağlıq Qarabağla bağlı mövzu ilə əvəzlədim. Dağlıq Qarabağ haqqında danışanda türk tələbələr məni alqışladılar. O, mənim sözümü kəsdi və qiymətimi özümə deyəcəyini bildirdi.

İmtahan cavabları bəlli olanda nəticəmin qənaətbəxş olmadığını gördüm və bununla bağlı universitetin dekanlığına müraciət etdim.

Dekanlıqdan mənə həmin müəllimin 15 illik fəaliyyətində hər hansı haqsızlığa yol vermədiyini bildirdilər. Mən bununla kifayətlənmədim, universitetin rektoruna və digər qurumlara müraciət etdim. Onlar məni dinləyərək haqlı olduğumu bildilər və layiq olduğum qiyməti mənim imtahan nəticəmə əlavə etdilər.
Bununla yanaşı, ali təhsil müəssisəsinin rəhbərliyi həmin müəllimi universitetdən kənarlaşdırdı. Məqsədim kimisə işsiz qoymaq və düşmənçilik aparmaq deyildi, ancaq müəllimə yaraşmayan bu münasibət onun lazımi cəzanı alması ilə nəticələndi"

Tarixə nəzər yetirsək, ermənilərin daima azərbaycanlılara qarşı xəbis münasibətinin şahidi olarıq. Hər vəchlə xalqımıza xainlik edən bu millətin nümayəndələri fitnəkar əməllərindən çəkinmək bilmirlər. F.Şirəliyeva ilə erməni tələbə arasında yaşanan hadisə buna bariz nümunə ola bilər.

Tələbəmiz bildirir ki, yaşadığı yataqxananın qeydiyyat bölməsində müxtəlif ölkələrin bayraqları yerləşdirilib. F.Şirəliyeva erməni tələbə tərəfindən Azərbaycan və Ermənistan bayraqlarının yanaşı qoyulduğunu görüb. Bununla bağlı iradını bildirən F.Şirəliyevaya erməni tələbə bunu məhz ona əsəb vermək üçün etdiyini söyləyib.

F.Şirəliyeva Polşada tələbə olarkən Azərbaycan diasporu ilə bərabər bir çox tədbirlər keçirdiklərini qeyd edib. Xocalı soyqırımı ilə bağlı təşkil olunan paradda yaxından iştirak edən F.Şirəliyeva Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində kiçik də olsa rol oynamasının onun üçün sevindirici hal olduğunu vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2450   Tarix: 30 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021