Təcili! "Sabahdan cəbhədə ağır döyüşlər başlaya bilər"

Təcili! "Sabahdan cəbhədə ağır döyüşlər başlaya bilər"Ölkəmiz üçün önəm kəsb edən günlərdə cəbhə bölgəsində vəziyyət adi günlərlə müqayisədə daha da gərginləşir. Sabah 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Bununla bağlı cəbhə bölgəsində ermənilərin hansısa təxribatı gözlənilirmi?

Mövzu ilə bağlı açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, cəbhə bölgəsində gərginlik aprelin 2-si də daxil olmaqla, artan xətt üzrə gedəcək:

"Aprel ayında Ermənistanda parlament seçkiləridir. Serj Sarkisyanın taleyi həll olunur. Belə bir vəziyyətdə Sarkisyan öz tərafdarlarının sayını artırmaq üçün nəticə əldə etmək istəyəcək. Nəticə əldə etməyin də ən yaxşı yolu cəbhə bölgəsində hansısa Azərbaycan əsgərinin qətlə yetirilməsidir. Yaxud da ki, digər ağır silahlar vasitəsilə hər hansı bir təxribatın törədilməsidir. Ona görə də, həm martın 31-i, həm də aprelin 2-si də daxil olmaqla, aprel ayı ərazində Azərbaycan Silahlı Qüvvələri son dərəcə ehtiyyatlı və diqqətli olmalıdır".

Ekspert vurğuladı ki, Serj Sarkisyan ötən ilin aprelində itirdiyi əraziləri qaytarmaq barədə söz versə də, sözünü yerinə yetirə bilmədi:

"Sarkisyan istər-istəməz əsəbidir. Həm daxildə tərəfdarları ilə arasında olan gərginlik, tərəfdarlarının bəzilərinin onun hakimiyyətdən getməsi ilə bağlı səsləndirdiyi fikirlər və digərləri onu deməyə əsas verir ki, cəbhə bölgəsində istənilən an gərginliyin yaşanması mümkündür. Azərbaycan Müdafiə Nazirliyi bunu bilir. Yerli birləşmə və hərbi hissə komandirləri lazım olan göstərişləri alıblar. Onlar hadisələrin istənilən inkişafına hazırdırlar.

Ermənistanın müdafiə naziri "Ginnesin Rekordlar Kitabı"na düşmüş əsgərinin dəfn mərasimində iştirak edib. O, vəziyyətin ciddiliyini nəzərə alaraq gedib. Yeni müdafiə naziri çox nadir hallarda belə tədbirlərə qatılır. Prezident narahat olduğu üçün yeni müdafiə nazirini həmin əsgərin dəfninə göndərib. Nazir orada çıxışı zamanı bildirib ki, guya Azərbaycan tərəfi cəzalandırılacaq. Amma Azərbaycanın heç bir narahatçılığı yoxdur. Bizim əsgərlər ayıq-sayıqdırlar. Onlar vəziyyətin ciddiliyini başa düşürlər. Bu səbəblə, düşmən tərəfindən lazım olan istənilən addımı cavablandırmağa hazırdırlar".

Mənbə:metbuat.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4367   Tarix: 30 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan lideri Slovakiyaya səfərə dəvət olunub

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyaya səfərə dəvət olunub. xəbər verir ki, bu təkliflə Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında çıxış edib. "Ümid edirəm ki, münasib bildiyiniz bir vaxtda Slovakiyaya səfər edəsiniz və biz konstrukti

7 may
.

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO

Mayın 8-də Bolqarıstan Respublikasının birinci xanımı Desislava Radeva Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub. xəbər verir ki, mədəniyyət nazirinin müavini Səadət Yusifova Bolqarıstanın birinci xanımına ölkəmizin milli mətbəxinin xüsusiyyətləri haqqında məlumat verib. Qonağa şah plov

8 may
.

Milli Məclis Mehriban Əliyevanı təbrik edib

Milli Məclis Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Heydər Əliyev Fondunun yaranmasının 20 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, müvafiq təkliflə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxış edib. Deputatlar sədri

7 may
.

Prezident: "Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin"

"Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin". AZƏRTAC xəbər verir ki, bu sözləri Preziden

10 may
.

İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub. Bu barədə AZƏRTAC məlumat yayıb. 11:17. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətə

8 may
.

Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevlə bağlı paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir

10 may
.

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir - VİDEO

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib. APA xəbər verir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib. Avtomobillər Rusiyaya göndərilmək üçün Goran dəmir yolu stansiyasında qatarlara yüklənir

6 may
.

İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başlayıb

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

7 may
.

"Almatı görüşündə sülh müqaviləsinin şərtləri də müzakirə olunacaq" - Politoloq

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə məlumat yayıb. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq. Amma, hələlik, görüşün dəqi

6 may