"Speys"in məşhur aparıcısı telekanalı tərk etdi

"Speys"in məşhur aparıcısı telekanalı tərk etdi"Speys" telekanalının "Olanlar" verilişinin aparıcısı Nurlan Əliyev işindən ayrılıb.

Bu barədə telekanalın digər işçisi jurnalist Aytən Qurbanova məlumat verib. Məlumatda qeyd olunub: "Nurlan Əliyev təkcə "Speys"dən getdi. Amma həmişə dostum olaraq qalacaq! Yolun açıq olsun!"

Məlumatı araşdırmaq üçün aparıcının özü ilə əlaqə saxladıq. Yeni işi barədə açıqlama vermək istəməyən aparıcı bildirdi: "Mən öz istəyimlə işdən ayrılmışam. Göstərdiyi dəstəyə görə kanalın rəhbəri Vaqif Mustafayevə və kollektivə minnətdarlığımı bildirirəm".

Xatırladaq ki, Nurlan Əliyev əvvəllər "Hər gün" proqramının və "Olanlar" verilişinin də aparıcısı kimi fəaliyyət göstərib.

Mədəniyyət   Baxılıb: 6717   Tarix: 13 aprel 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR