Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTOTelekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyək ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir.

İlk serial – "Farevey Hill" 1946-cı ilin oktyabrından dekabrına kimi efirə gedib. Və qeyd edək ki, canlı yayımlanıb. Təəssüf ki, onun heç bir lent yazısı qalmayıb. Qayıdaq bu günə. Bu gün Azərbaycan teleməkanında müxtəlif teleseriallar tamaşaçıların görüşünə gəlir. Təbii ki, serialların da öz izləyicisi, auditoriyası var.

Bəs kanallar bu il hansı seriallarla tamaşaçıların qarşısına çıxacaqlar?

Bununla bağlı "Kaspi" qəzetinin əməkdaşları maraqlı araşdırma aparıblar.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTOÜç mövsüm ARB kanalı izləyicilərinin sevimlisi olan "Uçurum" serialı bu il artıq dördüncü mövsümünə başlayacaq. Serialı ərsəyə gətirən yaradıcılardan biri – quruluşçu rejissoru Vüsal Məmmədov deyir ki, reytinq cədvəlinə görə, ən çox izlənilən seriallardan biri olan "Uçurum"un çəkilişləri artıq bir aydır ki, davam edir və efirə başlamaq üçün ciddi hazırlıqlar gedir: "Bu mövsümdə də yeni süjet xətti, bir-birindən maraqlı hadisələr, obrazlarla tamaşaçıları yaxşı mənada gərginlikdə və maraqda saxlamaq niyyətindəyik. Ailə-məişət mövzusunda olan serialda günümüzün reallığı ilə səsləşən müxtəlif hadisələr öz əksini tapacaq. Ötən mövsümdən Sevda, Cənnət, Mədət, Nərminə, Aynur, Tofiq və digər sevilən obrazlar qalsa da, yeni xarakterlər də tamaşaçıları sevindirəcək. Bundan başqa, keçmişdən gələn bir obraz da kabus kimi yeni həyatın üzərinə çökəcək".

Serialın daimi və yeni tamaşaçıları "Uçurum"u həftə içi dörd gün ARB kanalında izləyə biləcəklər.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTOATV kanalında gedən və tamaşaçı istəyi ilə üçüncü mövsümünə qədəm qoyan "Bir qadın" serialının da artıq çəkilişlərinə başlanılıb. Serialı ərsəyə gətirən prodakşının baş prodüseri Yaşar Əhmədovun sözlərinə görə, artıq iki mövsüm tamaşaçılarda xüsusi maraq və rəğbət doğuran "Bir qadın" serialı növbəti mövsümdə də bir-birindən maraqlı və dinamik olaylarla efirdə olacaq. Quruluşçu rejissoru Şahin Qəhrəman olan serialda Anar Heybətov, Zemfira Əbdülsəmədova, Nuriyyə Əliyeva, Ləman İmanova, Elçin Muradov və başqaları iştirak edir. Çəkilişlərə artıq bir aydır ki, start verilib. Bu mövsüm ötən ilkindən daha gərgin hadisələr, daha fərqli xarakterlərlə efirdə olacaq. Davud, Zöhrə, Gülzar, Ləman, Arzu kimi sevilən obrazların həyatında hansı dəyişikliklər olacaq? Kimin qarşısında yeni yollar, yeni qismətlər açılacaq? Bunların hamısı yeni mövsümdə "Bir qadın" serialında olacaq. Qeyd edim ki, serial bir-birindən maraqlı bölümləri ilə yeni mövsümdə həftə içi dörd gün ATV kanalında yayımlanacaq.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTOATV kanalında başqa bir yeni layihə - "Gecə yarısı" da efirdə olacaq. "Gecə yarısı"nın quruluşçu rejissoru Kənan MM bildirir ki, serialın ssenari müəllifləri İlqar Fəhmi ilə Çinarə Nüsrətlidir. Baş rolların ifaçısı Günəş Mehdizadə, Tural Əhməd, Reşat Kəsəmənli, Rada Nəsibova və Aysel Yusubova olan serial kriminal-dram janrındadır. Kriminal həvəskarlarını ATV kanalında ekranlara çıxacaq "Gecə yarısı" serialını izləməyə dəvət edirik. Efir vaxtı oktyabr ayına nəzərdə tutulan serial həftə içi bir gün yayımlanacaq.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO"Space" kanalında da yeni bir serial tamaşaçıların ixtiyarına veriləcək. Komediya janrında olan və artıq sürətlə çəkilişləri gedən serial bu günümüzlə səsləşən pandemiya mövzusunu əhatə edir. İnsanların ancaq internet üzərindən bir-birilə görüşməsi, əlaqə saxlaması əsasında başlarına gələn maraqlı, gülməli və eyni zamanda da düşündürücü hadisələrlə zəngin bir serialdır. Quruluşçu rejissoru Ramin Hacıyev, quruluşçu operatoru Elşən Əliyev olan serialda baş rollarda Məcid Hüseynov və Elnur Hüseynov çəkilirlər. Serialın bir gün – həftə sonu yayımlanması nəzərdə tutulub.

Yeni mövsümdə tamaşaçılar Azərbaycan teleməkanında hansı serialları izləyə biləcəklər? - FOTO"Covid-19" pandemiyasının tüğyan etdiyi bir vaxtda min bir əziyyətlə çəkilişlər edən, ərsəyə yaxşı serial gətirməyə çalışan yaradıcı və texniki heyətlərə uğur və sağlamlıq arzu edirik. Bu mövsüm də seriallar çəkdikləri əziyyətə dəysin. İnsanların daha çox "evdə qal" çağırışı zamanı asudə vaxtının tələbatını ödəyən, əlbəttə ki, daha çox ədəbiyyat və televiziyalardı. İnsanları daha çox sosial məsafə saxlamağa, bayırda az olmağa, mütaliə etməyə, serial izləməyə dəvət edirik. Milli seriallara baxın, sağlam olun...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1646   Tarix: 05 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Balabanla ifası kosmosa çatan azərbaycanlı: Böyüklüyündən xəbərsiz olan sənətkar

Onun adı gələndə ilk olaraq qulaqlarımda Novruz bayramı ərəfəsində Azərbaycan Televiziyasının mavi ekranında ifa olunan "Azərbaycan təranələri" səslənir. Daha sonra 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının ahını, vaxtilə Azərbaycanın Qarabağ harayını dünyaya yayan, şəhid adlı böyük bi

29 yanvar
.

Tarixə qovuşan KİNOTEATRLAR - Bölgələrimizdə onların bərpası düşünülürmü?

Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət göstərsə də, bu gün onlardan geriyə, sadəcə, xarabalığa çevrilmiş binalar qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə bilirdi. Lakin indi nə kino var, nə də kinoteatr. Heç tarixi əhəmiyyəti olan kinoteatrları

11 aprel
.

Xalq artisti Rəfiqə Axundova vəfat edib - FOTO

Tanınmış baletmeyster, Xalq artisti Rəfiqə Axundova 92 yaşında vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, R.Axundova 1931-ci il avqustun 7-də Bakıda anadan olub, 1951-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Böyük Teatrda təkmilləşmə kursu keçdikdən sonra Azərbayca

6 fevral
.

"Avroviziya" şərhçimiz bəlli oldu

"Avroviziya-2024"​ beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisinin kimliyi açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqədə şərhçi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərov

4 aprel
.

Azərbaycanlı gənc Harvard Universitetində professor kimi fəaliyyətə başlayıb

Azərbaycanlı gənc Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor (tenure-track) olaraq fəaliyyətə başlayıb. "Qafqazinfo"nun məlumatına görə, həmyerlimiz bundan əvvəl Vanderbilt Universitetinin Siyasi elmlər departamentində və Data Elmləri İnstitutund

11 mart
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21 aprel