Ev alanlara vacib xəbər: "Bundan sonra..."

Ev alanlara vacib xəbər: "Bundan sonra..."2017-ci ilin birinci rübündə Bakıda mənzillərin orta qiyməti ilə bağlı "MBA Group" konsaltinq şirkəti hesabatı verib.

Həmin hesabatda Bakıda mənzillərin orta qiyməti təkrar mənzil bazarında əvvəlki rüb ilə müqayisədə 2,3 faiz (1 kvadrat metr üçün 1030 dollara qədər) ucuzlaşdığı bildirilib.

Bəs, mənzil bazarındakı bu qiymətlər alıcı kütləsinin artımına səbəb ola bilərmi? Bu Əcnəbilərin bu sahəyə marağını çəkəcəkmi? Tikinti bununun baş verməsi gözlənilirmi?

Məsələ ilə bağlı "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov A24.Az-a danışıb.

Onun sözlərinə görə, bu il mənzil bazarında istər yaşayış, istər qeyri-yaşayış tikililərinə tələbatın artımı müşahidə olunur.

"Əcnəbilərin ölkəyə marağının artması hələ ki mövsumi olaraq kirayə bazarına təsir etsə də, tikinti bazarına heç bir təsiri yoxdur. Bayram günlərində ölkəyə turist axını olur və bu da kirayə bazarında qiymət artımına təsir edir". – deyə, ekspert bildirib.

İbrahimov tikinti sektorunda bu ilin ilk aylarıda ötən ilə nəzərən canlanma olacağənə bildirib. Onun sözlərinə görə, bu canlanmanın səbəb olacaq amillər pilot layihələrin, xüsusilə İpoteka Fondunun dekabr ayından başlayan fəaliyyətlərinin nəticəsidir.

Tikinti bumu gözlənilir
Tikinti bununun bu il müşahidə olunmayacağını deyən İbarahimov, gələcək illərdə bunun olmasını ehtimal edir.

"Tikinti bununu 2003-2007-ci və 2011- 2014-ci illərdə yaşamışdıq. Bu gün bu mərhələdə tikinti bumu gözlənilmir. Amma gələcək üçün gözlənildiyini demək olar. Hazırda ölkənin iqtisadi durumundan, investorların tikinti sektoruna marağından, ümumi xarici investorlar üçün yaradılan şəraitdən və digər faktorlardan asılı olaraq ölkədə bu sahəyə potensial tələb var. Bu həm mənzil sektoruna, həm də qeyri-yaşayış sahələrinə şamil edilir".-deyə ekspert bildirib.

Qeyd edək ki, "MBA Group" konsaltinq şirkətinin bu gün verdiyi hesabata görə, ekonom-klass mənzillərin qiyməti təkrar mənzil bazarında 3 faiz ucuzlaşıb (1 kvadrat metr üçün 818 dollara qədər), komfort və biznes klass üçün, əksinə, cüzi bahalaşıb. Beləliklə, komfort-klass mənzillərin qiyməti 1 kvadrat metr üçün 1417 dollara (rüb ərzində 0,35 faiz artıb), biznes-klass mənzillərin isə 1 kvadrat metr üçün 2231 dollara çatıb (rüb ərzində 1,38 faiz artıb).

Cəmi yanvar-mart aylarında satışa 7,39 min mənzil satışa qoyulub və bu 2016-ci ilin dördüncü rübündən 4,41 faiz azdır. Satışa çıxarılan mənzillərin sayının azalmasına baxmayaraq onların alqı-satqısı üzrə əqdlərinin həcmi rüb ərzində cüzi artıb (2,45 faiz, 2534 əqdə qədər).

Bakının təkrar mənzil bazarında satışa çıxarılan mənzillərin, siniflər üzrə müqayisəli cədvəli (2017-ci ilin I rübü 2016-cı ilin IV rübü ilə müqayisədə)Təkrar bazarda təklif olunan mənzillərin çoxu (30,48%) üç otaqlı mənzillərdir, sonra isə iki otaqlı (29,49%), dörd otaqlı (11,57%) və bir otaqlı (14,3%). Beş otaqlı və daha çox otaqlı mənzillərin payına 8,16 faiz təkliflər düşür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2636   Tarix: 19 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

26 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. "Ölkə.az" xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin mart ayında şadlıq saraylarında sifarişlərin sayı 73.4 faiz azalıb. Bu, martın Ramazan ayına təsadüf etməsi ilə bağlıdır. Bununl

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

"Avropa Parlamentinin qəbul etdiyi qətnamə yalan üzərində qurulmuş ağlaşmadır" - DEPUTAT

"Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzin növbəti nümayişidir". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı qətnamələri

26 aprel
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Polisin "saxla" əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO

Bakıda magistral yolda motosiklet sürücüsü Yol Patrul Xidmətinin "saxla" əmrinə tabe olmayıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb. Hadisə "Koroğlu" körpüsünü

26 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel