Türkan Şoraydan pis xəbər!

Türkan Şoraydan pis xəbər!Türkan Şorayın iki böyrəyi də kuşinq xəstəliyinə tutulub.
Aktrisanın meneceri Bircan Silan Türkan Şorayın artıq çəkilərinin kuşinq sindromuna səbəb olduğunu açıqlayıb: "Türkan Şoray 2 il əvvəl professor Nihat Yavuz tərəfindən kuşinq sindromundan əməliyyat edilmişdi. Eyni xəstəliyin iki böyrəyində də yenidən başlaması səbəbiylə təkrar müalicəsinə başlanıb. Bu, orqanizmdə çox kortizon ifraz lolunmasına səbəb olan bir xəstəlikdir".
Kuşinq sindromu nədir?
Kuşinq sindromu tez-tez qadınlarda rast gəlinən haldır. Bu xəstəlik zamanı qadın hədsiz dərəcədə kökəlir, qanda şəkərin miqdarı yüksəlir. Xəstələrin böyrəklərində şəkər olur. Böyrəküstü vəzilərindən kortizol adlı hormon hasil edilir. Əgər bu hormon böyrəküstü vəzilərindən çox miqdarda istehsal olunarsa, ya da kortizon adləı dərman uzun müddət yüksək miqdarda istifadə edilsə, kuşinq xəstəliyi meydana gəlir. Bu xəstəlik ilk dəfə amerikalı həkim Harvey Kuşinq tərəfindən tapılıb.
Piylənmədən fərqli olaraq kuşinq sindromu üçün xarakterik simptomları çiyin, ayaq və sağrı əzələlərinin atrofiyaya uğramasıdır. Məhz buna görə də, xəstə ayağa qalxdıqda çətinlik çəkir. Qarın əzələlərinin atrofiyaya uğraması qarnın "qurbağayabənzər" olmasına gətirib çıxarır və beləliklə də qarnın ağ xətt yırtıqlarının yaranmasına səbəb olur.
Piylənmənin proqressiv şəkildə artması və dəridə kollagenin azalması dəridə striya və ya cırılmalara gətirib çıxarır. Striyalar tünd qırmızı və ya bənövşəyi rəngdə olub qarın, bud əzələsinin içəri yuxarı hissəsində, süd vəzilərində, çiyinlərdə yerləşir və striyaların ölçüləri bir neçə santimetrə qədər ola bilər. Bəzən dəridə xırda səpgilər və kiçik ölçülü qansızmalar yarana bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 11111   Tarix: 25 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda qəbri tapılan xanın skeleti çıxarıldı

Şəkidə Xan məscidində aşkar edilən Məhəmmədhüseyn xan Müştaqa məxsus qəbir açılıb. Bu barədə -a Dövlət Turizm Agentliyi qoruqların idaretmə mərkəzinin müşaviri Elşən Mustafayev məlumat verib. O qeyd edib ki, qəbirdəki insan qalıqları xüsusi qaydada oradan çıxarılıb və skelet yoxlanılması üçün aidiyyət

7 iyul 2021
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17 sentyabr 2021
.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini

3 iyul 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

Yaqub Zurufçunun dəfn olunacağı yer AÇIQLANDI

Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer müəyyənləşib. xəbər verir ki, Yaqub Zurufçu bu gün "Qurd qapısı" qəbristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin məzarları yanında torpağa tapşırılacaq. *. Koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufç

15 sentyabr 2021
.

Alim Qasımov və qızı Moskva Musiqi Evində çıxış ediblər

Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova ötən gün Çexov Beynəlxalq Teatr Festivalı çərçivəsində Moskva Musiqi Evində "Dünya məhəbbət üzərində qurulub" kompoziyası ilə çıxış edib. xəbər verir ki, konsertdə dünyaca məşhur sənətçi qızı ilə birlikdə ifa etdikləri Azərbayca

4 iyul 2021