Hazır olun! Dollarla bağlı elə xəbər yayıldı ki...

Fuad İbrahimov: "Sosial narazılıqla qarşılaşa bilərik"

Belə bir fikir formalaşıb ki, ölkəmizdə keçiriləcək beynəlxalq yarışlar bitəndən sonra dollar 2 manatadək bahalaşacaq.Ötən gün Milli Məclisin deputatı Vahid Əhmədov da bildirib ki, manat sentyabr ayından etibarən kəskin dəyər itirə bilər. Onun sözlərinə görə, Azərbaycanda İslam Oyunları, "Formula 1" yarışları keçiriləcək, gələn turistlərin sayı həddindən artıq çox olacaq: "Dolların ucuz olması bizə sərf edir ki, turistlərdən dollar ucuz qiymətə alınsın. Amma ümumi götürəndə real sektorun inkişafı üçün, iqtisadiyyatın inkişafı üçün manat gec-tez öz bazar qiymətini almalıdır. Hesab edirəm ki, bu proses haradasa avqust-sentyabr aylarına qədər davam edəcək, ancaq sonra bu prosesi saxlamaq çox çətin olacaq".

İqtisadçı-alim Fuad İbrahimov "Cümhuriyət" qəzetinə bildirib ki, iqtisadiyyatın terminologiyasında da, nəzəriyyəsində də milli valyutanın məzənnəsini formalaşdıran konkret amillər var:

"Bir var şayiə buraxasan ki, beynəlxalq oyunlardan sonra dollar ucuzlaşacaq, yaxud möhkəmlənəcək. Bunlar əsassız fikirlərdir.Ümumiyyətlə, bu nəzəriyyəyə iqtisadi elmin əsasları ilə yanaşanda, o amillər manatın xeyrinə deyil.Bu nöqteyi-nəzərdən tam əminliklə deyə bilərəm ki, manat hələ öz layiqli yerini tapmayıb.Bura idxal, ixrac əməliyyatları, makroiqtisadi göstəricilər də daxildir.Əgər biz bu məsələ ilə bağlı institusional səviyyədə yanaşmalarımızı düzgün etsək, vəziyyətdən çıxmaq mümkündür.Bu gün Vahid Əhmədovun da, eləcə də digər iqtisadçı həmkarlarımızın da fikirləri ilə tamamilə razıyam. O baxımdan ki, manat kəskin dəyər itirə bilər. Manatın məzənnəsinin hazırkı vəziyyətini daha çox Mərkəzi Bankın stimullaşdırıcı alətləri hesabına saxlanılır.Bu, faktdır".

İqtisadçı onu da qeyd edib ki, makroiqtisadi səviyyədə irəliləyiş olmasa, dolların 2 manatı keçməsinə heç bir şübhə qalmır:

"Hökumətin əlində müxtəlif təsiredici alətlər var. Ola bilər ki, 1.80 manatdan yuxarı qalxmağa imkan verməsinlər və uzun müddət makroiqtisadi tarazlığı bərpa edənə qədər də bunu saxlasınlar. Ancaq bunu öz axarına buraxsaq ki, manat öz məzənnəsini tapsın, onda dolların 2 manatı keçməsinə heç şübhəniz olmasın. Hesab edirəm ki, qısa zamanda iqtisadiyyatımız özünü tənzimləyəcək.Hansısa stimullaşdırıcı alətlərdən istifadə edib iqtisadiyyatdakı sağlam mühiti bərqərar etmək olar.Əgər dollar 2 manatdan yuxarı qalxarsa, sosial narazılıqla qarşılaşa bilərik.Çünki ölkənin ərzaq məhsullarına olan tələbatı idxal amilindən asılılığı yüksək səviyyədədir".

Fuad İbrahimovun qənaətincə, valyutanın möhkəm olmasının iqtisadiyyata dərindən xeyri yoxdur:

"Manatın 0.78 qəpik olan dövrlərində peşəkar iqtisadçılar təklif edirdilər ki, manatın yumşalmasını təmin etmək lazımdır. Məsələn, dollarla olan prioritet yaransaydı, bu, bizimin iqtisadiyyata stimullaşdırıcı amil kimi təsir edərdi.Buna görə də, optimal rəqəm götürülməlidir. Hesab edirəm ki, əgər bizim iqtisadiyyatımız sağlamlaşdırılsa, daxili istehsal gücləndirilsə, ərzaq təhlükəsizliyi bərqərar edilsə və eyni zamanda insanların əməkhaqqısı standartlara uyğun olsa, manatın hazırkı məzənnəsi müstəqillik dövründə ən sağlam və optimal səviyyə ola bilər. Ancaq bu amillər olmadığı halda şübhəsiz ki, manatın bu məzənnəsi əlverişsizdir".

Ekspert beynəlxalq yarışlar ərəfəsində dolların ucuz olmasının ölkə iqtisadiyyatına sərf edən məqamlarına da toxunub: "Turistlərin dolları ucuz qiymətə alması və daha sonra məzənnənin qalxması ciddi fikir deyil. Dolların məzənnəsinin qalxması da, enməsi də elə bir məna daşımır.Şübhəsiz ki, bu, gələn qonaqlara sərf edir.Onlar nə qədər valyuta dəyişəcəksə, o qədər da çox milli valyuta əldə edəcək.Əgər o dövrdə xidmət haqları artmayacaqsa, şübhəsiz ki, daha çox imkanlar əldə edəcəklər".
Hazır olun! Dollarla bağlı elə xəbər yayıldı ki...Hazır olun! Dollarla bağlı elə xəbər yayıldı ki...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3201   Tarix: 27 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Dövlət qurumunun əməkdaşlarının maaşları ARTIRILDI

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ndə dəyişiklik edilib. -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Bu Qərar 2024-cü il yanvarı

27 fevral
.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel
.

Azərbaycanda siqaretin qiyməti yenidən BAHALAŞACAQ - AÇIQLAMA

Son olaraq bir yanvar 20224-cü il tarixində siqaretlərin qiyməti bahalaşıb. Bu bahalaşmadan sonra bütün növ siqaretlərin qiymətində 0,20-0,50 manat artım qeydə alınıb. "Sobranie" siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0,20 manat qiyməti artırılıb. Bəs yenidən tütün məmulatlarınd

23 aprel
.

Unla bağlı yenilik olacaq

"Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qid

18 aprel
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel