DİQQƏT! İşdə yuxulamağın ƏSL SƏBƏBİ bilindi

DİQQƏT! İşdə yuxulamağın ƏSL SƏBƏBİ bilindiSon zamanların ən sıx yayılmış problemlərindən biri xroniki yorğunluqdur. Hətta həftəsonu istirahətindən sonra da insanlar dinclik tapa bilmir, halsız görünür, işləməyə həvəsi olmur. İndiyədək bu problemin səbəbi psixi olaraq göstəlirdi. Yeri gəlmişkən, təkcə ABŞ-da 2,5 milyon insan xroniki yorğunluqdan əziyyət çəkir.
Xəstəliyin səciyyəvi cəhətləri kimi özünü daim yorğun hiss etmə, tez yorulma, diqqətin və yaddaşın pozulması, tez özündən çıxma, əhval-ruhiyyənin hətta cüzi təsir nəticəsində tez-tez dəyişməsi, ağlağanlıq, deyingənlik, hər hansı xəstəliklə əlaqədar və tez-tez təkrarlanan baş ağrıları, bəzən miqren, yuxunun pozulması, gündüzlər yuxulama hallarını göstərmək olar.
Xəstələrdə iş qabiliyyətinin getdikcə zəifləməsi baş verir, onlar əmək qabiliyyətini artırmaq məqsədilə, gecə normal yatmaq üçün yuxugətirici dərmanlar qəbul edirlər. Eləcə də bir qrup insanlarda çəkinin azalması, azhərəkətli həyat tərzi sürən şəxslərdə isə əksinə piylənmə yaranır. Oynaqlarda, xüsusən də iri oynaqlarda və onurğa sütunu əzələlərində uzun müddət davam edən ağrılar, ruh düşkünlüyü, əhval-ruhiyyənin aşağı olması, süstlük, soyuqluq, bəzən isə təlaş da xəstəlik üçün səciyyəvidir.

Amerika alimləri bunun səbəbini araşdırıblar. Məlum olub ki, xroniki yorğunluq bağırsaq mikroflorası çatışmazlığından və ya pozuqluğundan yaranır.
Vaxtilə bir qrup alim maraqlı açıqlama vermişdi ki, insanı idarə edən əsas beyin deyil, bağırsaqdır. Bağırsaq sistemi düzgün işləməyən insanların əqli səviyyəsi yerində olmur. Yəni beyni idarə edən də bağırsaqdır. Hətta iddia olunurdu ki, ruhi xəstəxanalardakı insanların çoxu əqli deyil, bağırsaq problemlərinin ucbatından bu dərəcəyə çatıblar. Əgər onların bağırsaqlarının fəaliyyəti tənzimlənsə, tədricən psixi vəziyyəti də stabilləşər.
Bəs bu proses necə baş verir?
Məlumdur ki, mədə-bağırsaq traktında yaşayan bakteriya mərkəzi sinir sistemi və həzm sistemi arasında rabitə yaradır. Mədədən bağırsağa horra şəklində keçən qidanın lazımi komponentləri bağırsağın təbii mikroflorası ilə birlikdə qana sorulur, oradan digər orqanlara ötürülür. Xüsusən də Lachnos iraceae və Por hyromonadaceae adlı bakteriyaların pozulması ilə beyinə siqnal düzgün şəkildə ötürülmür. Nəticədə isə sinir sistemi ilə bağlı problemlər ard-arda düzülür.
Alimlər belə hesab edirlər ki, xroniki yorğunluqdan xilas olmaq üçün ilk növbədə disbakteriozdan müalicə almaq lazımdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1790   Tarix: 28 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...

a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy

16 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021