Bakının mərkəzində sakinləri zorla evlərindən çıxarırlar – FOTO + VİDEO

Süleyman Rüstəm küçəsi 193 (köhnə 69) ünvanında yaşayan sakinlərə bu gün, sözün əsl mənasında, divan tutuldu. Sakinlərin yaşadıqları mənzilə güc yolu ilə daxil olan tikinti şirkətinin işçiləri onların əşyalarını çölə ataraq təhqir ediblər.

Sonxeber.az xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olub, sakinlərlə görüşmüşdü.

Sakinlərin sözlərinə görə, ərazidə bina "Rifah Plaza" şirkəti tərəfindən tikilir. Şirkət ötən ilin dekabrından ərazidə söküntü işlərinə başlayıb.

Sakinlərdən Sədaqət Hüseynovanın sözlərinə görə, onlara heç bir kompensasiya təklif edilməyib: "Mən bu vəziyyətdə güclə uşaq saxlayıram. Ötən ilin dekabrında bura polis gətirdilər. Biz polis idarəsinə zəng vurduq, dedilər, xəbərimiz yoxdur. Sonra bəzi sakinləri qorxudaraq razılıq aldılar. Bəzisi vəzifəsinə, bəzisi işinə görə geri çəkilməli oldu. Fevral ayında gəlib qazımızı kəsdilər. Ətrafda yaşayanlar inandı ki, dövlət layihəsidir, razılaşdılar. Bu şəxslərin heç bir sənədi yoxdur. Gəlib bizim evlərimizə sahib çıxdılar".
http://oxu.az/society/190121
Digər sakin Dilavər Osmanovanın sözlərinə görə, ərazidə 27 ildir ki, yaşayır: "Yanvar ayında evimin ətrafını sökməyə başladılar. Deyirlər, evləriniz qəzalıdır. Bizim evlərimiz qəzalı olmayıb. Bu evdən iki qız köçürmüşəm, heç bir şikayətim olmayıb. Gəlib qonşunun suyunu kəsdilər, bütün gecəni su doldu zirzəmiyə evim bərbad vəziyyətə düşdü. Bizə deyirlər ki, 4 aydır sizi kim eşidib ki, indi eşitsinlər. Deyirik ki, Mehriban xanıma şikayət edəcəyik, deyirlər elə bu saat o sizi eşitdi. Odun yandırırıq şəhərin mərkəzində".

Sakinlər bildirir ki, onlara kompensasiya təklif edilmir, sadəcə kirayə üçün pul təklif edilir: "Deyirik ki, niyə bizi evimizdən edirsiniz. Deyirlər ki, torpaqlarınızı qoyub gəlməyəydiniz. Biz Qərbi Azərbaycandanıq və öz torpaqlarımızı öz xoşumuzla qoyub gəlməmişik. Bizi təhqir edirlər".

Əvvəllər ərazidə 16 ailə yaşayırmış, hazırda burada 9 ailə yaşayır.

Bu gün isə şikayətçi Sədaqət Hüseynovanın evinə daxil olaraq əşyalarını çölə atıb, evi dağıtmağa başlayıblar.

Biz hadisə yerinə çatanda evin əşyaları çölə tökülmüşdü. Sakinlər ağlayır, qışqırır, şirkətin nümayəndələri ilə mübahisə edirdilər.

Qeyd edək ki, şirkətin nümayəndələrindən biri əməkdaşımızın iş görməsinə mane olaraq, ətrafdakılara kameranı alıb sındırmağı tapşırıb. Əməkdaşımız anında jurnalistin işinə mane olduğu üçün 102 xidmətinə müraciət edib.

Evindən çölə atılan Sədaqət Hüseynova bildirib ki, o, bu gün səhər məhkəməyə müraciət edib: "Mənə məhkəmədən bildirdilər ki, əşyalarımın çölə atılaraq, mənə aid mülkün sökülməsi qanunsuzdur. Yəni şirkət nümayəndələri qanunsuz olaraq evimi söküblər. Polisə müraciət edəcəyəm. Cinayət işi açılacaq. Mən öz evimi istəyirəm".

Xatırladaq ki, dünən evi sökülən S. Hüseynova azyaşlı övladı ilə xalasının evinə sığınıb.
Bakının mərkəzində sakinləri zorla evlərindən çıxarırlar – FOTO + VİDEOBakının mərkəzində sakinləri zorla evlərindən çıxarırlar – FOTO + VİDEOBakının mərkəzində sakinləri zorla evlərindən çıxarırlar – FOTO + VİDEOBakının mərkəzində sakinləri zorla evlərindən çıxarırlar – FOTO + VİDEOBakının mərkəzində sakinləri zorla evlərindən çıxarırlar – FOTO + VİDEO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3237   Tarix: 03 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021