Sürücülər, DİQQƏT!İslamiadanın açılış və bağlanış günləri bu yollar bağlı olacaq

Sürücülər, DİQQƏT!İslamiadanın açılış və bağlanış günləri bu yollar bağlı olacaqBakı Nəqliyyat Agentliyi ilə Bakı şəhər Baş Polis İdarəsi IV İslam Həmrəyliyi Oyunları zamanı açılış və bağlanma mərasimləri günlərində tətbiq olunan yol hərəkəti qaydalarını açıqlayıb.

Sonxeber.az-ın məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanma mərasimləri - 12 və 22 may tarixlərində paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Həmin günlərdə Heydər Əliyev prospektinin "Excelsior" otelinin qarşısındakı yol qovşağından Sabunçu qəsəbəsinədək olan hissəsi və Neftçilər prospektinin "Azneft" meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq.

Açılış və bağlanma mərasimlərinin keçirildiyi günlərdə tamaşaçılar Olimpiya stadionuna metro və Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən ediləcək ekspress xətt avtobusları ilə gedə bilərlər. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı tamaşaçılar saat 18.00-dan 21.00-dək, bağlanma mərasimi zamanı isə tamaşaçılar saat 17.00-dan 20.00-dək 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən - metronun "20 Yanvar", "Gəncllik", "Qara Qarayev" stansiyalarından Bakı Olimpiada stadionuna çatdırılacaq. Mərasim bitdikdən sonra isə stadiondan tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdə - metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarına daşınacaq. Metronun "Qara Qaryev" stansiyasından X1, "Gənclik" stansiyasından X2 və "20 Yanvar" stansiyasından X3 ekspress avtobusları Bakı Olimpiada stadionuna tamaşaçıları daşıyacaq.

Bakı Olimpiada stadionuna ən yaxın metro stansiyası olan "Koroğlu" stansiyasında qatarlar orta hesabla 2 dəqiqəlik intervalla hərəkət edəcək. Açılış və bağlanma mərasimləri zamanı tamaşaçıların ekspress xətlər və metro ilə daşınması pulsuz olacaq. Taksilərin Bakı Olimpiada stadionuna yaxınlaşmasına icazə verilməyəcək. Məkanın ətrafında tamaşaçıların şəxsi nəqliyyat vasitələri üçün də parklanmaya icazə verilmir. Tamaşaçılar yalnız ictimai nəqliyyatdan (metro və xüsusi olaraq ayrılmış avtobuslardan) istifadə etməlidirlər. Heydər Əliyev və Neftçilər prospektlərinin bağlı olmasını nəzərə alaraq, 1 nömrəli və 13 nömrəli marşrutlar saat 17.00-da fəaliyyətlərini dayandıracaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1115   Tarix: 08 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Milan"ın baş məşqçisi mövsümün sonunda klubu tərk edəcək

"Milan"ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda klubu tərk edəcək. Bu barədə insayder Fabritsio Romano sosial şəbəkələrdə məlumat verib. O qeyd edib ki, yaxın həftələrdə "Milan" rəhbərliyi mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl son qoymaq üçün lazımi addımlar atacaq. İtaliy

20 aprel
.

"Mənə sual verir ki, ata, niyə az oynadın?" - Ağabala qızının pankart açmasından danışdı

"Ümumiyyətlə, qızımın ora gələcəyini bilmirdim. Birdən gözüm pankarta ilişdi, ona baxdım. Bir anlıq olan hər şey gəldi keçdi gözümün önündən". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında "Səbail"in hücumçusu Ağabala Ramazanov deyib. Futbolçu "Araz-Naxçıvan"a 2:0 qali

22 aprel
.

Makqreqor qayıdır: Kiminlə və nə vaxt döyüşəcək?

İrlandiyalı Konor Makqreqor iyunun 30-a keçən gecə Las-Veqasda "Ultimate Fighting Championship" (UFC) turnirində amerikalı Maykl Çandlerlə döyüşəcək. Bu barədə UFC prezidenti Dana Uayt məlumat verib. Döyüş "UFC 303" turniri çərçivəsində baş tutacaq. Qeyd edək ki, Makqreqorun 35 yaş

15 aprel
.

Arda Turan Messi ilə heç vaxt danışmadığı xatirəsini paylaşdı

Futbol üzrə Türkiyə milli komandasının və İstanbulun "Qalatasaray" klubunun sabiq futbolçusu, hazırda Türkiyə 1-ci Liqasında çıxış edən "Eyüpspor"un baş məşqçisi Arda Turan İtaliyanın məşhur "La Gazzetta dello Sport" nəşrinə müsahibə verib. O, müsahibəsində xüsusən İspaniyadak

25 aprel
.

Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT

İtaliyalı futbolçu meydanda yıxılıb və səhlənkarlıq səbəbilə ölüb. xarici mediaya istinadla bildirir ki, hadisə İtaliya çempionatının 5-ci turunun bazar günü "Castelfiorentino United" və "Lanciotto Campa" komandaları arasında keçirilən matçda baş verib. Meydan sahiblərinin futbolçus

20 aprel
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14 aprel
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14 aprel
.

"Qarabağ" – "Neftçi" görüşünün başlama saatı bəlli olub

Azərbaycan Premyer Liqasında növbəti 2 turun oyun proqramı açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həm XXII, həm də XXIV turun oyunları üç gün ərzində keçiriləcək. "Qarabağ" - "Neftçi" matçı mayın 4-də, saat 19:30-da başlayacaq. XXII tur. 4 ma

16 aprel
.

2030-Dünya Çempionatının finalı üçün ən böyük stadion tikilir

Tarixi dünya çempionatının həlledici matçı tayı-bərabəri olmayacaq arenada keçirilə bilər. xarici KİV-ə istinadla bildirir ki, ötən ilin oktyabrında Beynəlxalq Futbol Federasiyası (FİFA) 2030-cu il Dünya Çempionatının final hissəsinin üç ölkənin: İspaniya, Portuqaliya və Mərakeşin meydanlarında keçiriləcəyin

12 aprel