"Eurovision"da qələbəyə ən real namizədlər - Azərbaycan neçəncidir? - FOTO

"Eurovision"da qələbəyə ən real namizədlər - Azərbaycan neçəncidir? - FOTOBukmekerlər bu gün Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsində qələbəyə ən real namizəd olan ölkələrin adlarını açıqlayıblar.

Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, bukmekerlərin ehtimalına görə, liderlik Portuqaliya təmsilçisi Salvador Sobrala məxsusdur.

İkinci yerə italiyalı Françesko Qabbani, üçüncü yerə isə Bolqarıstan təmsilçisi Kristian Kostov namizəddir.

Belçika, İsveç, Xorvatiya, Böyük Britaniya, Rumıniya, Danimarka, Fransa təmsilçiləri də 26 ölkə arasında ilk onluqda yer alıblar.

Bukmekerlərin ehtimalına görə, Azərbaycan namizəd ölkələr arasında 15-ci yerdədir. Qalib olma şansı ən aşağı olan ölkələr isə Kipr və İspaniyadır.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) "Skeletons" mahnısı ilə 12-ci nömrə altında çıxış edəcək. Ümumilikdə, bugünkü finalda 26 ölkənin təmsilçisi səhnəyə çıxacaq.

Final Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qalib tamaşaçıların və münsiflər heyətinin verdiyi xallar əsasında müəyyən ediləcək.

Qeyd edək ki, ötənilki müsabiqənin qalibi "1944" adlı mahnı ilə Ukrayna təmsilçisi Camala (Jamala) olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2681   Tarix: 13 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xalq artisti: "Nazirlik bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur"

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur". Bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:. "80 yaşım tamam olub. Amma Sumqayıt Dövlət Dra

13 mart
.

"Azərbaycanlı rolunu oynadım, hamı məni "Ay balam" çağırdı" - Türkiyəli aktyor

Türkiyəli kino aktyoru Ruhi Sarı azərbaycanlı rolunu ifa etməsi barədə danışıb. -ın -a istinadən xəbərinə görə, 2002-2003-cü illərdə ekranlara çıxmış "Yarım elma" adlı serialda azərbaycanlı Huşəng rolunu canlandıran aktyor bu rola görə problemlər yaşadığını bildirib. "Dedilər azərbaycanl

25 yanvar
.

Əməkdar artist 48 yaşında vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

20 aprel
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

Onlar 40 yaşından sonra iş tapa bilmirlər...

"Tanınmış bir balet ustası ilə söhbət edirdim, dəhşətə gəldim. Əvvəllər balet artistləri 40 yaşında təqaüdə çıxırdı, onu da 65 ediblər. Ay camaat, ayaqları artıq 40 yaşında şikəst olan 65 yaşına qalar?" . "Qafqazinfo" xəbər verir ki, bu məsələni gündəmə jurnalist İlqar Əlfioğlu gətirib

2 fevral
.

Səkinə İsmayılova aparıcılardan narazıdır: "Dəhşətdir, ayıbdır"

"Efirə az çıxıram. Özümü harada görürəmsə ora gedirəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səkinə İsmayılova "Zaurla Günaydın" proqramında deyib. Xanəndə aparıcılardan gileylənib. O bildirib ki, sənətkarları yeni oxumağa başlayanlardan fərqləndirmirlər. S.İsmayılov

27 fevral
.

Tatlısəs məşhur azərbaycanlının mahnısını oxuyub - Video

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs Azərbaycanın Xalq artisti Şəfiqə Axundovanın bəstəsini ifa edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər AzTV-nin "Görüş yeri" verilişində yayımlanıb. Verilişdə İ. Tatlısəsin ifa etdiyi "Bu ayrılıq nədən oldu" mahısını

30 yanvar
.

Cavanşir Quliyev: "Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm"

"Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum". xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliye

21 fevral