Bahalı "Porsche"si ilə 24 yaşlı iki uşaq anasını vurub öldürən Ağəlinin xalası oğlundan ŞOK SÖZLƏR - "Brat bizə icazə var" - VİDEO

Bahalı "Porsche"si ilə 24 yaşlı iki uşaq anasını vurub öldürən Ağəlinin xalası oğlundan ŞOK SÖZLƏR - "Brat bizə icazə var" - VİDEOMayın əvvəlində idarə etdiyi "Porsche" markalı avtomobillə iki uşaq anası Xəyalə Məmmədovanı vurub öldürdükdən sonra hadisə yerindən qaçan 16 yaşlı Ağəli Fərəcov bir anda ölkə mətbuatının gündəminə çevrildi.

İş adamı Füzuli Fərəcov yetkinlik yaşına çatmayan oğluna maşın sürməsi üçün verdiyi icazəyə görə qınanıldı, atanın balaya düzgün tərbiyə vermədiyi qabardıldı.

Amma deyəsən, adıçəkilən ailə iki uşağın yetim qalması ilə nəticələnən hadisədən dərs çıxartmayıb.

Sizə təqdim etdiyimiz faktlardan sonra inanacaqsınız ki, Ağəli Fərəcov həmin nəsildən çıxan son cinayətkar olmayacaq.

Şəkildəki Qulubəyli Turan Ağəli Fərəcovun, yəni, qadını öldürən 16 yaşlı gəncin xalası oğludur. "İnstagram" hesabında paylaşdığı videolardan görünür ki, bu gənc də doğru yolda deyil.

Məlum olduğu kimi, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar sarı xətt zolağından istifadə etmək hüququ yalnız və yalnız "Bakı-2017"-ə aidiyyatı olan nəqliyyat vasitələrinə verilib. Digər avtomobillərin həmin zolaqla hərəkət etməsi qadağandır və cəriməsi 40 manatdır.

Ancaq Turan üçün tətbiq edilən qanunun heç bir əhəmiyyəti yoxdur. Digər maşınlar tıxacda gözlədiyi halda, bu cavan oğlan sarı xətlə hərəkət edir. Şərh bölməsində "40 manat getdi" yazanlara isə belə cavab verir: "Brat, bizə icazə var".

Görəsən, ona bu icazəni kim verib? Hər kəs, hətta dövlət idarələrində çalışanlar belə tıxacda gözləyirsə, Qulubəyliyə bu hüququ tanıyan kimlərdir?

Onu "canlı bomba" da adlandırmaq olar. Növbəti videosunda idarə etdiyi avtomobillə qoşa xətti tapdayalan Turan, qarşıdan gələn maşının yoluna çıxaraq avtoqəza şəraiti yaradır. Bəhs etdiyimiz videonun şərh bölməsinə yazılan "protiv Turan sizə deyirlər?" sualına isə "həri, brat" cavabını verir. Yəni, özü də qanunu pozduğunu etiraf edir.

Sadaladığımız təkcə bu iki fakt onun xalası oğlu qədər təhlükəli olmasından xəbər verir. Ağəlinin törətdiyi qəzadan nəticə çıxartmayan, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çalışan bu gəncin ölən qadının dəfnindən 40 gün keçməmiş yüzminlik maşında yüksək səslə əndrəbadi mahnıya qulaq asmasını isə oxucularımızın öhdəsinə buraxırıq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 13498   Tarix: 23 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğın yanğında

28 aprel
.

Ağdamda yolu azan şəxs minaya düşdü

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmi

28 aprel
.

Bakıda avtomobil yanır, yolda tıxac yaranıb - VİDEO

Bakıda metronun "20 Yanvar" stansiyası yaxınlığında avtomobil yanır. -a istinadən xəbər verir ki, avtomobilin söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Hadisə nəticəsində Moskva prospektində ciddi tıxac yaranıb. Hazırda yanğının tam söndürülməsi üçün iş aparılı

27 aprel
.

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

İşğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində 2024-cü il 27 aprel tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumata görə, Agentliyin əməkdaş

27 aprel
.

Bakıda DƏHŞƏT: borclarına görə özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsi Atçılıq adlanan ərazidə qeydə alınıb. 39 yaşlı E. Zamanov burada dostunun evinin həyətində özünü asaraq, həyatına son qoyub. Onun borcları olması səbəbilə özünü öldürdüyü ehtimal olunur

28 aprel
.

Yola qaçan azyaşlını maşın vurdu - ANBAAN VİDEO

Bakıda azyaşlını maşın vurub. xəbər verir ki, hadisə paytaxt küçələrinin birində baş verib. Belə ki, yolu qaçaraq keçməyə çalışan iki azyaşlıdan birini avtomobil vurub. Avtomobilin sürəti az olduğundan hadisə yüngül xəsarətlə nəticələnib

25 aprel
.

Azərbaycanda müəllim vəfat edib - FOTO

Cəbrayıl rayonu Hovuslu kənd tam orta məktəbin müəllimi vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, məktəbin fizika müəllimi Vəkil İsmixan oğlu Abbasov 60 yaşında dünyasını dəyişib

27 aprel
.

Biləsuvarda ərzaq mağazasının anbarı yanıb

Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb. Mağaza yanğından mühafizə olunub

28 aprel
.

Qaradağda quyudan meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda neft məhsullarının tullantıları olan quyuda kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətini

1 may