Müğənni Damla Azərbaycan xalqı haqqında görün nələr dedi: "Qara camaat", kənd...

Müğənni Damla Azərbaycan xalqı haqqında görün nələr dedi: "Qara camaat", kənd...Bu gün müğənni Damlanın jurnalistlərlə görüşü baş tutub.

Yaradıcılığında dəyişikliklər etməyi sevdiyini deyən ifaçı payız aylarında Heydər Əliyev adına sarayda böyük solo koserti ilə çıxış edəcəyini bildirib.

Qısa zamanda Azərbaycanda böyük populyarlıq qazanan müğənni uğur qazanmasının sirrini belə izah edib: "Şansın burada böyük rolu var, lakin hər şeyi şansın üstünə yıxmaq olmaz. Yalnız bir sirri var: çalışmaq və dayanmadan çalışmaq. Sənətçi özü də əziyyət çəkməlidir, öz üzərində çalışmalıdır, güclü musiqi duyumu olmalıdır. Musiqini seçərkən tamaşaçıların zövqünü və təlabatını da mütləq şəkildə nəzərə alıram".

Müğənni həmkarlarının onun mahnılarının müəyyən təbəqəyə aid olması, kənd camaatının musiqi zövqünə uyğun olması barədə dediklərinə də aydınlıq gətirib:

"Əgər mənim mahnılarıma qara camaat dedikləri zəhmətkeş insanlar, kənd xanımları qulaq asırsa, deməli, onların sevgisini qazanmışam. Qoy, onlar məni sevsin. Ümumiyyətlə, qara camaat sözünü sevmirəm. Bəzən deyirlər ki, Damla toylara ucuz qiymətə gedir. Toyunda oxumağımı arzulayan o qədər insanlar var ki… O insanlara qiymət oxuya bilmərəm. Çünki toy insan həyatında bir dəfə olur. Lakin məni elitar təbəqə sayılan insanlar da öz məclislərinə dəvət edirlər. Ali təbəqə məni dinləmirsə, niyə onların qohumlarının və övladlarının toyunda Damla iştirak edir? Başqa bir reallıq da var ki, həmin sənətçilərlə eyni məclisdə eyni səhnəni paylaşıram. Yaradıcılığımı qəbul etməyən sənət dostlarıma nə deyə bilərəm ki? Onlara sadəcə bu sənətdə qazandığım uğurun eynisini arzu edə bilərəm. Hətta daha artıq nailiyyətlər qazansınlar. Rəqib sözünü sevmirəm, bizim başlıca vəzifəmiz sənətlə məşğul olmaqdır. Rəqim güləş meydançasında olur. Və müğənnilik fəaliyyətimə başladığım dövrdən bəri heç vaxt heç kimə sataşmamışam, qalmaqallardan uzaq olmuşam. İfaçı öz səsi, danışıq tərzi, nitq qabiliyyəti, intellekutalı və mahnıları ilə örnək olmalıdır".

Daha çox lirik mahnıları ilə insanların sevgisini qazanan Damla fərqli janrlara da müraciət edəcəyini bildirib: "Fərqli janrlarda da mahnılar oxumağı planlaşdırıram. Xüsusilə rok mahnılarını çox sevirəm və bu janrda mahnı oxumağı düşünürəm. Mənim toy mahnıları oxuduğumu deyirlər. Amma efirə çıxanda heç vaxt toy mahnıları ifa etmirəm. Bizim kanallarımızda isə səhərdən-axşama qədər toy mahnılarını səsləndirilir".

"Sevgisiz həyat olmaz" deyən ifaçı şəxsi həyatından danışıb: "Sevgi olmasa, insan yaşaya bilməz. Hər kəsin qəlbinin dərinliklərində gizlətdiyi sevgi dünyası ola bilər. Bu sevgi dünyası məndə də var. Şükürlər olsun ki, çox xoşbəxt qadınam. Sevgim qarşılıqlıdır. Allah qismət eləsə, ailə quracam. Toyu, evliliyi bəyan edərlər. Bunu niyə gizlətməliyəm ki? Qanuni nikahla ailə qururamsa, gələcək övladım atasının soyadını daşıyarsa, bunu niyə gizlədim?"

İşlərinizin çoxluğundan sevdiyiniz adama vaxt ayıra bilirsinizmi" sualına müğənni: "İşimi atıb kiminsə dalınca qaçmaram. İşim mənim üçün çox önəmlidir və hər şeydən üstündür", – deyə cavab verib.

a24.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 14087   Tarix: 28 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021