Fitrəni kimlər çıxartmalıdır?

Fitrəni kimlər çıxartmalıdır?Bu il Fitr bayramı iyunun 26-sına təsadüf edir. Beləliklə də, müsəlman təqviminə əsasən, bayram iyunun 25-i məğrib azanından sonra daxil olur və iyunun 26-sı məğrib azanına qədər davam edir.

Fitr bayramının yeganə vacib ibadəti fitrə zəkatının ödənilməsidir, digər ibadətlər isə bəyəniləndir. Bayram günü, yəni iyunun 26-sı oruc tutmaq günahdır.

Bayram daxil olduqdan sonra imkanı olan hər bir müsəlmana vacibdir ki, özünün və onun öhdəsində olan kəslərin adından fitrə zəkatı çıxartmalıdır. Öhdəsində olan adamlar dedikdə ailə üzvləri, qonaqları, baxdığı insanlar və s. nəzərdə tutulur. Maddi təminatı başqasının öhdəsində olanlara və fəqirlərə zəkat vacib olmasa da, zəkat vermələrində bir eyb yoxdur.

Bu zəkat mömin fəqirlərə çatdırılmalıdır. Mömin fəqir tapmaq mümkün olmadıqda, onu istənilən müsəlman fəqirə vermək olar. Xarici ölkələrdə yaşayan soydaşlarımız fitrə zəkatını vətənlərinə yollaya bilərlər. Fitrəni verən adam fəqirin heysiyyatını və izzətini qorumalıdır. Seyyid fəqirlərə yalnız seyyidlər fitrə zəkatı verə bilər. Zəkatı bayram namazına qədər ünvanına çatdırmaq yaxşıdır, zöhr azanından sonraya qədər isə gecikdirmək olmaz. Onun ödənilməsini etibarlı insanlara həvalə etmək də olar.

Fitrə zəkatının miqdarı adam başı 3 kq düyü, buğda, arpa, xurma və s. ərzaqlardır. Müasir dövrün tələblərini nəzərə alaraq, yaxşı olar ki, fitrəni ərzaqla deyil, onun ekvivalenti olan pul miqdarı ilə çıxartsınlar. Qeyd olunan ərzaqların daha ucuzu və ya daha bahasının qiyməti ilə də fitrə pulu çıxarmaq olar. Lakin, imkanı olanların bahalı ərzaqları meyar götürərək yardımlaşmaya daha çox qatqı etmələri bəyənilir.

Jurnalist, ilahiyyatçı Südabə Həsənli


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4525   Tarix: 23 iyun 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda özəl klinikada əməliyyat olunan uşaq öldü

Bakıda özəl klinikada əməliyyat olunan uşaq ölüb. xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatdan sonra vəfa

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

26 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel
.

İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO

İkinci əl məhsullar, adətən, ucuz olduğundan vətəndaşların onlara marağı da yüksək olur. Ancaq bəzən bu məhsullar alındıqdan bir müddət sonra oğurluq olduğu ortaya çıxır. Bu barədə ARB TV-nin süjetində deyilir. Qeyd olunan məsələ ilə bağlı fikrini bildirən hüquqşünas Fərhad Mehdiyevin sözlərinə görə

25 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Şoyqu "Crocus"da törədilən terror aktının təfərrüatını açıqlayıb

"Bu ilin martında Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall" konsert zalında törədilən terror aktının izləri Ukraynaya aparır". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşündə deyib

26 aprel
.

Daha bir alim Ali Attestasiya Komissiyasına qarşı

Fəlsəfə üzrə elmlər doktoru, dosent Aydın Əlizadə Ali Attestasiya Komissiyası arasında məhkəmə çəkişməsi gedir. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iş hazırda Ali Məhkəmədədir. Aydın Əlizadə məhkəmə çəkişməsində iddiaçı qismində çıxış edir. Birinci məhkəmə instansiyası onun iddiasını təmnin etməyib

26 aprel