Əhalinin diqqətinə! Benzinin bahalaşmasından sonra bu şeylər bahalaşır : "Tarif Şurası..."

Əhalinin diqqətinə! Benzinin bahalaşmasından sonra bu şeylər bahalaşır : "Tarif Şurası..."Bakı metrosunda gediş haqlarının artırılması yenidən gündəmə gəlib; Aztəminatlı təbəqənin ən ucuz nəqliyyatı olan metro da əlçatmaz olmağa başlanır...

Benzinin qiymətinin qalxmasından sonra metroda gediş haqlarının artacağı ehtimalı daha çox güclənib.

Bu gedişlə insanlar gündəlik velosipeddən istifadə etməli olacaqlar. Çünki Metropolitenin sözçüsü də qiymət artımı barədə konkret danışmayıb. Nə təkzib, nə təsdiq edib.

Sonxeber.az Ulus.Az - istinadən xəbər verir ki, artıq Tarif Şurasının yeraltı nəqliyyatın tariflərini dəyişməsi üçün hazırlıq gördüyünü deməyə əsas yaranır.

"Bu barədə bir söz deyə bilmərəm. Çünki məlumatımız yoxdur. Hər şey Tarif Şurasının qərarından asılıdır".

Bu sözləri "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev metroda qiymət artımı ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən belə deyib.

O, Bakı Metropoliteni tərəfindən Tarif Şurasına belə bir müraciətin olunmadığını açıqlayıb.

İqtisadçı Natiq Cəfərli mətbuata açıqlamasında bildirib ki, uzun müddətdir, metroda gediş haqqının qaldırılmasına dair söhbət aparılır.

Onun sözlərinə görə, metro ilə bağlı dəfələrlə açıqlama olub, amma sərnişinin maya dəyəri, onun necə hesablanması açıqlanmır: "Bu, təxmini 50 qəpik civarında bildirilib. Ona görə gələcəkdə metroda gediş haqqının artması ilə bağlı qərar verilə bilər.

Bunu onunla izah edəcəklər ki, sərnişinlərin daşınmasının maya dəyəri yüksəkdir. Lakin qurumun rəhbərliyindən heç kim izah edə bilməyib ki, maya dəyəri niyə belə yüksək hesablanır.

Əslində, müstəqil audit keçirib, bu qurumda sərnişin daşınmasının maya dəyərini hesablamaq mümkündür.

Hələlik əlimizdə olan ancaq sərnişindaşımanın maya dəyərinin artması ilə bağlı həmin qurumun özündən verilən məlumatdır. Ola bilər, Metropolitendə də gediş haqqının artırılması ilə bağlı qərar verilsin".

Ulus.Az xəbər verir ki, gediş haqlarının tənzimlənməsi üçün iyulun 15-dən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.

Bu isə hazırkı qiymətlərin 20% artırılması deməkdir. Bu da metroda gediş haqlarının qaldırılmasını aktuallaşdırıb.

Artım olarsa aztəminatlı təbəqənin cibinə növbəti zərbə dəymiş olacaq. Çünki metrodan əhalinin imkansız təbəqəsi istifadə edir.

Elektrik enerjisinin bahalaşması Metropoliten rəhbərliyinə bu addımı atmaq üçün ikiqat fürsət qazandırıb. Amma hələlik ictimai rəy testdən keçirilir və cəmiyyətin reaksiyası öyrənilir.

Bu məqsədlə mətbuatda Bakı Metropoliten QSC-nin zərərlə işləməsi haqda statistik məlumatlar yayılır. Belə ki, ötən ilin 9 ayında sərnişin daşınmasından zərər 52.4 milyon manatdan çox olub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3775   Tarix: 17 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021
.

"Elmlər Akademiyası" stansiyasının pəncərələrinə 5,3 mln manat xərclənəcək

"Bakı Metropoliteni" QSC "Elmlər Akademiyası" stansiyasının inzibati binasının 5-ci mərtəbəsində pəncərələrin hazırlanıb quraşdırılması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Nimex"

25 avqust 2021
.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021