Ermənistana AĞIR ZƏRBƏ

Ermənistana AĞIR ZƏRBƏTürkiyə Rusiyadan S-400 raket sistemlərinin alınması üçün 2,5 milyard dollar ödəməyə razılaşıb. Bu ilk növbədə NATO üzvü olan Türkiyənin Şimal Alyansı ilə əks cəbhədə dayanan Rusiya ilə müqavilə imzalanması, digər tərəfdən, alınan raketlərdən birinin Ermənistana tuşlanması ehtimalı kontekstində diqqət çəkir.

"Bloomberg"ə danışan Türkiyə hökumətindəki mənbə gələn il Rusiyadan uzaq və orta mənzilli S-400-lərin gətiriləcəyini açıqlayıb.

Onun sözlərinə görə, bundan sonra Türkiyə Rusiyadan daha iki raket sistemi alacaq.

NATO ilə gərginlik

Türkiyə hələ ötən əsrin 50-ci illərindən NATO üzvüdür. "Soyuq müharibə" dövründə Türkiyə SSRİ ilə sərhəddə yerləşən ölkə kimi strateji önəmə sahib idi. Sonrakı dövrlərdə də Türkiyə strateji baxımdan NATO üçün vazkeçilməz üzv olub. Lakin son dövrlər Ankara ilə ittifaq arasında soyuqluq müşahidə olunur. Buna səbəb Ankaranın Suriya və İraqda hərbi əməliyyatlar keçirməsi və müstəqil xarici siyasət yürütməsi, həmçinin, NATO-nun 15 iyul dövlət çevrilişi cəhdində rol oynaması kimi faktların gündəmə gəlməsi kimi hadisələrdir. İttifaqla Türkiyə arasındakı gərginliyin səbəbləri kimi bir çox məqamı da qeyd etmək olar. Lakin faktiki olaraq, bu gərginlik fonunda Türkiyənin çox güclü raket sistemi hesab olunan S-400-ləri Rusiyadan alması suallara yol açır. Şübhəsiz ki, Türkiyənin Rusiyaya üz tutmasının əsas səbəblərindən biri NATO müttəfiqlərinin heç birinin ona belə bir raket sistemi satmaq istəməməsidir. Amma ümumi mənzərədə Türkiyə-Rusiya yaxınlaşması da hiss olunur.

Strateji analiz mərkəzinin direktor müavini Konstantin Makienko qeyd edir ki, Rusiya ilə raket sazişi ABŞ və Avropanın Türkiyəni məyus etdiyinin açıq əlamətidir: "Lakin hələ konkret nəsə demək çətindir".

Raketlər Ermənistana tuşlanır?

"Bloomberg" yazır ki, Türkiyənin bu raket sistemini Rusiyadan almasının digər səbəbi NATO-nun Ankaraya verəcəyi raket sistemləri ilə bağlı qoyduğu qadağalardır.

"NATO Türkiyəyə raket sistemləri verərkən, onların Yunanıstan və Ermənistan sərhədlərinə yerlədirilməsinə qadağa qoyur. Rusiya ilə razılaşmada isə Türkiyənin bu sistemlərdən istədiyi yerdə istifadə etmək hüququ qeyd olunur", - deyə nəşr yazır.

Bu o deməkdir ki, Türkiyə Rusiyadan alacağı raket sistemlərindən birini Ermənistanla sərhədə yerləşdirə bilər.

Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3033   Tarix: 17 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Prezident: "Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir"

"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-nin Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezident

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel