Rusiyadan gözlənən qorxulu hücum

Bir sıra dövlət qurumları Dağıstanla həmsərhəd rayonlarda fövqəladə iş rejiminə keçirilib

Azərbaycanın şimal qonşusu Dağıstanda əkin sahələri çəyirtkələrin hücumunə məruz qalıb. İstiPress-in araşdırmasına görə, Rusiya Federasiyasına daxil olan respublikanın 100 min hektara yaxın ərazisini əhatə edən çəirtkə hücumunun Azərbaycana da keçmək təhlükəsi var.

Kütləvi informasiya mənbələrində və sosial şəbəkələrdə yayılan məlumatlardan belə görünür ki, Dağıstanın Babayurd, Noqay, Tarumov və Qızılyar rayonlarını hədəfə almış çəyirtəkələr sahələrin üzərində qara bulud kimi hərəkət edirlər. Rüstəm Adaqamov adlı sosial şəbəkə istifadəçisinin "Twitter"ə yerləşdirdiyi videodan belə görünür ki, çəyirktələrin olduğu zonadan keçən avtomobillərdə görüntü qatı dumanda olduğu kimi bir neçə metrə düşür.

Dağıstanın sözügedən rayonlarında ziyanverici həşəratlara görə fövqəladə vəziyyət elan edilib. Artıq yerli hökumət həşəratlarla mübarizə tədbirlərini gücləndirib. Amma bununla belə, çəyirkələrin Azərbaycana keçməsi təhlükəsi də yaranıb. Çünki mübarizə tədbirlərinə baxmayaraq, çəyirtkələr yayılma ocağından ətrafa 300 kilometrə qədər yayıla bilirlər.

Düzdür, İstiPress-in şimal bürosunun məlumatına görə, Azərbaycanın Dağıstanla birbaşa sərhədi olan Qusar və Xaçmaz rayonlarında hələ ki, hər hansı bir çəyirtkə fəallığı aşkar edilməyib. Amma Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində İstiPress-ə verilən açıqlamada qonşu ölkələrin birində çəyirtkəkimilərin kütləvi miqrasiyası aşkar olunursa, o zaman onların Azərbaycan Respublikası ərazisinə keçməsiin mümkünlüyü vurğulanıb.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev İstiPress-in məsələ ilə bağlı sualına cavab olaraq bildirib ki, qurum bu problemdən xəbərdardır:

"Hazırda Dövlət Xidmətinin yerli qurumları və Respublika Bitki Mühafizə Mərkəzinin mobil bitki mühafizə dəstələri tərəfindən Dağıstanla həmsərhəd rayonlarda və dövlət ehtiyat fond torpaqlarında çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə mütamadi monitorinqlər həyata keçirilir və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri aparılır".

Dövlət Xidmətinin rəisi, 2015-ci ilin iyun ayında Dağıstan Respublikasının Terek çayı vadisindən Xəzər dənizi vasitəsi ilə Abşeron yarımadasına Asiya çəyirtkəsinin kütləvi miqrasiyasını da xatırladıb:

"Qısa müddət ərzində səyyar qərargahlar yaradıldı, 1040 hektar sahədə mübarizə tədbirləri aparıldı və Asiya çəyirtkəsinin ocaqları məhv edildi. Kimyəvi mübarizə tədbirləri əsasən suyun çox olduğu və qamışlıq ərazilərdə həyata keçirildi və qısa müddət ərzində yaxşı nəticə əldə edildi. Çünki çəyirtkələr həmin yerlərdə yumurta qoyduğundan bu ərazilərdə mübarizə tədbirləri daha güclü aparılır".

Camal Quliyev çəyirtkə sürüsünün Azərbaycana keçməsinin qarşısının alınması üçün mühafizə metodlarından da bəhs edib. O, hər il olduğu kimi, 2017-ci ildə də xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə məqsədi ilə respublikanın bütün rayonlarını əhatə edən qərargahların yaradıldığını diqqətə çatdırıb:

"Müvafiq qurumlar gücləndirilmiş iş reciminə keçirilib və mobil bitki mühafizə dəstələrinin maddi-texniki bazası müvafiq tələblərə tam uyğunlaşdırılıb. Buna görə də mobil bitki mühafizə dəstələri çəyirtkəkimilərlə mübarizəyə maddi-texniki baxımdan tam hazırdır. Mübarizə tədbirləri zamanı əsasən "Pikap" tipli, ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyəti olan "AU 8115 M" çiləyici aqreqatlar və yerüstü çiləyicilərdən istifadə olunur. Hazırda maşın-mexanizmlər işlək vəziyyətdə saxlanılır ki, çəyirtkəkimilərin miqrasiyası baş verdikdə, bunun qarşısı dərhal alınsın və kənd təsərrüfatı bitkilərinə ziyan vurmasına imkan verilməsin. Bildirim ki, bu vaxta qədər ölkə üzrə ümumilikdə 16100 hektar sahədə kimyəvi dərmanlama işləri aparılıb".

Əkin sahələrinin ən başlıca problemlərindən birinin çəyirtkələrlə bağlı olduğunu deyən Dövlət Xidməti rəisi vurğulayıb ki, bu ziyanvericilər taxıl məhsullarını, meyvə-tərəvəzi, pambığı, hətta meyvə ağaclarının yarpaqlarını məhv edir: "Onlar sürətlə çoxalır, bir ərazidən digər əraziyə sürətlə miqrasiya edir və bu zaman 250 km-dən çox məsafəni qət edə bilir. Çəyirtkəkimilər digər həşəratlardan fərqli olaraq daha çox qidalanır və bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər. Ona görə də mübarizə tədbirləri əsasən çəyirtkələrin uçmağa başladığı dövrə qədər geniş şəkildə həyata keçirmək lazımdır ki, müsbət nəticələr əldə edilsin və vurulan zərərin qarşısı tez bir zamanda alınsın".

Azərbaycanda əkinlər üçün bir çox mövsümi təhlükələrin mövcud olmasından bəhs edən Camal Quliyev bildirib ki, kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərinə qarşı mübarizə tədbirlərinin aparılması zəruri olduqda, Dövlət Xidmətinin metodiki tövsiyyələri əsasında fermerlər tərəfindən mübarizə tədbirləri aparılır: "Eləcə də bölgələrdə regional müşavirələr keçirilir, torpaq mülkiyyətçiləri və fermerlərlə maarifləndirici söhbətlər aparılır. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin "1652" və Dövlət Xidmətinin 012.562.87.44 çağrı mərkəzləri fəaliyyət göstərir. Əkin sahələrində, fermer təsərrüfatlarında adıçəkilən zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır".
Rusiyadan gözlənən qorxulu hücumRusiyadan gözlənən qorxulu hücumRusiyadan gözlənən qorxulu hücum


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5332   Tarix: 22 iyul 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel