Əhaliyə XƏBƏRDARLIQ: Çayxanalar kişilərdə sonsuzluq yaradır

Əhaliyə XƏBƏRDARLIQ: Çayxanalar kişilərdə sonsuzluq yaradırQətibə Abdullayeva: "İstər soyuq aylarda, istərsə də yay aylarında çox oturanda, prostat vəzidə problemlər yaranır"

Hazırda sonsuzluq bütün dünyada ən böyük problemlərdən biri sayılır.Azərbaycanda isə insanların əksəriyyəti sonsuzluqdan söhbət düşdükdə bunu ilk növbədə qadının sağlamlığında olan hər hansı problemlə əlaqələndirirlər.Lakin bu səhv fikirdir. Müasir dövrdə kişi sonsuzluğu da qadın sonsuzluğu kimi çox yayılmış problemdir. Ali dərəcəli akuşer-ginekoloq, "Yeni Nəsil" tibb mərkəzinin baş həkimi Qətibə Abdullayeva "Cümhuriyət" qəzetinə müsahibəsində kişi sonsuzluğu ilə bağlı bizi maraqlandıran sualları cavablandırıb:

-Doğrudan da, indi kişi sonsuzluğu artıb. Bunun da səbəbi ekoloji, hormonal, infeksion və bir çox müxtəlif faktorlardan asılıdır. Yəni müxtəlif faktorlardan asılı olaraq, spermada faiz aşağı düşür, sonsuzluq baş verir. Kişi sonsuzluğunu yaradan amillərdən biri də stressdir.Hər hansı bir pis vəziyyətin, maddi problemlər fonunda baş verən amillərin ailəyə, işə təsiri kişilərdə stress yaradır və sperma faizinin aşağı düşməsinə gətirib çıxarır.

Onu da deyim ki, kişilərdə sonsuzluq yaradan xəstəliklər arasında ən çox rast gəlinən varikosele xəstəliyidir. Varikosele - toxum ciyəsi venalarının genişlənməsi olub, kişi cinsiyyət sistemi üzvlərinin ən çox yayılmış xəstəliklərindən biridir. Kişi orqanizminin anatomik xüsusiyyətlərinə görə varikosele xəstəliyi 90 fazi hallarda sol tərəfdə inkişaf edir.Varikosele əsasən ona görə təhlükəli hesab edilir ki, bu patoloji hal zamanı xayalarda (yumurtalar) qan dövranı pozğunluğu baş verdiyi üçün, xayalıqda temperaturun bir qədər yüksəlməsi və qan durğunluğu olur.Bu isə son nəticədə spermatoğenezin (spermatozoidlərin yetişməsi prosesi) pozulmasına və sonsuzluğun (dölyaratma qabiliyyətinin olmaması) inkişaf etməsinə səbəb olur. Varikosele - kişi sonsuzluğunun ən çox yayılmış səbəblərindən biridir.

-Son illər sizə müraciət edən xəstələrdə qadın, yoxsa kişi sonsuzluğundan əziyyət çəkənlər çoxluq təşkil edir?

-Son vaxtlar demək olar ki, kişi sonsuzluğu üstünlük təşkil edir. Bu da stresslə, sinir sistemi ilə əlaqədardır.Həmçinin ekoloji faktorların da təsiri rol oynayır.Bir də daha çox infeksiyalarla əlaqədar olur.

-Zöhrəvi xəstəliklər sonsuzluq yaradır?

-Zöhrəvi xəstəliklər kateqoriyasından asılı olaraq sonsuzluq yarada bilir. Kişilərdə cinsi yolla keçən infeksiyalar var ki, spermanın faizinin aşağı düşməsinə səbəb olur.Cinsi yolla keçən infeksiyaların əksəriyyətinə düzgün diaqnoz qoyulduqda, müalicə vaxtında başlandıqda və sona qədər aparıldıqda sağalan xəstəliklərdir.Cinsi yolla keçən infeksiyaların qəddarlığı ondadır ki, onlar çox vaxt heç bir əlamətlə özlərini büruzə vermir və ya bu simptomlar çox zəif dərəcədə ifadə oluna bilirlər.Cinsi yolla keçən infeksiyalar müalicə olunmazsa, ya da müalicəsi düzgün aparılmazsa, gizli-xroniki formaya keçərək bir sıra fəsadlar törədə, sonsuzluq və sair xəstəliklərin yaranmasına səbəb olar.Buna görə də, sonsuzluğun müalicəsi zamanı, cinsi yolla keçən infeksiyalara görə də müayinələrin aparılması vacib hesab edilir.

-Bizdə yanlış fikir formalaşıb ki, ailədə övlad yoxdursa, mütləq qadın həkimə getməlidir. Kişi sonsuz ola bilməz. Sizcə, bu nə dərəcədə doğrudur?

-Mən ümumiyyətlə, hər kəsə, xalqımıza məsləhət görürəm ki, ailə qurduqdan sonra 6 ay ərzində uşaqları olmayanlar tək müayinəyə getməsinlər. Cütlüklər birgə müayinəyə getsinlər.Sonsuzluğun səbəbi kimdədir, nəyə görədir, hansı səbəbdəndir, tam aydınlaşdırdıqdan sonra müalicə alsınlar. Həm qadın, həm də kişi eyni zamanda müayinədən keçməli və müalicə olunmalıdır. Bu halda nəticə daha uğurlu olacaq.

-Son zamanlar plastik materialdan olan stulların da kişilərdə sonsuzluq yaratdığını iddia edirlər. Siz bu fikirlə razısınızmı?

-Boş sözdür. Plastik oturacaqlar heç bir sonsuzluq yarada bilməz.Sadəcə olaraq, bunu ona görə deyirlər ki, kişilər plastik oturacaqlarda, çayxanalarda, saatlarla otururlar.İstər soyuq aylarda, istərsə də yay aylarında, çox oturanda, prostat vəzidə problemlər yaranır.Bu daha çox oturaq həyat tərzi ilə əlaqədardır.Belə ki, insan uzun müddət ərzində oturanda onun bədəninin aşağı hissəsində əzələlər və damarlar sıxılır, nəticədə qan dövranı kəskin pozulur.Qanın orqanizmdə normal dövr etməsi sağlamlıq üçün çox vacibdir.Qan orqan və sistemlərə qidalı maddələri və oksigeni daşıyır. Qan dövranı pozulduqda orqanlar daha az oksigen və qida alır ki, bu onlarda pozulmaların inkişafına yol açır. Bundan əlavə, orqanlarda durğunluq yaranır.Durğunluq isə iltihabların əsas səbəbidir.Oturaq həyat tərzi kişilərdə prostatit və cinsi zəfliyi, qadınlarda cinsiyyət sistemi pozulmaları və iltihablar, mədə-bağırsaq sistemi pozulmaları və xəstəlikləri (həzm problemləri, qəbizlik, hətta yoğun bağırsağı xərçəngi), babasil, varikoz və sair kimi xəstəliklər yaradır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6036   Tarix: 12 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel