Təcili! Azərbaycanlı məşhurla bağlı bu xəbər ÜRƏK DAĞLADI

Təcili! Azərbaycanlı məşhurla bağlı bu xəbər ÜRƏK DAĞLADIAvqustun 12-si çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Xalq Şairi Qabilin doğum günüdür.

Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil alıb. O, 1954-1956-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.

Əmək fəaliyyətinə 1949-1951-ci illərdə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda laborant kimi başlayan Qabil 1951-1953-cü illərdə "Azərbaycan müəllimi" qəzetinin redaksiyasında şöbə müdiri, 1954-cü ildə "Kommunist" qəzetinin redaksiyasında tərcüməçi-redaktor, 1957-1958-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə "Azərbaycan" jurnalının redaksiyasında ədəbi işçi və baş redaktorun müavini vəzifələrində çalışıb.

Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm rol oynayıb. "Gəl, baharım" adlı ilk şeiri 1944-cü ildə "Ədəbiyyat" qəzetində çap olunan Qabilin 1950-ci ildə "Səhər açılır" adlı kitabı işıq üzü görüb. Onun "Mənim mavi Xəzərim" (1959), "Küləkli havalarda" (1964), "Qoy danışsın təbiət" (1966), "Vətəndaş sərnişinlər" (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən "Səhv düşəndə yerimiz", "Bakılı", "Qarışdırma", "Çörək", "Təmizlik", "Gülləbaran eylədilər", "Nəsimi bazarında", "Beşiyimdir - məzarımdır o mənim", "Dağlar", "Azərbaycan torpağı" kimi qeyri-adı şeirləri və "Nəsimi" fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb.

Qabilin yaradıcılığı müasir Azərbaycan ədəbiyyatını zənginləşdirməklə onun parlaq səhifələrindən birini təşkil edir. Fəal həyat mövqeyi və hadisələrə obyektiv münasibəti ilə seçilən şair ana dilimizin bədii imkanlarından məharətlə istifadə edərək, poeziyanın mövzu baxımından rəngarəng nümunələrini yaradıb. Şairin milli ədəbi irsimizin ənənələrindən qaynaqlanan və müasir ədəbi prosesləri əks etdirən, lirizmi və humanizmi ilə səciyyələnən şeirləri Azərbaycan oxucusu tərəfindən rəğbətlə qarşılanıb. Onun poetik təfəkkürünün məhsulu olan və ədəbiyyatımızın müxtəlif janrlarını əhatə edən lirikası dilinin axıcılığı, rəvanlığı və milli koloriti ilə seçilir. Şairin əsərləri bir çox xalqların dillərinə tərcümə olunaraq, ölkəmizin hüdudlarından kənarda maraqla qarşılanıb.

Qabilin yaradıcılıq yolu şəxsiyyəti ilə həmahəng olub. Səmimi və duzlu zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük səadətdir.

Daim poetik duyğularla qəlbində Vətəninə, millətinə tükənməz məhəbbəti olan Qabil gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat müşahidələri ilə xalqına vicdanla xidmət edib.

Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı "Şəhid anası", "Qeyrət, a vətəndaşlar", "Oldu", "Xəcalət", "Birini elə, birini belə" və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.

Uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

Xalq Şairi Qabil 2007-ci il aprelin 4-də vəfat edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3065   Tarix: 12 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

1 may
.

Trampın mümkün vitse-prezidenti heyvanlara qarşı amansız rəftarı ilə məşhurlaşıb

Trampın vitse-prezidentliyinə əsas namizədlərindən biri olan Cənubi Dakota qubernatoru Kristi Noem öz xatirə kitabında 14 aylıq iti Kriketin öldürülməsini təsvir edib. Noemin sözlərinə görə, o, itə nifrət edib və qırqovul ovunu pozduqdan sonra heyvanı güllələyib. Kriketin ardınca Noem fermasında ola

28 aprel
.

9 maşının əzildiyi qəza anı - Video

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ötən gecə Nəsimi rayonu Rəşid Behbudov küçəsində baş vermis ağır qəzanın görüntülərini yayıb. "Qafqazinfo" xəbər verir ki, görüntülərdən sürət yarışına çıxmış avtomobillərin idarəetmədən çıxaraq qəza törətdiyi və ümumilikdə 9 maşına ciddi ziya

30 aprel
.

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsini

4 may
.

İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ

Uzun müddətdir Türkiyədə yaşayan iranlı qadın Sanaz Cəlilinin sığınacaq istəyi rədd edildikdən sonra həyatına son qoyub. xəbər verir ki, 7 il əvvəl Türkiyəyə gələn iranlı qaçqın Sanaz Celili sığınacaq müraciəti rədd edildiyi üçün intihar edib. Türkiyənin Miqrasiya İdarəsi tərəfindən İrana deportasiy

4 may
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - YENİLƏNİB + FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28 aprel
.

Bakıda minik avtomobili yanıb

Bakı şəhərinin Binəqədi rayonunda "Land Rover" markalı minik avtomobilinin idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfində

5 may
.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilər yanğında

5 may
.

Tovuzda sərnişin avtobusu piyadanı vurub

Tovuzda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Bakıdan Qazaxa gələn sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadının vəziyyətinin ağır olduğu bildirilir

28 aprel