Yuxuda sekslə məşğul olmaq görün nəyə işarə imiş

Yuxuda sekslə məşğul olmaq görün nəyə işarə imişYuxu uşaqlıqdan yaddaşımıza ilişib qalan, kökündə cinsəllik və təcavüzkarlıq kimi impulsları ehtiva edir. Şüuraltında gizlənən düşüncə, hiss, qorxu, qayğı və arzuların inikasıdır. Bəzən yuxular adamın özünə belə etiraf etmədiyi arzuları saxlayır. Bundan başqa, oyaq olduğumuz zaman beynimizi qurdalayan qayğı və düşüncələri ehtiva edən zehni fəaliyyət nəticəsi də ola bilər. Türkiyəli psixoloq Cem Keçə yuxuların simvolik mənalar daşıdığını deyir.

Sonxeber.az lent.az-a istinadən cinsi mövzulu yuxularla bağlı mütəxəssisin fikirlərini təqdim edir.

C. Keçe yuxuların gizli mənalı və real məzmunlu olmaqla iki yerə ayrıldığını deyir. Gizli mənalı yuxular şüur xarici və alt beyin yuxularıdır və simvolik mənalar daşıyır. Narahat olduğumuz məsələlər simvollarla ifadə edilir: "İki yaşından sonra uşaqların bacı-qardaşları, ana və ataları ilə eyni yataqda yatmamaları lazımdır. Vaginizmdən erkən boşalmaya qədər cinsi müalicədə etdiyimiz psixoloji şərhləri bu yuxular üzərindən edirik. Məsələn, penis yuxularda ilan, uzun bir ağac və ya iti uclu qələm şəklində simvollaşdırıla bilər. Görünən məzmunlu yuxular isə gündəlik həyatda eşitdiyimiz, yaşadığımız hadisələrlə əlaqəli olaraq gördüyümüz üstbeyin yuxularıdır. Müdirinə əsəbləşən bir işçinin yuxusunda müdirini döyərkən görməsi buna nümunə ola bilər".

Psixoloq bildirir ki, cinsi məzmunlu yuxular cinsi istəklərin uzun müddət qarşılanmamasından qaynaqlana bilər. Cinsi məzmunlu yuxular cəmiyyətdə yaxşı qarşılanmır və çətinliklər, dedi-qodulara işarə kimi yozulur: "Buna REM yuxusu deyilir. Yuxuların görüldüyü zaman təsirli molekullar arasında asetilkolin, dopamin, dimetiltriptamin və ya seks hormonları olaraq bilinən estrogen və testosteron var. Seks hormonlarının səviyyələri FSH və LH adlı molekullar tərəfindən nəzarət edilir. LH hormonu kişilərdə testosteron sintezini artırır. Yuxuların cinsi məzmunu və kişilərdə görülən cinsi orqan sərtləşməsi bu mexanizmlə meydana gəlir. Cinsi məzmunlu yuxular, ümumiyyətlə, cinsi istəklərin uzun müddət qarşılanmaması ilə bağlı görülə bilər".

Yuxuda boşalma nədir?

Gənc oğlanlarda, yeniyetmələrdə qeyri-iradi, insanın özündən asılı olmadan yuxuda boşalma vəziyyətlərinə tez-tez rast gəlinir. Çünki yetkinlik dövründə hormonların təsiriylə və cinsi fantaziyaların qurulmasıyla sperma çox yığılır və sperma kanalda gərginlik yaranır. Bu da penisi sərtləşdirir və spermanın boşaldılmasını tələb edir: "Bu cür boşalmalar zamanı bəzən yuxu da görülür və gənc oğlan oyananda yuxunu xatırlamaya bilər. Bu gənclərdə özündən nifrət etmə, yuxusuzluq, sinir böhranları, günahkarlıq duyğusu və ya narahatlıq yarana bilər. Əgər yuxunuzda cinsi əlaqəyə girdiyiniz adam sevgiliniz və ya həyat yoldaşınızdırsa, xəyallarınıza qovuşacağınıza əmin olun. Amma tanımadığınız bir adamla cinsi münasibət yaşayırsınızsa, bu vəziyyət etibarınızın sarsılacağına işarədir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 25699   Tarix: 13 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20 aprel
.

Məşhur psixoloji test: Ən böyük qorxunuzun nə olduğunu öyrənin

"Girməkdən qorxduğunuz hər mağarada axtardığınız bir şey var", - Cozef Kempbell deyib. Qorxularımız tez-tez irəliləməyimizə, özümüzü yetərli və xoşbəxt hiss etməyimizə mane olan maneələr yaradır. -ın xarici mediaya istinadən xəbərinə görə, tədqiqatçı və yazıçı Cozef Kempbell inanırdı ki, qorxularınız

21 aprel
.

Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB

Bəzi istifadəçilər smartfonlarını həmişə ekranı aşağı vəziyyətdə qoyurlar. Çox vaxt başqaları elə düşünür ki, smartfon sahibi bunu bəzi məlumatları onlardan gizləmək üçün edir. Hətta el arasında belə bir məsəl də var: "Görünür, o, zəng edənlərin adlarını görməyimizi istəmir". Ancaq çox vax

21 aprel
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14 aprel
.

Mask: "Ukrayna münaqişəsindən çıxış yolu yoxdur"

ABŞ-li iş adamı İlon Mask bildirib ki, Ukrayna münaqişəsindən çıxış yolu yoxdur. xəbər verir ki, o, bu narahatlığını ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya təxminən 61 milyard dollar ayırması ilə bağlı qanun layihəsinin qəbulu fonunda bildirib. "Mənim ən böyük narahatlığım ondan ibarətdi

21 aprel
.

Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda beş ulduzlu hotellərdə xidmət qiymətləri durmadan artır. -ın məlumatına görə, Dövlət Turizm Agentliyinin hesabatına əsasən, bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı beş ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 225 manat təşkil edib. Bu da ötən ili

21 aprel
.

Alimlərdən 18-ci əsrə aid UNİKAL TAPINTI

Lüdvik Hirşfeld İmmunologiya və Eksperimental Terapiya İnstitutundan olan antropoloqlar 18-ci əsrə aid bir məzarda damaq yarığını düzəltmək üçün ilk növ protez tapıblar. Yarıq damaq, həmçinin canavarağız və ya dovşandodaq kimi tanınan, üz-çənə nahiyəsinin funksional pozğunluğu ilə müşayiət edilən nadi

14 aprel
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21 aprel
.

Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər

Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq izləri ilə SİM-kart ala biləcəklər. "Vedomosti"nin öz mənbələrinə istinadla verdiyi məlumata görə, müvafiq tələblər Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən hazırlanıb. Bildirilir ki, miqrantlar və əcnəbilər Rusiya telekommunikasiy

14 aprel