Erməniləri ən çox öldürən silah

Erməniləri ən çox öldürən silahGəncləri Ermənistandan qaçmağa məcbur edən yeni səbəb

Artıq Ermənistan xərçəng üzrə dünya lideridir.

Bu barədə Ermənistanın keçmiş təbiəti mühafizə naziri Karine Danielyan bildirib.

"Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, bu il biz Zambiyadan sonra ikinciyik. Heç kim bu barədə narahat olmur və sual vermir ki, səbəb nədir", - deyə Karine Danielyan vurğulayıb.

Əslində, son bir neçə ildə Ermənistan həmişə bu məsələ üzrə dünya lideri olub. Bir neçə il qabaq DST məhz belə bir məlumat yaymışdı. Lakin Ermənistan Səhiyyə Nazirliyi buna etiraz edib və iddia edib ki, DST Ermənistanın əhali sayını düzgün göstərməyib. DST-nin saytında Ermənistanın əhalisi 2 milyon 969 min göstərilib. Amma Ermənistan Səhiyyə Nazirliyi ölkədə 3 milyon adamın yaşadığını iddia edib.

DST-nin dərc elədiyi rəqəmlər isə daha dəhşətlidir. Məsələn, 2014-cü ildə Ermənistanda 37 min ölüm qeydə alınıb, bunun 8 min 100-ü, yəni 22 faizi xərçəngin payına düşüb.

Karine Danielyanın dediyindən belə anlaşılır ki, əsas problem bu sahə üzrə heç bir elmi tədqiqatın aparılmamasından, dövlət hesabına müalicənin təşkil edilməməsindən qaynaqlanır. Çünki Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını əlində saxlamaq üçün silahlanmağa məcburdur. Həmin silahlar yetərincə bahadır və onların içində "İsgəndər" kimi qiyməti milyard dolları keçən komplekslər var. Ermənistan silaha xərclədiyi vəsaiti gizli saxlasa da, son 1 ildə Rusiyadan silah üçün 200 milyard dollar kredit aldığı məlumdur. Hazırda növbəti kredit barədə danışıqlar gedir.

Əslində isə Ermənistanın real əhali sayı 1,9 milyon ətrafında dəyişir, bunun 0,5 milyonu əmək miqrantı kimi ilin əsas hissəsini Rusiyada keçirir, ölkədə real olaraq 1,4 milyon adam yaşayır. 1 milyon adam isə 1992-ci ilə kimi Ermənistanda yaşamış və müstəqillik illərindən sonra oranı tərk etmiş "ölü canlar"dır. Onlar on illərdir ki, Ermənistana gəlmirlər və çox hissəsi dünyasını dəyişib. Amma İrəvan siyasi məqsədlərlə həmin adamları qeydiyyatdan çıxarmır.
Bunun əvəzində isə Ermənistanın təhsilə və elmə ayırdığı vəsaitlər ildən ilə azaldılır. Ermənistan hökumətinin orta müddətli proqramına görə, 2018-ci - 2020-ci illərdə təhsilə və elmə ayrılan vəsaitlərin ümumi daxili məhsuldakı (ÜDM) payı kəskin azalacaq. 2017-ci ildə bu vəsaitlər ÜDM-in 2,34%-ini təşkil edir, 2018-ci ildə bu, 2,18%-ə, 2019-cu ildə 1,99%-ə, 2020-cu ildə isə 1,85% olacaq.

Ermənistan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Artur İşxanyan bunun dəhşətli nətiəcələrə səbəb olacağını bildirir.

Ermənilərin Qarabağ qorxusunun əsas sirri
Onun sözlərinə görə, artıq Ermənistanda orta yaşlı alim yoxdur. Çünki elm sahəsi artıq cazibədar sayılmır, gənc kadrlar ailələrini dolandıra bilmirlər və ölkəni tərk etməyə məcbur olurlar.

Həm də erməniləri ən çox öldürən silahın məhz Ermənistan hakimiyyətinin digər sahələrdən - səhiyyədən, elmdən və təhsildən pul kəsərək aldığı silah olduğu ortaya çıxır.

Mənbə:İstiPress


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1680   Tarix: 14 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

​​​​​​​Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycanla Qırğızıstan arasında "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" imzalanıb. xəbər verir ki, sənədləri Azərbaycanın iqtisadiyya

24 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO

Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov

25 aprel
.

Azərbaycan-Qırğızıstan münasibətləri türk dünyasının birliyinə mühüm töhfələr verir

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistanla münasibətlərimiz çoxşaxəli olmaql

24 aprel
.

Almaniyada iqlim dialoqunun ikinci günü başlayır: İlham Əliyev iştirak edəcək

XV Petersberq İqlim Dialoqunun ikinci günü başlayır. "Report" xəbər verir ki, Prezident İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu gün keçiriləcək XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək. Prezident İlham Əliyevin Almaniya kansleri ilə həmi

26 aprel
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel