Günün dəhşətli xəbəri! Ana qızını pulla kişilərə satdı, sonra...

Günün dəhşətli xəbəri! Ana qızını pulla kişilərə satdı, sonra...Türkiyədə bir ailənin dramı eşidənləri dəhşətə gətirib.

Adı gizli saxlanılan qız anası və atası tərəfindən bir neçə dəfə fahişəliyə məcbur edildiyini söyləyib.

Dəhşət dolu reportajda saytın əməkdaşı bir qızın valieyinləri tərəfindən başına gətirilən amansız hadisədən danışıb:

"18 yaşı yeni tamam oldu. Adını verə bilmirəm, hazırda dövlət himayəsindədir.

O, öz anası tərəfindən fahişəliyə məcbur edilir. Valideyinləri böyük qadın alveri şəbəkəsiylə əlbirdir. Və öz övladlarını qurban verməkdə pis bir şey görmürlər, eyni şəkildə bacılarını da...

Bacısı - qızın xalası qaçmağı bacarır, amma azyaşlı qız nə zaman qaçsa da, yenidən evə geri qaytarılır.

Qız ananın əlindən qaçıb polisə sığındığı zaman, ata gedib yenidən evə gətirir.
Hüquq-mühafizə orqanları əməkdaşları "Bu, qızın anası, atasıdır!" deyib, qızın şikayətlərini ciddi qəbul etmirlər.
Nəhayət, qız xalasının yanına qaçmağı bacarır. Türkiyə Qadın Dərnəkləri Federasiyasında bu iki qadının şəxsiyyətləri, ünvanları dəyişdirilərək başqa bir şəhərə aparılır... Lakin nəticədə, bu iki qadını qorumağa çalışan dövlət elə bir səhv edir ki, ünvanlarını, yaşadıqları şəhəri, yeni adlarını, anasına və birləşdikləri şəbəkəyə bildirmiş olurlar... İndi onlar bu şəbəkənin təhdidindən nə edəcəyini bilmirlər. Bir şey başlarına gəlsə, kim məsuliyyət daşıyacaq?"

Özünü təqdim et.

- 18 yaşım var. Mən Türkiyənin cənubunda bir adada doğulmuşam. Liseyin 2-ci sinifinə qədər oxudum, sonra məktəbdən çıxartdılar.

Necə bir ailən vardı?

- Nə ailəsi, nə valideyn... Biz üç bacıyıq. Bacılarımdan birinin 16, birinin isə 4 yaşı var. Bacılarımı da bu insanlardan xilas etməyə çalışıram. Normal bir evimiz olmadı. Atam və anam spirtli içki və dərmanlardan istifadə edirdi. Evə girib, çıxanların sayı-hesabı yox idi. Qadın, kişi əlindən, dava-dalaşdan, səs-küydən, şiddətdən, hər cür pisliyi görmək mümkün idi. Daha açıq demək lazımdırsa, bizim ev fahişəxana kimi istifadə edilirdi.

Daimi bir evimiz olmadı. Evi tez-tez dəyişirdilər. Ev sahibləri vəziyyətdən xəbər tutanda kirayədən çıxarırdılar. Fahişəxanada böyüyən uşaqlarıq. Valideynlərim özlərini qorumaq üçün mənə istənilən pisliyi edə biləcək insanlar idi. Anam, atam məni satdı. O kişilərə satdı. Fahişəliyə məcbur etdilər.

Gənc yaşlarımda anamı başqa bir kişi, atamı isə başqa bir qadınla görürdüm. Yalnız məni yox, anam xalamı da satdı. Onları idarə edən daha güclü insanlar var. Qızlar üçün bir tələ qururlar və bu qızlar artıq o çirkabdan xilas ola bilmirlər. Bu vəziyyətdə mən və ailəm var idi.

Səni bu çirkaba necə batırdılar?

- 6-cı sinifdə oxuyarkən spirtli içki və siqaretə alışdırdılar. Məni istədikləri şeyi etməyə məcbur etdilər. Qaçmaq istədim, cəhd etdim, hər dəfə evə qaytardılar. 14 yaşımdaykən, mən çox üzr istəyirəm, aybaşı olduğumu anam biləndə evdə bayram idi. Anam: "Qadınlığa ilk addımı atırsan!" dedi. O, çox kişiylə cinsi əlaqənin necə zövqverici olduğunu mənə danışmağa başlayırdı. Necə gözəl həyat olduğunu söylədi. Bu yolla pul qazanmağın da çox rahat olduğunu danışırdı. Qəbul etmək istəmədim. Məni məcbur etdi, etiraz etdim. Evdən qaçmaq planım işə yaramadı, intihar etdim. Ancaq xəstəxanaya çatdırdılar. Heç cürə xilas ola bilmirdim.

Mənbə: milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 5176   Tarix: 15 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

Həmkəndlisini bıçaqla qətlə yetirən Maştağa sakini həbs edilib

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarını

4 may
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

5 may
.

Abşeronda dəhşətli QƏTL: Dostunu bir yumruqla öldürüb basdırdı

Aprelin 27-də Abşeron rayonu ərazisində 1984-cü il təvəllüdlü Zaur Seyfullayevin ölməsi barədə məlumat daxil olub. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumat əsasında Abşeron rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən isti izlə

27 aprel
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

26 aprel
.

"Tarqovı"da turistə hücum edən gənclərə AĞIR CƏZA

Bakının Səbail rayonu ərazisində - "Tarqovı" adlanan məhəllədə Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Şahin Cavadov və Asif Bağışova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, hər iki gənc Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib

2 may
.

14 yaşlı qızdan DƏHŞƏTLİ QƏTL: Narkotik aludəçisi olan atasını ÖLDÜRDÜ - VİDEO

Türkiyənin Qaziantep şəhərində 14 yaşlı qız narkotik aludəçisi olan atasını yatarkən naməlum səbəbdən bədəninin müxtəlif nahiyələrindən bıçaqlayaraq öldürüb. -a istinadən bildirir ki, qan donduran cinayət Qaziantepin Şahinbey rayonunda baş verib. Hadisədən sonra qız nəzarətə götürülüb

21 aprel
.

Tovuzda sevgilisini yandıran oğlan həbs edildi

Tanışının ölümündə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Tovuz rayon prokurorluğundan -a verilən məlumata görə, aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğun

1 may
.

Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO

Bakıda kişi "Instagram"da tanış olub birlikdə yaşadığı qadını qətlə yetirib. Belə ki, turizm şirkətlərindən birində çalışan Ayan (Adlar şərtidir) "Instagram"da tanış olduğu Tahir adlı şəxslə görüşməli idi. Tahir ona özünü İT mütəxəssisi kimi təqdim etmişdi. Ayan işdən sonra Tahirl

26 aprel