Sinəsi açıq foto paylaşan prezident qızı: "Bədənim vulqar deyil"

Qırğızıstan prezidentinin kiçik qızının alt paltarında körpəsini əmizdirdiyi foto, əmizdirmə və seksuallıq ilə bağlı qalmaqala səbəb olub.
Aprel ayında sosial mediada şəkil paylaşan Aliyə Şaqiyeva yazıb: "Mən körpəmi istədiyi yerdə və istədiyi vaxtda əmizdirəcəm"

Lenta.az xəbər verir ki, hərəkətinə ədəbsiz davranış damğası vurulduqdan sonra, paylaşımı silsə də, BBC-ə eksklüziv müsahibəsində o bildirib ki, qalmaqala səbəb qadın bədənini seksuallaşdıran mədəniyyətdir.

"Mənə verilən bədən vulqar deyil. O funksionaldır və körpənin ehtiyaclarını ödəmək üçündür," o, BBC Qırğızcaya deyib.
Aliyə Şaqiyeva deyib ki, qalmaqala səbəb qadın bədənin seksuallaşdırılmasıdır.

Onun hərəkətindən narazı qalan təkcə sosial media istifadəçiləri olmayıb. Valideynləri, prezident Almazbek Atambayev və xanımı Raisə də bunu bəyənməyiblər.

"Bu onların xoşuna gəlmədi. Və bu tamamilə anlaşılandır, çünki, gənc nəsillər valideynlərindən daha az mühafizəkar olur," Qırğızıstanın paytaxtı Bişkek ətrafında yerləşən evində müsahibə verən xanım Şaqiyeva deyib.

Xanım Şaqiyeva sosial medianın aktiv istifadəçisidir. Öz sənət əsərləri və özünün, həyat yoldaşı və övladının da şəkilləri daxil olmaqla tez-tez paylaşımlar edir. Onun şəkilləri adətən geniş açılan mənzərələr fonunda çəkilir.

Xanım Şaqiyevanın şəkillərinin əksəriyyəti Qırğızıstan mənzərələri fonunda çəkilir.

Əmizdirmə təkrarlanan mövzudur.

"Mən körpəmi əmizdirərkən onun üçün edə bildiyim ən yaxşı şeyi etdiyimi düşünürəm. Övladımın qayğısına qalmaq və onun ehtiyaclarını ödəmək, insanların haqqımda dedikləri sözlərdən daha vacibdir," xanım Şaqiyeva deyib.

Aliyə Şaqiyeva kimdir?

Mən onunla Bişkekin kənarında yerləşən nüfuzlu bir kvartaldakı əri və oğlu ilə yaşadığı mənzilində görüşdüm.
Onun rəsm və fotoları divarları bəzəyirdi və cütlük mənə meyvə və bitki çayı təklif etdi. Bitkiləri pəncərəaltına düzülmüş dibçəklərdə görmək olurdu. Cütlük vegetariandır. Bu isə ətyeyən ölkə üçün nadir bir haldır.
Post-Sovet müsəlman cəmiyyəti haqda Aliyə Şaqiyeva tamamilə fərqli düşünür. O, kifayət qədər səmimi təsir bağışladı və məşğul valideynlərin övladı kimi uşaqlıqda hiss etdiyi tənhalığı bölüşməkdən çəkinmədi.
O, nəsillər arası boşluqdan söz açdı və valideynlərini anlamaq və güzəştə getmək üçün etdiyi cəhdlərdən danışdı.
"Anamın 'dostları' ona mənimlə bağlı ismarışlar yollayıblar," o dedi.
"İndi özüm də anayam və anamın mənim üçün çəkdiyi əziyyətləri anlaya bilirəm."

Aliyə, Daun sindromlu uşaqlar və heyvan haqları ilə bağlı kampaniyaları aktiv dəstəkləyir və heç bir siyasi ambisiyası yoxdur.
Qırğızıstan əhalisinin keçmiş iki prezidentin övladlarının siyasət və biznes meylləri ilə bağlı xatirələri az deyil. Lakin, hazırkı prezident övladlarının siyasətə qarışmayacağı vədini verib.

Aliyə Şaqiyeva rəssamlıq və fotoqrafiya ilə məşğul olur. Qırğızıstan əsasən müsəlmanlardan ibarət keçmiş Sovet ölkəsidir. Sosial olaraq mühafizəkar cəmiyyətdə, ictimaiyyət arasında uşaq əmizdirmək normal hal sayılır.

Qadınları parklar və digər ictimai yerlərdə körpələrinə süd verərkən görmək mümkündür, amma, onlar adətən sinələri üzərinə örtük atırlar.
Xanım Şaqiyeva ilk dəfə övladını əmizdirən şəkil paylaşdıqda, bəzi sosial media istifadəçiləri bu qədər intim bir anı paylaşmağı xoş qarşılamamış, bəziləri isə onu ədəbsizlikdə qınamışdı.

Bu şəkillər Qırğızıstan sərhədlərindən kənarda da diqqətə səbəb olub və Avropaya qədər bir çox ölkələrin qəzet və saytlarında dərc olunub. Əksəriyyət onun tabuları qıraraq etdiyi bu hərəkəti təqdirə layiq bilib.
Əmizdirmək sualı bir çox ölkələrdə ictimai müzakirələrə səbəb olub və olmaqda davam edir. Üç il öncə Londonun Claridges Hotelində övladını əmizdirən anadan sinəsini örtməsi istənmişdi və hadisə, Britaniyada qalmaqal yaratmışdı.
May ayında Avstraliya parlamentində övladını əmizdirən keçmiş senator Larissa Waters də tarixə düşüb.

BBC-n müxtəlif dilli xidmətləri Aliyə Şaqiyevadan müsahibə aldıqdan sonra, müsəlman ölkələrində əmizdirmənin müxtəlif mədəniyyətləri də üzə çıxıb.
İranlı qadınlar ictimai yerlərdə övladlarını əmizdirərkən yaşadıqları stressdən yazıblar.
"İnsanların gözü mənə dikilir, ya nə iləsə özümü örtməli, ya da uşağımı ac qoymalıyam," Tehrandan bir ana göndərib.
Bəziləri isə Tehran metrosunda yenicə yaradılan ana və körpə otaqlarını tərifləyiblər.

Tehran metro stansiyasının bir işçisi stansiyadakı ana və körpə otağının şəkilini yollayıb
Kabuldan olan əfqanıstanlı Zərifə Qafari, öz ailəsindəki hadisələri bölüşüb. O deyib ki, analar övladlarını əmizdirmək üçün başqa otaqlara keçməli olurlar.
"Onlar bunu başqalarının qarşısında edə bilməzlər. Əks halda, ailənin yaşlı üzvlərinin kəskin reaksiyası ilə üzləşirlər. Bu böyük bir problemdir, amma, yavaş-yavaş mədəniyyət dəyişir."
Naqin adlı başqa bir əfqanıstanlı qadın, baldızı ilə bazarlıqda yaşadığı hadisədən söz açıb.
"O, övladını dükanda əmizdirə bilsin deyə biz oradan bazarlıq etməli olduq. O, oturdu və üzərinə böyük bir şərf atdı."
Bir türkiyəli Facebook istifadəçisi isə bildirib ki, övladını əmizdirərkən üzərini örtməyə özü üstünlük verir.
"Mən bunu insanların gözünə soxmaq istəmirəm. Örtükdən istifadə edirəm. Döşlərə seksuallıq əlaməti kimi baxan insanların sayı hələ də çoxdur."
Toronto universitetinin qadınlar və cinsiyyət üzrə eksperti Victoria Təhmasibi belə bir tweet paylaşıb: "Kapitalist nöqteyi-nəzərindən seksuallaşdırılan qadın döşlərinə, qazanc yeri kimi baxmaq olar. İctimai yerlərdə uşaq əmizdirmək qadının döşlərini daha az seksual göstərir, buna görə də düşüncə qəbuledilməzdir."
Aliyə Şaqiyeva isə valideynlərinin narahatçılığından sonra, şəkili hesabından silib. Valideynləri bunun onun "gənc ailəsinə xələl gətirəcəyindən" nigaran olublar.
Ancaq, bu onun fikrini dəyişmədiyi kimi müzakirələri də səngitməyib.
Sinəsi açıq foto paylaşan prezident qızı: "Bədənim vulqar deyil"Sinəsi açıq foto paylaşan prezident qızı: "Bədənim vulqar deyil"Sinəsi açıq foto paylaşan prezident qızı: "Bədənim vulqar deyil"Sinəsi açıq foto paylaşan prezident qızı: "Bədənim vulqar deyil"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4888   Tarix: 26 avqust 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Napoleonun baş geyimi hərraca çıxarılır

Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun

16 sentyabr 2021
.

Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak

18 sentyabr 2021
.

Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır

15 sentyabr 2021
.

Qapını açdıqda ərini deyil, naməlum kişini gördü - Ona elə vəhşilik yaşatdı ki... - VİDEO

Bursada gecə saatlarında baş verən hadisə hər kəsin qəzəb və qorxusuna səbəb olub. -a istinadən xəbər verir ki, evdə ərini gözləyən Necibiye B. qapını açdıqda ərini deyil, oğrunu görüb. O da ona olmazın zülm verib. Başını divara vurub, sonra da bıçaqlayıb. Oğru hadisə yerindən qaçarkən qadın qışqırara

17 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

"Vyetnamlı Tarzan" müharibədən qaçıb cəngəllikdə gizləndi: Görün başına nə gəldi - FOTO

40 il cəngəllikdə yaşayan 52 yaşındakı Xo Van Lanq, adamların arasına qayıtdıqdan 8 il sonra qaraciyər xərçəngindən ölüb. -a istinadla bildirir ki, 1972-ci ildə ABŞ təyyarələri həmin vaxt Xo Van Lanqın yaşadığı kəndi bombalayıblar. Kənddə yalnız o və atası Xo Van Txan sağ qalıblar. Düşməndən qorunma

15 sentyabr 2021
.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il

15 sentyabr 2021