Gürcüstana gedənlərə şad xəbər

Gürcüstana gedənlərə şad xəbərGürcüstana yol 50 km qısalacaq

Gürcüstana gedənlərə şad xəbər var. Bu günlərdə Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsində Azərbaycan və Gürcüstan gömrük orqanları nümayəndə heyətlərinin görüşü keçirilib.

Sonxeber.az-ın məlumatına görə, nümayəndə heyətləri hər iki ölkənin gömrük orqanlarının rəhbərləri arasında "Sadıxlı" keçid məntəqəsinin fəaliyyətinin bərpası ilə bağlı görüşlərin keçirilməsinə dair razılıq əldə edib. Daha sonra tərəflər "Sadıxlı" və "Mtkvari" keçid məntəqələrindəki vəziyyətlə tanış olublar. Bildirilib ki, hazırda bölgədə həyata keçirilən irimiqyaslı layihələr, eləcə də turizm potensialının gücləndirilməsi ilə əlaqədar tədbirlər nəticəsində sərhəddən keçən sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin ciddi artımı müşahidə olunur. Ona görə də, bu istiqamətdə gömrük xidmətinin keyfiyyətinin daha da yaxşılaşdırılması, sərhəddən keçidin sürətləndirilməsi və asanlaşdırılması məqsədilə birgə əməkdaşlıq vacibdir. "Sadıxlı" və "Mtkvari" keçid məntəqələrindən sərnişinlərin 24 saat keçidinin təmin olunması üçün lazımi tədbirlərin görülməsi, bu il avqustun 10-dan etibarən isə saat 08:00-dan 20:00-dək yüngül minik avtomobillərinin keçidinin təmin olunması barədə razılıq əldə olunub. Bundan başqa qarşılıqlı maraq doğuran digər məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Məlumatı şərh edən "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib ki, "Sadıxlı" keçid məntəqəsi ən aktiv məntəqələrdən biri olub: "Xüsusilə Qardabani rayonu üçün çox əlverişli keçid məntəqəsidir. Qardabanidən "Sınıq Körpü" gömrük keçid məntəqəsinə 15 km, Qazaxa gəlmək üçün isə 110 km yol qət etmək lazımdır. Amma indi "Sadıxlı" keçid məntəqəsi ilə Qardabanidən Qazaxa 50 km yol gələcəklər. Bu da hər bir vətəndaşın iqtisadi durumuna müsbət təsir göstərəcək. Ümumiyyətlə, "Qırmızı körpü"də hər zaman gərginlik, sıxlıq olurdu. Zənnimcə, indi o gərginlik aradan qalxacaq. 2 yüz minə qədər əhali bu sərhəd keçid məntəqəsi ilə gəlib, gedə bilər. Tiflis, Qaraçöp və Qarayazının əksər bölgələrindən Azərbaycana gəlmək üçün bu yol ən qısa və iqtisadi baxımdan sərfəli yoldur. Bu addımın reallaşması çox gözəl olar".

Ekspert Azər Allahverənov da deyib ki, bu, bütövlükdə "Sınıq körpü" sərhəd keçid məntəqəsindəki sıxlığı bir qədər azaltmış olacaq: "Digər tərəfdən bir alternativdir. Gürcüstana getmək istəyən Ağstafa rayon sakinləri məcbur idilər ki, Qazaxa gəlib oradan Gürcüstana keçsin. Lakin indi buna ehtiyac qalmayacaq. Sözügedən qərar sərhədyanı bölgədə yaşayanlar üçün çox əlverişli olacaq".

Müsahibimiz bəyan edib ki, məlum təşəbbüs Gürcüstandan ölkəmizə gələnlərin sayının artmasına təkan verəcək: "Həmçinin bu, Azərbaycanda turizm sektorunun inkişafı deməkdir. Çox müsbət haldır. Yay istirahətlərini təşkil etmək üçün Gürcüstandan Azərbaycana çoxsaylı insanlar gəlir. Sərhədyanı bölgələrdə yaşayanların biri-birilə qohumluq əlaqələri var. Onlar da "Sadıxlı" keçid məntəqəsindən istifadə edəcəklər. Bu alternativin yaranması insanların gediş-gəlişinin asanlaşdırılması istiqamətində çox təqdirəlayiq addımdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4104   Tarix: 31 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021