Lənkəranski ilə bağlı elə xəbər yayıldı ki...

Sentyabrın 11-də gecə saatlarında Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda öldürülən Azərbaycan vətəndaşı Elçin Məmmədovun qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
E.Məmmədovun restoranda əyləşdiyi masadan qəfil qalxmasının səbəbi ortaya çıxıb.
Xəbərə görə, azərbaycanlı avtoritet İlham Haciyev adlı şəxslə və "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) bir neçə yaxın adamı ilə yemək yediyi vaxt ona zəng gəlib. Çölə çıxaraq öz avtomobilində telefonla danışan E.Məmmədov silahlı hücuma məruz qalıb. Hazırda ona zəng edən şəxsin kimliyi araşdırılır.
Yaxın ətrafındakı adamların sözlərinə görə, E.Məmmədov 2016-cı il avqustun 18-də Türkiyədə güllələnən azərbaycanlı avtoritet Rövşən Caniyevin (Rövşən Lənkəranski) aradan qaldırılmasında iştirakına görə lovğalanırdı. Amma onun həqiqətən də Lənkəranskinin ölümündə iştirak edib-etmədiyi məlum deyil

Xatırladaq ki, 42 yaşlı E.Məmmədov Gürcüstan paytaxtının Vaxtanq Qorqasali küçəsində yerləşən "Maspindzelo" restoranının yaxınlığında güllələnib. O, 2015-ci ilin fevralında Moskvada edilmiş soyğuna görə federal axtarışda idi. Üç güllə yarası alan Məmmədovun cəsədi ağ "Toyota Land Cruiser"də tapılıb. Tapançadan açılan atəşin izləri avtomobilin hər iki tərəfində aşkar edilib. Bu, hücum edənlərin iki nəfər olduğu versiyasını irəli sürməyə imkan verir.
Cinayətlə bağlı hələ heç kim saxlanmayıb. Amma hüquq-mühafizə orqanlarındakı mənbələr qeyd edirlər ki, mərhum "Rafiq Masallinski" kimi tanınan kriminal avtoritet Rafiq Eyvazov üzərində alçaldıcı divanın təşkilatçısıdır. O, Nadir Səlifovun ən amansız "cəllad"larından biri idi. Rafiqi məhz Elşən restorana görüşə çağıraraq onun üzərində açıq məhkəmə təşkil edib.
Mənbələr bildirirlər ki, son qətl kriminal aləmdəki qruplaşmalar arasında qarşıdurmanın yeni səviyyəyə çıxdığını göstərir.
Lənkəranski ilə bağlı elə xəbər yayıldı ki...Lənkəranski ilə bağlı elə xəbər yayıldı ki...Mənbə: publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 5128   Tarix: 18 sentyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanlı gənc parkinqə görə adam öldürdü

Rusiyanın Moskva şəhərində qətl hadisəsi olub. yerli KİV-ə istinadla bildirir ki, hadisə aprelin 17-də axşam saatlarında Krasnodarskaya küçəsindəki binalardan birinin girişində baş verib. 25 yaşlı oğlan bıçaqlanaraq öldürülüb. Cinayətdə hadisə yerindən qaçan 22 yaşlı azərbaycanlı şübhəli bilinir. Münaqiş

18 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı

15 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Bakıda kişi qardaşını qətlə yetirib: "Hamımızın başına oyun açırdı"

Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə ittiham olunan Bayram Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Reyhan Fətəliyeva ifadə verib. O bildirib ki, təqsirləndirilə

25 aprel
.

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA

Aprelin 18-də Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevin Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırması iddiası ilə bağlı bəzi detallar məlum olub. Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıye

24 aprel
.

Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. "Qaynarinfo"nun məlumatına görə, general xidmət rəisi işlədiyi müddətd

26 aprel
.

Müğənnini öldürən ərinə hökm oxundu

Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkd

3 aprel