Azərbaycan-Belarus biznes-forumu keçirilib -FOTO
Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belarus biznes-forumu keçirilib.
Sonxeber.az bildirir ki, Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Belarusdan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, əczaçılıq, İKT, turizm, konsaltinq, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak edib.
AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Belarus iqtisadi əlaqələri və əməkdaşlıq imkanları barədə məlumat verib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycanla Belarus arasında illik ticarət dövriyyəsinin artaraq 100 milyon dollara çatdığını qeyd edib, iki ölkənin iş adamları arasında əlaqələrin genişləndiyini vurğulayıb, iqtisadi-ticarət əməkdaşlığının inkişafında Belarusda yaradılan Azərbaycanın ilk Ticarət Evinin əhəmiyyətini diqqətə çatdırıb.
Belarusun Ticarət Sənaye Palatasının rəhbəri Vladimir Ulaxoviç Azərbaycan iqtisadiyyatına ölkəsində marağın böyük olduğunu, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını vurğulayıb. Vladimir Ulaxoviç yeni biznes əlaqələrinin qurulması baxımından işgüzar görüşlərin və biznes-forumların əhəmiyyətini diqqətə çatdırıb, hər iki ölkənin iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Biznes-forum çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Belarusun Ticarət Sənaye Palatası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBitkoinin qiyməti 42 min dollara yaxınlaşdı
Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 840 ABŞ dollarına çatıb. xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,94 %, son 7 gün ərzində isə 23,40 % bahalaşıb. Nəticədə onun kapitallaşması 783,73 milyard dollara çatıb. Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan "Ethereum"u
1 avqust 2021Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA
Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il
6 may 2021Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB
2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre
13 may 2021Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır
Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç
19 avqust 2021Azərbaycanın əsas ixrac-idxal tərəfdaşları AÇIQLANDI
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub. xəbər verir ki, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər bir
16 may 2021Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA
Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa
19 may 2021