Bakıda sahibsiz itlər birkalanacaq

Bakıda sahibsiz itlər birkalanacaqBakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi tərəfindən sahibsiz itlərin birkalanmasına (nömrələnməsinə) başlanacaq.

İdarənin rəisi Mübariz Hüseynov APA-ya açıqlamasında bildirib ki, bu işlər gələn həftədən etibarən həyata keçiriləcək.

Onun sözlərinə görə, ilkin olaraq gündə 10-15, ayda isə 100-150 it birkalanacaq: "Birkaların üzərində rəqəmlər olacaq, bununla da bilinəcək ki, itlər idarə tərəfindən götürülüb, peyvənd olunub, quduzluğa qarşı vaksinasiya edilib, axtalanıb, rəqəmlənərək təbiətə buraxılıb. Bu vaxta kimi idarə tərəfindən sahibsiz heyvanların, itlərin birkalanması həyata keçirilməyib, sadəcə, itlər yerlərdən götürülərək quduzluğa və təhlükəli xəstəliklərə qarşı sterilizasiya edildikdən sonra yenidən təbiətə buraxılırdı. Bu da həmin itlərin növbəti dəfə təkrarən götürülməsinə ehtiyac yaradırdı. Lakin itlər birkalandıqdan sonra rəqəmlənəcək və onların təkrar götürülməsinə ehtiyac qalmayacaq. Bu gün Balaxanıdakı sığınacaqda artıq 600-700 it var".

M.Hüseynov qeyd edib ki, gün ərzində təxminən 15-20, bəzi hallarda 30-a qədər it ərazilərdən götürülür. Onun sözlərinə görə, sahibsiz itlərlə bağlı daha çox müraciətlər şəhərətrafı qəsəbələrdən, Səbail, Binəqədi rayonlarından və bağ massivlərindən olur.

İdarə rəisi vurğulayıb ki, sahibsiz heyvanların müxtəlif ərazilərdən götürülməsi yalnız vətəndaşların yazılı və 24 saat ərzində fəaliyyət göstərən 565-09-26/27 nömrəli telefona şifahi müraciəti əsasında həyata keçirilir: "Hazırda idarənin 3 xüsusi təyinatlı maşını var və onlar gün ərzində şəhərdə olaraq vəziyyətə nəzarət edir. İlin sonuna kimi Bakı şəhərində bütün sahibsiz itlərin zərərsizləşdirilməsi nəzərdə tutulur. Bu gün insanlarda itlərə qarşı müəyyən xof var. Lakin onlar bilməlidir ki, şəhərdə olan itlərin əksəriyyətinə quduzluğa qarşı vaksin vurulub, zərərsizləşdirilib".

İdarə rəisi əlavə edib ki, sahibsiz heyvanlara qarşı mübarizədə onlara İDEA İctimai Birliyi tərəfindən yaxından köməklik edir. Onun sözlərinə görə, ay ərzində idarə tərəfindən müxtəlif ərazilərdən götürülən itlər İDEA İctimai Birliyinin Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzinə verilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1429   Tarix: 20 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel