Azərbaycanda direktor toya nəmər əvəzinə diplom "saldı"

Azərbaycanda direktor toya nəmər əvəzinə diplom "saldı"Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Ramiz Məmmədov barəsində cinayət işi açılsa da, onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edir. Hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Prokuror R.Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı R.Məmmədov barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilərək məhkəmə zalından həbs edilməsin istəyib.

Bu iş üzrə R.Məmmədov bütün zərərçəkmişlərlə razılığa gəlsə də, iki zərərçəkmişlə barışıq əldə edə bilmir. Buna səbəb isə R.Məmmədovun dəymiş zərəri ödəməməsidir.

Hər iki zərərçəkmiş övladlarının instituta qəbul edilməsi üçün R.Məmmədova külli miqdarda pul verdiklərini, lakin sabiq direktorun nə vədinə əməl etdiyini, nə də pullarını geri qaytardığını deyirlər.

Həmin zərərçəkmişlərdən İdris Əliyev övladını instituta qəbul etdirməsi üçün R.Məmmədova 16 min manat, digər zərərçəkmiş Mahir Həsənov isə 7 min 250 manat verdiyini bildirir.

Qeyd edək ki, Gəncə filialı bağlanarkən Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı idi. İnstitutun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində Aqiyə Naxçıvanlının imzası olub.

Sabiq rektor isə bu məsələ ilə bağlı danışarkən etiraf edib ki, uzun illərdir, institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olub və buna görə də dəfələrlə daxili yoxlamalar aparıb. Məhz bu saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə də özü müraciət edib.

Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub və yalnız 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunmuşdu.

Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.

Bu işlə bağlı saytın əldə etdiyi digər yenilik isə R.Məmmədovun director işlədiyi müddətdə satdığı diplomların sayı ilə bağlıdır. Məlum olub ki, təkcə Təhsil Nazirliyi tərəfindən başladılan yoxlama zamanı 7 minə yaxın saxta diplom müəyyən edilib. Hələ bu rəqəm R.Məmmədovun 2014-cü ildəki fəaliyyəti dövrünə təsadüf edir. Uzun illər director vəzifəsini tutan R.Məmmədovun əvvəlki fəaliyyətində də minlərlə saxta diploma imza qoyduğu məlum olub.

R.Məmmədovun əməlləri ilə bağlı daha bir ilginc məqam da üzə çıxıb. Əldə etdiyimiz məlumata görə R.Məmmədov direktor olduğu müddətdəki əməlləri ilə insanları təəccübləndirə bilirmiş. O, vəzifəsini, saxta diplom düzəltmək "bacarığını" açıq-aşkar şəkildə reklam etməkdən, bu əməlini ətrafdakılara nümayişkaranə şəkildə göstərməkdən də çəkinmirmiş. Məlumata görə, R.Məmmədov iştirak etdiyi toy məclislərindən birində nəmər əvəzinə direktoru olduğu institutun diplomunu göndərib. O, toy məclsinin sahibinə həmin diploma övladının ad və soyadını yazmasını, ixtisas seçməsini istəyib…


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3902   Tarix: 21 oktyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

25 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Qalmaqala səbəb olan "23 aprel" şousu: Balaca uşaq Dilan Polat kimi hərəkətlər etdi - FOTO+VİDEO

Aprelin 23-də məktəb tədbirində balaca uşağa Dilan Polat təqlidini etdiriblər. türk mediasına istinadən xəbər verir ki, sözügedən tədbirdə azyaşlının çıxışı tənqidlərə səbəb olub. Belə ki, Uşaqların çıxış etdiyi şouda çəhrayı don geyinmiş, saçlarına saxta dollar taxmış balaca qız Dilan Polatın Enerc

25 aprel