Prezident göstəriş verdi
"Dövlət başçısının tıxacların aradan qaldırılması ilə bağlı xüsusi göstərişləri var. Planda Babək prospektinin genişləndirilməsi də nəzərdə tutulub".
Bu sözləri "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov "ASAN Radio"nun "QəbuldASAN" verilişində deyib.
Onun sözlərinə görə, yolun genişləndirilməsi "Ramstore" qovşağından Yeni Günəşliqəsəbəsinə qədər olan hissə üçün planlaşdırılır:
"Eyni zamanda Heydər Əliyev prospektindən, yəni "İnter" stadionunun yanından Babəkprospektinə 4 hərəkət zolaqlı yol olan çıxış verməliyik. Bütün bu işlər 2018-ci ilin Bakı şəhər planında yer alıb. Bundan başqa, Nobel prospektini də yenidən təmir etmək niyyətindəyik".
ASC sədri vurğulayıb ki, Azərbaycanda ödənişli yollardan istifadəyə keçmək prezidentin birbaşa göstərişidir: "Tövsiyəyə uyğun olaraq ilkin mərhələdə iki magistral yolun ödənişli olması təklifini vermişik. Qiymətlərlə bağlı Nazirlər Kabinetinə təkliflər verilib və Tarif Şurasının onu təsdiq etməsi gözlənilir. Beynəlxalq yolların təcrübəsindəki tariflər nəzərə alınıb".
Mənbə: publika.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 7709 Tarix: 12 noyabr 2017
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİranın mədəniyyət naziri Azərbaycana gələcək
İranın mədəniyyət naziri Məhəmməd Mehdi İsmaili Azərbaycana gələcək. Bu barədə nazir yerli mediaya açıqlamasında bəyan edib. Onun sözlərinə görə, səfərin məqsədi region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması yolunu davam etdirmək və beynəlxalq sammitdə iştirak etməkdir. M.M.İsmaili rəsmilərl
29 aprelPrezident: "Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub"
"Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusund
1 mayErmənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - YENİLƏNİB
Ermənistanın Tavuş vilayətinin Kirants kəndində aksiyalara qoşulan hərbi qulluqçular cinayət məsuliyyətinə cəlb olunublar. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, erməni zabit A.Ç. və gizir F.B. 12 sıravi müqaviləli hərbçiyə etirazların baş verdiyi əraziyə getmələrini tapşırıb
27 aprelAzərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO
Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirini
29 aprel