Paytaxtda 3 metr dərinlikdə çuxura düşən şəxs xilas edildi

Paytaxtda 3 metr dərinlikdə çuxura düşən şəxs xilas edildiYasamal rayonunda 3 metr dərinliyində çuxura düşən şəxs xilas edilib.

Sonxeber.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər çuxura düşərək köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı dərinliyi 3 metr olan çuxurdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə   Baxılıb: 1559   Tarix: 13 noyabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR



vipemlak.az