Gürcüstanda dizel bahalaşdı

Gürcüstanda dizel bahalaşdıGürcüstanda son 2 ayda yanacağın qiymətində artım müşahidə olunur.

Bu barədə APA-nın yerli bürosu Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadla məlumat yayıb.

Qeyd edilir ki, yanacağın qiyməti orta hesabla 10 tetri bahalaşıb. Oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.

Gürcüstanda yanacağın artması dünya bazarında neftin qiymətinin artması, dollar və avronun milli valyuta olan lariyə qarşı bahalaşması ilə əlaqələndirilir.

Hadisə   Baxılıb: 606   Tarix: 14 noyabr 2017  
Facebookda Paylaş




DİGƏR MARAQLI XƏBƏRLƏR