Deputatlar nə qədər qazanır? – MAAŞ, MÜAVİNƏT VƏ GÜZƏŞTLƏR

Deputatlar nə qədər qazanır? – MAAŞ, MÜAVİNƏT VƏ GÜZƏŞTLƏRXəbər verildiyi kimi, bir qədər əvvəl Mill Məclisdə 2018-ci il üzrə büdcə müzakirələri aparılarkən bəzi deputatlar maaşlarının artırılmasını tələb etmişdilər. Deputatlar bunun onunla əsaslandırmışdılar ki, hazırkı əməkhaqları onlara normal fəaliyyət göstərmək üçün kifayət etmir.

Sonxeber.az xəbər verir ki, bununla əlaqədar olaraq FED.az Azərbaycanda Milli Məclisin deputatlarının əməkhaqqı və imtiyazlarını araşdırıb. Araşdırma göstərir ki, minimum əməkhaqqının 116 manat, pensiyanın isə 110 manat (hər iki rəqəm deputatların özü tərəfindən təsdiqlənib – red.), orta əməkhaqqının isə 550 manat olduğu ölkədə deputatların maaşları və imtiyazları ilə nəinki həm dolanmaq, həm də işinin öhdəsindən gələrək cəmiyyətə fayda vermək mümkündür. Gəlin rəqəmlərə nəzər salaq.

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti Milli Məclisə mənsubdur. Milli Məclisin tərkibi 125 deputatdan ibarətdir.

Seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaş qanunla nəzərdə tutulmuş qaydada Milli Məclisə deputat seçilə bilər.

Həmçinin deputat seçilməyə namizəd olan şəxsə ali təhsilin olması ilə bağlı hər hansı bir şərt qoyulmayıb. Milli Məclisin deputatı toxunulmazdır və vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək səlahiyyətinə malikdirlər.

Məlumdur ki, hər bir şəxs kimi deputatların da maddi təminatı vardır. Bu da öz növbəsində hər ay vəzifə maaşı və deputatlar səlahiyyətlərini yerinə yetirilməsi ilə əlaqədar olaraq vergilərdən tam azad olunmuş pul təminatından ibarətdir. Eyni zamanda, özünün nümayəndəlik səlahiyyətlərini yerinə yetirmək üçün hər il vəzifə maaşının 2 ( iki) mislində müavinət alır.

Bəs Milli Məclis deputatlarının vəzifə maaşı nə qədərdir?

Milli Məclisin sədrinin müavini, komissiya və komitə sədri, müavinləri, deputatların vəzifə maaşları Milli Məclisin sədrinin vəzifə maaşına faiz nisbətində müəyyən olunur.

Belə ki, Milli Məclisin sədri 2250 manat miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi (2025 manat), Milli Məclis sədrinin müavini - 85 faizi (1912 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1800 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1687 manat), Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi (1575 manat) miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar (787-1125 manat arasında).

Milli Məclisin deputatları üçün əlavə hansı təminat və öhdəliklər vardır?

Səlahiyyət müddəti deputatın tam iş stajına daxil edilir və bu müddət bitdikdən sonra işə düzələnədək 1 (bir) il ərzində vəzifə maaşının 80 faizi miqdarında müavinət alır. Milli Məclis tətilə buraxılan zaman deputatlara məzuniyyət verilir və bu müddət ərzində istirahət,müalicə xərclərinin qarşılanması üçün 2 (iki) aylıq vəzifə maaşı miqdarında müavinət alır.

Deputatın mənzil təminatı qanunla tənzimlənir.

Belə ki, Bakı və Sumqayıt şəhərlərində, habelə Abşeron rayonunun hüdudlarında mənzili olmayan deputata səlahiyyət müddətində xidməti mənzil, bu mümkün olmadıqda yaşayış xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Deputatın daimi yaşadığı yer telefonla təchiz edilir.

Deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq Bakı hüdudlarından kənara gedən deputat nəqliyyat vasitəsi ilə təmin edilir, həmçinin ölkə daxilində dəmiryolu, su, hava, avtomobil nəqliyyat vasitələrindən istifadə üçün sənədləri növbədənkənar əldə etmək hüququna malikdir.

Dövlət deputatın təhlükəsizliyinə zəmanət verir və səlahiyyət müddəti ərzində hərbi toplanış və çağırışdan azad olunur.

Deputat mütəmadi olaraq seçicilərlə əlaqə saxlaması, ölkənin hər şəhərində və rayon mərkəzində seçicilərlə görüşü üçün otaqla təmin olunur.

Deputatın mənzili, əşyaları, nəqliyyat vasitəsi, sənədləri, rabitə vasitələri və yazışmaları toxunulmazdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2758   Tarix: 16 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"İranın Azərbaycana dostluq mesajları verib, Təbrizdə Ermənistanın baş konsulluğunu açması düzgün və etik deyil" -Politoloq

Yaxın zamanlarda Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq. Bununla bağlı Ermənistan hökumətinin iclasında qərar qəbul edilib. Eyni zamanda, baş konsulun əldə edəcəyi maaş da açıqlanıb. Bildirilir ki, konsulun gəliri 2565 dollar həcmində təyin edilib. Təbrizdə Ermənistanın baş konsulugun açıqlmas

26 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində iştirak ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

24 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel