8 dəfə əməliyyat olunan Ramiz Əzizbəyli: "Anam gərək məni bu dünyaya gətirməyəydi" - FOTO

8 dəfə əməliyyat olunan Ramiz Əzizbəyli: "Anam gərək məni bu dünyaya gətirməyəydi" - FOTOƏslində, onunla çoxdan görüşməliydik. Hər dəfə də təxirə düşən bu görüşdə günahkar mən idim: onu xəstə halda yorğan-döşəkdə görmək istəmirdim. Elə uzaqdan-uzağa maraqlanır, müalicə olunduğunu, hətta bunun üçün tez-tez Türkiyəyə getdiyini də bilirdim.

Bu dəfə isə səsi gümrah gəldi: "Ay qardaşqızı, bəs sən bizə nə vaxt gəlirsən?" deyə, soruşanda tərəddüd etmədən "elə bu gün", dedim.

... Zəngi basıram. Yerə dəyən çəlik səsi eşidilir və... qapını özü açır. Ümidsiz və çarəsiz halda Türkiyəyə yola salınan Ramiz Əzizbəyli gələn qonağına özü qapı açmışdı. Sevincim hədsiz idi...

Sonxeber.az yenicag.az-a istinadən aktyor-rejisor Ramiz Əzizbəylinin müsahibəsini təqdim edir:

- Həmişə ayaq üstdə sənətkar.
-Demə, demə... Sənətkar yaman yıxılmışdı, amma göydə Allahın, yerdə də türk həkimlərinin köməkliyi ilə həyata qayıtdım. Bir də bax, bu qızın sayəsində... ( həyat yoldaşı Zümrüd xanımı göstərir - red.) Xoş gəlmisən, ay qardaşqızı, keç otur. (Ramiz Əzizbəyli rəhmətlik atamla dost olduğu üçün mənə həmişə "qardaşqızı" deyir - red.).

"Qardaşqızı" olmağıma baxmayın, Ramiz Əzizbəylinin evinə ilk gəlişimdir. Qonaq otağına keçirəm. Divardan aktyorun yağlı boya ilə çəkilmiş iki şəkli boylanır. Ortalıqda şirniyyatlar düzülmüş masa var. "Gəl burda otur, - deyir, - bayaqdan çay içmirəm ki, Zakirə gələcək".

- Çayı neynirəm, səni görməyə gəlmişəm.
- Əlhəmdülillah yaxşıyam. Bu günə min şükür. Hər gün Allahla danışıram. Deyirəm, ömür ver, yarımçıq işlərimi tamamlayım.

- Hansı yarımçıq işin qalıb ki?
- Xəstəxanada olanda 80-nə yaxın məqalə yazdım. İndi o yazıları yığıb, 3-cü kitabımı çıxartmaq fikrindəyəm.

- Demək, xəstəxanada darıxmırdın...
- Nə darıxmaq? Bütün günü yazırdım, özü də sol əllə...

- Bəs Zümrüd xanım neynirdi?
- Məni bəhanə edib getmişdi. Arvadı yanımda tapmırdım, bütün günü Bursanı gəzirdi . (söhbətə Zümrüd xanım da qoşulur)

Zümrüd xanım
- O qədər gözəl yerdir ki... İnan, böyük məmnuniyyətlə orda yaşamaq istərdim. İnşallah, bir aya yenə qayıdırıq ...

- Ramiz müəllimin müalicəsi yarımçıq qalıb deyəsən...
- Hə, Bakıya qayıtmağa məcbur olduq. Qızım ana olacaq, oğlan nəvəm gəlir.

- Ay gözünüz aydın, demək, tezliklə, Ramiz Əzizbəyli doğulacaq?

Ramiz müəllim:
- (gülür) İki qızım var, 1 qız nəvəm... İndi də oğlan nəvəm gəlir. Amma adını Mirzə qoyacaqlar, Ramiz adını qardaşım öz nəvəsinə qoyub. Körpənin 2 ayı tamam olan kimi yenə dönürük Bursaya...

- Deyəsən, bu gedişlə elə birdəfəlik köçüb orda qalacaqsız...
- Bursa cənnət guşəsidi. Heç qayıtmaq istəmirdik. İnsanları o qədər mehribandır ki... Xəstəxanada olanda avqustun 2-də məni Milli Kino günü münasibətilə təbrik etdilər. Hətta baş həkim mənə üçayaqlı əsa da bağışladı.

- Bu suala görə məni bağışlayarsız yəqin... Deyirlər, insan hansısa xəstəlikdən əziyyət çəkəndə bunu, günahının əvəzi kimi dəyərləndirir. Ramiz Əzizbəyli hansı günahının cəzasını çəkir?
- (gülümsünür) Ramiz Əzizbəyli "vışşı" oğlandı. Ramiz Əzizbəyli elə-belə kişi deyil ey... Gör kimin nəticəsiyəm. Mənim soyadım ulu babam Əziz bəyin adı ilə bağlıdır. Onu Bakıda az qala hamı tanıyırdı. Çox dövlətli olub. Gəmiçiliklə məşğul imiş. Abşeronun böyük bir ərazisində meyvə bağları, Bakıda xeyli mülkləri, dəyirmanları olub Əziz bəyin...

- Deyəsən, o boyda var-dövlətdən sizə ancaq soyadınız qalıb.
- Necə də düz dedin. Sovet hökuməti hər şeyi bizimkilərin əlindən alıb. Ağlım kəsəndən atamı əli Quranlı görmüşəm. Çox sonralar öyrəndim ki, o, Təzə Pir məscidindəki indiki Ruhani məktəbinin əsasını qoyanlardan olub. Təsəvvür edin ki, o boyda bəy nəslinin, o boyda var-dövlətin yeganə varisi olan atam Hacıağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini Yasin oxumaqla dolandırıb.

Mən ailənin sonbeşiyi olmuşam. Anam danışardı ki, çox çəlimsiz, arıq uşaq idim. Elə hey deyinirmiş ki, "ay kişi, saçının-saqqalının bu vaxtında neynirdin bu uşağı?" Atam rəhmətlik də deyərmiş ki, "ay qız, dinmə, bizə qalan elə bu olacaq". Atam düz deyirmiş, onlar dünyasını dəyişənə qədər qayğılarını çəkdim, "uf" da demədim.

- Yəni demək istəyirsən ki, heç günahın olmadı? Axı qəbahətsiz bəndə olmur.
- Günah odur ki, kiminsə evini yıxasan, dalınca danışasan, böhtan atasan. Mən kişi oğluyam, belə işləri bacarmamışam. Mənim aləmimdə insan hansı sənətin sahibi olursa-olsun, fərq etmir, əsas odur ki, adam olsun. Məni tanıyanlardan heç kim deyə bilməz ki, Ramiz Əzizbəyli hansısa filan alçaq hərəkəti edib. Açığı, paxıllığımı çəkən, ayağımın altını qazan çox olub. Mənsə bunların heç birini ağzıma alıb danışmamışam. Bir səhvim olub ki, içmişəm. Amma indi tərgitmişəm.

- Bəs bu qıza heç əl qaldırmısan?
- (gülür) İndi arada olub da... Amma mən onu çox istəmişəm.

Zümrüd xanım
- Belə deməyinə baxmayın, Ramiz çox çətin adam olub. Qısqanc idi. Yaman idi... Heç kimə sözümü deyə bilmirdim. Amma ürəyi qızıl olub. Qızların ondan ötrü ürəyi gedirdi. Bilirdim pərəstişkarları çoxdur. Başa düşürdüm ki, sənətkardır, ona görə də qısqanmırdım onu. Mən özüm də sənətkarlar əhatəsində böyümüşəm: rəhmətlik Möhsüm Sənaninin bacısı nəvəsiyəm.

Ramiz müəllim:
- Bu qıza şeir də həsr etmişəm:

Bu gözəl kimin gözəli?
Söhbəti şirin, məzəli
Bu qız eşqimin əzəli...

...O kitabı götür, həmin şeir orda var. Adını hallandırmamışam. Yazmışam: Z. xanıma... Oxu onu.

Bax, 70 yaşım olacaq. Bu gün sağamsa, bu gün səninlə danışa bilirəmsə, bunda bu qızın zəhməti danılmazdır. O, mənim hər nazımı çəkib. Özü xəstə ola-ola mənə qulluq edib. Əsl kişi qızı kimi... bir dəfə də olsun narazılıq eləmədi, əziyyətini dilə gətirmədi. Hər gün bilirsən Allahdan nə istəyirəm? Deyirəm, ay Allah, Zümrüdə heç nə olmasın. Məni ondan əvvəl öldür. (kövrəlir)

- Soruşmaq ayıb olmasın, neçə ildir bir yerdəsiz?
- Dekabrın 8-də 40 illiyimizdir. Həmin gün özümə toy çaldıracam. Sizi də dəvət edirəm.

- Bu, deyəsən üçüncü toy olacaq. Mən biləni sizin toyunuz iki dəfə olub.
- Bəs bu qıza gərək iki dəfə toy çaldıraydım da... (gülüşürük) O günləri yadıma saldın ey... Bir toyum şadlıq sarayında oldu, biri də "palatka"da... O "palatka" toyu heç yadımdan çıxmaz. Həmin gün bir tufan, bir qiyamət vardı ki... Bir yağış yağırdı, tut ucundan, çıx göyə... işıqlar da söndü. Rəhmətlik qardaşım Rafiqlə dostu maşınların farasını yandırıb, toyxananı işıqlandırdılar. Rəhmətlik Hamlet Xanızadənin bir "Zapı"sı vardı. 11 nəfəri yığır maşına ki gedirik Ramizin toyuna... Toy yerinə çatan kimi işıqlar sönür, bu yazıq da özünü itirir, maşını saxlaya bilmir, çırpır "palatka"ya... Təsəvvür elə, o qaranlıqda, o yağışda bir də gördük ki, mağarın böyrü uçdu. Dəhşətli mənzərə idi. İnan, bir adamın da burnu qanamadı. 11 nəfərin hamısı o maşının içindən salamat çıxdı.

- Deyir, adam dostlarını dar gündə tanıyar. Tanıdıqlarınız çox oldu?
- Oyyy...oyyy... Hamısını tanıdım, dostları da, qohum-əqrəbanı da.

Amma sağ olsun yaxşı dostları... unutmurlar. Hər gün gəlib baş çəkirlər. Alim Qasımov, Arif Babayev, Əlibaba Məmmədova qədər... hamı gəlir. Bircə Məmmədbağırdan başqa... Sağ olsaydı, o da gələrdi. O insanlarla nə qədər toyda olmuşam. Hamısı xətrimi çox istəyir.

- Xəstəlik sizə nəyi başa saldı?
- Həyatın şirinliyini başa düşdüm. Bu gün həyatdan ikiəlli yapışmışam. Düzdür, hamının bir vaxtı var, amma həyat o qədər şirindir ki... Heç kim deməsin ki, ölmək istəyir. Düz 8 əməliyyat keçirtdim. Hər dəfə narkozdan ayılanda Allaha mənə yaşamaq üçün yenə şans verdiyi üçün şükür edirdim. Yaman gözə gəldik.

Nəfs, nəzər yıxdı bizi...

- Bu gün ürəyinizdəki ən böyük inciklik kimdəndir?
- Anamdan. Onu tez-tez yuxumda görürəm. Ümumiyyətlə, mən yuxularımdan qorxuram. Nəyi görürəmsə, reallaşır. Anamdan isə çox incimişəm.

- Niyə?
- Gərək məni bu dünyaya gətirməyəydi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1865   Tarix: 19 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021