2025-ci ildə dünyada bunlar olacaq

2025-ci ildə dünyada bunlar olacaqAviasiya mühəndisi Peter H. Diamandis, həm də kosmik turizm sahəsində Space Adventures adlı ilk səyahət şirkətinin qurucusudur. Bundan əlavə, onun kosmik sahədə onlarla innovativ layihələri mövcuddur. Bütün bu təcrübələrinə əsaslanaraq, Peter 9 il sonra, yəni 2025-ci ildə dünyanın necə olacağı barədə proqnozlar hazırlayıb. Gəlin həmin proqnozlara birlikdə nəzər salaq.

Min dollara insan beyni

2025-ci ildə saniyədə 10 min trilyon əməliyyat həyata keçirə bilən kompüter yaradılacaq. Bu sürət insan beyninin məlumatı işləmə sürətinə bərabərdir. Bu cür aparatların qiyməti isə cəmi 1000 dollar olacaq.

Hər nöqtədə internet

"Hər nöqtədə internet" qlobal iqtisadiyyatı yeni pilləyə qaldıracaq: coğrafi sərhədlər əhəmiyyətini itirəcək və dünyanın müxtəlif hissələrindən olan insanlar reallıqda olduğu qədər virtualda da məhsuldar iş görə biləcəklər. "Hər nöqtədə internet" layihəsi çərçivəsində dünyada 100 milyard cihaz məlumatları toplamaqla məşğul olacaq.

Mükəmməl biliklər

Məlumat bazalarının müxtəlif çeşidli və çox sayda olması nəticəsində biz istədiyimiz yerdə istədiyimiz şeyi öyrənə biləcəyik. Dünya mükəmməl biliklərə çatmaq yolunda irəliləyir.

Sıx əlaqədə olan 8 milyard insan

Facebook (Internet.org), SpaceX, Google (Loon layihəsi), Qualcomm və Virgin (OneWeb) dünyadakı hər insana qlobal bağlantı verməyi planlaşdırır ki, bu bağlantının da bir saniyəsi bir meqabiti keçəcək qədər güclü olmalıdır. 8 milyard insan ən son texnologiyalar vasitəsilə sıx əlaqədə olacaq.

Tibb sahəsinin yenilənməsi

In this photo taken Wednesday, Nov. 6, 2013 Dr. Alan Shatzel, medical director of the Mercy Telehealth Network, is displayed on the monitor RP-VITA robot as he waits to confer with Dr. Alex Nee at Mercy San Juan Hospital in Carmichael, Calif. The robots enable physicians to have "beam" themselves into hospitals to diagnose patients and offer medical advice during emergencies. (AP Photo/Rich Pedroncelli)

Mövcud tibb müəssisələri məhvə doğru gedəcək və onlardan tamamilə fərqli və qat-qat daha effektiv yeni müəssisələr yaradılacaq. Minlərlə "start-up"lar, həmçinin də məlumat nəhəngləri (Google, Apple, Microsoft, SAP, IBM və s.) yeni və daha gəlirli (3.8 trln dollar) biznes modellərə keçid edəcəklər. Bu isə bürokratik klinika və xəstəxanaların sonu deməkdir.

Biometrik zondlama hər birimizi öz sağlamlığımızın sahibinə çevirəcək. Gen mühəndisliyində olacaq inqilabi dəyişiklik və yeni aparatlar sayəsində biz xərçəng xəstəliyinin, ürək və neyrogenerativ xəstəliklərin öhdəsindən gələ biləcəyik. Robotlaşdırılmış cərrahlar cərrahiyyə əməliyyatları həyata keçirəcək. Bu isə daha dəqiq və ucuz başa gələcək. Hər birimiz ürək, ciyər və digər bizə lazım olan şeyləri "yetişdirə" biləcəyik və ölənə qədər donor gözləməli olmayacağıq.

Artırılmış virtual reallıq

Facebook (Oculus), Google (Leap), Microsoft (Hololens), Sony, Qualcomm, HTC və digər nəhənglər tərəfindən edilən milyonlarla sərmayələr boş yerə sərf edilməyəcək. Öyrəşdiyimiz smartfon, kompüter və televizor ekranları yox olacaq – onları eynəklər əvəz edəcək. Eynilə Google Glass kimi olmasa da, buna bənzər bir şey olacağı güman edilir.

Robotlaşma

Bəşər övladı süni intellekti inkişaf etdirməyə davam edəcək. Əgər siz Siri kimi bir xidmətdən daha üstün bir şeyin olmayacağını düşünürsünüzsə, yanılırsınız. 10 il sonra daha mükəmməl sistemlərlə qarşılaşacağıq. IBM Watson, DeepMind və Vicarious çox güclü köməkçilərin yaradılması üzərində işləyir. Bu köməkçilər bizim biometrik məlumatlarımızı nüsxələyə, elektron poçtumuzu oxuya və danışıqlarımıza nəzarət edə biləcək./pahoo.az/


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2738   Tarix: 19 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25 aprel
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25 aprel
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24 aprel
.

Rusiyada 14 futbolçu oyundan əvvəl zəhərlənib

"Soçi" futbolçuları "Axmat"la oyundan əvvəl Qroznıda kütləvi şəkildə zəhərlənib. Baş məşqçi Robert Moreno 14 futbolçunun nahardan sonra halının pisləşdiyini bildirib. Futbolçular meydançaya çıxmağa hazır olmadığı üçün start heyətində dəyişiklik edilib

26 aprel
.

40 gün ərzində təkcə portağal yedi – "Özümü heç vaxt belə hiss etməmişdim"

Avstraliyanın Kvinslend şəhərindən olan Enn Osbourn 40 gün ərzində yalnız portağal yeyib və portağal şirəsi içib. xəbər verir ki, Enn Osbourn "Instagram"dakı səhifəsində yalnız meyvə əsaslı pəhrizlərini paylaşır. Bu yaxınlarda 40 gün portağal yeyəcəyini açıqlayan Osbourn bir çox insanın diqqətin

25 aprel
.

Qızıl bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,24% artaraq 2 348,2 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,91% artaraq 27,89 ABŞ dollarına bərabər olub

26 aprel
.

Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY

Rusiyanın Sankt-Peterburq şəhərində polis intihardan xilas etmək üçün gəldikləri şəxsi güllələyib. yerli mediaya istinadla bildirir ki, aprelin 26-da səhər saatlarında Anqliski prospekti 60 ünvanındakı mənzillərdən birində bir nəfər çoxlu həb içərək özünü zəhərləməyə cəhd edib. Bu barədə Admiralteysk

26 aprel
.

Ana 3 yaşlı qızını caduya görə öldürdü

ABŞ-da floridalı qadın bir qızını öldürüb, digərini isə şikəst etməkdə ittiham olunur. xarici mediaya istinadla xəbər verir ki, 36 yaşlı Joan Zefir 2022-ci ilin mayında həbs edilib. Qadın Painsian kəndindəki kilsənin yanında avtomobilində huşsuz vəziyyətdə tapılıb. Onun səkkiz yaşlı qızı yolun kənarında

26 aprel
.

O indi 15 yaşlı böyük oğlandır - "Filosof Atakan"ın son halı - FOTO

Türkiyədə 10 yaşı olarkən "Filosof Atakan" adı ilə tanınan Atakan Kayalar illər sonra yenidən gündəmə gəlib. xarici mətbuata istinadən xəbər verir ki, 10 yaşında ikən 5 ayda 250 fəlsəfə kitabı oxuyan və açıqlamaları ilə gündəmə gələn Atakan Kayalar indi 15 yaşındadır. Atakanın son 5 ildək

26 aprel