Nazirlikdən əmək müqavilələri ilə bağlı açıqlama

Nazirlikdən əmək müqavilələri ilə bağlı açıqlamaİşəgötürənlə işçi arasında fərdi qaydada bağlanılan əmək müqaviləsi əmək münasibətlərinin rəsmiləşməsini təsdiq edən və bu münasibətlərin şərtlərini əks etdirən vacib sənəd olmaqla işçinin əmək və sosial hüquqlarının müdafiəsinə əsaslı təminat yaradır.

Əmək müqaviləsi üzrə işçi ilk növbədə vacib olan onun həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək hüququ əldə edir. Müqavilə həmçinin işçiyə qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqı almaq və ya onun verilməsini tələb etmək hüququ verir. O, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina edə, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqı verilməsini işəgötürəndən tələb də edə bilər. Digər tərəfdən, əmək müqaviləsi üzrə işçi peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq üçün hüquqi imkanlar qazanır. İşçi əmək müqaviləsi bağlanılmadan çalışdıqda onun əmək və sosial hüquqlarının müdafiəsi çətinləşir, bir çox hallarda isə mümkün olmur.

Araşdırmalar göstərir ki, qeyri-rəsmi formada, əmək müqaviləsi olmadan əmək münasibətləri yaradaraq işlərin görülməsinə cəlb edilən insanlar onlara heç bir istirahət və məzuniyyət günləri verilmədən işlədilirlər. Əmək müqaviləsi üzrə çalışan işçilər isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən olunmuş həftələrarası istirahət günlərindən, minimum müddətdən az olmayan ödənişli əsas və əlavə əmək məzuniyyətlərdən, müvafiq hallarda sosial, ödənişli yaradığılıq və təhsil, eləcə də ödənişsiz məzuniyyətlərindən istifadə etmək hüquqlarına malik olurlar.

Qeyd olunanlarla yanaşı, əmək müqaviləsi işçinin gələcək sosial hüquqlarının müdafiəsinə əsaslı təminat yaradır. Müqavilə bağlandıqda işçi məcburi dövlət sosial sığorta olunmaqla fərdi uçot sistemində şəxsi hesaba malik olur. Bu da işçiyə həmin hesabda gələcək sosial təminat hüquqları, o cümlədən əmək pensiyası hüququ üçün vacib olan pensiya kapitalını formalaşdırmaq və onu mütəmadi şəkildə artırmaq imkanı verir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sığortaolunanlara məlumatların verilməsi" e-xidməti vasitəsilə hər bir işçi onun sığorta hesabında toplanan vəsaitlərin artım dinamikasını, işəgötürən tərəfindən onun fərdi sosial sığorta hesabına yönəldilən məcburi dövlət sosial sığorta ödəmələrinin həyata keçirilməsi ardıcıllığını izləyə bilər.

Vətəndaşlar bilməlidirlər ki, bağlanan hər bir əmək müqaviləsi işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyatdan keçirilməklə rəsmiləşdirilir və Elektron İnformasiya Sisteminə daxil edilməyən əmək müqaviləsi hüquqi qüvvəyə minmir. Elektron İnformasiya Sisteminə əmək müqaviləsinin bağlanması barədə məlumatlarla yanışı, eləcə də gələcəkdə ona tərəflərin qarşılıqlı rızılığı ilə dəyişikliklər edilməsi və ya əmək müqaviləsinə xitam verilməsi barədə məlumatlar da daxil edilir və bu barədə bildirişlər işəgötürən tərfindən işçiyə verilir. Elektron imza almaqda və ya müvafiq qaydada qeydiyyatdan keçməklə işçi bu bildirişləri Elektron İnformasiya Sistemindən sərbəst surətdə əldə edə və ya öz əmək münasibətləri ilə bağlı məlumatlarla günün istənilən vaxtında bir daha tanış ola bilər. Bunun üçün "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən istifadə olunur.

"İş yerinə dair arayış" e-xidməti vasitəsilə işçi müvafiq hallarda öz işəgötürəninə müraciət etmədən, öz iş yeri və əmək haqqı barədə elektron qaydada arayış da əldə etmək imkanına da malikdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2058   Tarix: 20 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

26 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

"Kəpəz" hospitalında əməliyyat olunan yeniyetmə öldü

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə ölüb. -a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Xalid Səmədov hüquq-mühafizə orqanlarına şikayət ünvanlayıb. O, şikayətində 13 yaşlı oğlu Murad Səmədovun "Kəpəz" hospitalında ürəyindən əməliyyat olunduğunu və əməliyyatda

26 aprel
.

"Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək" - "Cümü"yə 18 il həbs verildi

Kürdəmirdə dostunu güllələyərək qətlə yetirən 1968-ci il təvəllüdlü Cümşüd İsmayılovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Bildirilib ki, rayonda "Cümü" ləqəbi ilə tanınan Cümşüd İsmayılov keçmi

26 aprel
.

"Avropa Parlamenti gözündəki qara eynəyi çıxarıb Azərbaycana obyektiv baxmağı öyrənməlidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi aprelin 25-də Avropa Parlamenti Azərbaycan əlehinə növbəti qətnamə qəbul edib. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Avropa Parlamenti öz səlahiyyətlərindən kənara çıxır:. "Bu qurumun vəzifəsi Avropa Birliyinə daxil olan ölkələr üzrə ümumi normativ hüquq

26 aprel
.

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Sumqayıt Dövlət Universitetinə (SDU) rektor müşaviri təyin olunub. Bu barədə -a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, "Mercedes-Benz Consulting" şirkətinin süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin süni zəka üzrə doktorantı, Dövlət Proqram

26 aprel
.

Sabah 32 dərəcə isti olacaq

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-1

26 aprel
.

"Avropa Parlamenti Azərbaycanla bağlı son qərəzli qətnaməni qəbul etməklə öz ikiüzlülüyünü bir daha nümayiş etdirdi" - DEPUTAT

"Avropa Parlamentində Ermənistan və erməni lobbisinin təsiri altında olan bir sıra dairələr tərəfindən irəlilədilən bu qətnamə bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edi

26 aprel
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

26 aprel