Rusiya kanalında Sərkisyanı göstərib dedilər: "Gəzəyən qızdır, əri olsa da özünə sevgili tapıb..." - VİDEO

Rusiya kanalında Sərkisyanı göstərib dedilər: "Gəzəyən qızdır, əri olsa da özünə sevgili tapıb..." - VİDEORusiyanın NTV telekanalının "Görüş yeri" ("Mesta vstreçi") proqramında Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb.

Proqramda noyabrın 24-də imzalanan bu razılaşma "ümumerməni miqyasında tarixi hadisə" adlandırılıb. Deyilib ki, Ermənistan bununla guya müstəqil olduğunu göstərmək istəyib. Əslində isə Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığa Rusiyanın nəzarəti altında gedib. Hansı ki, həmin ərəfədə intensiv erməni-rus təmasları bunu təsdiqləyir.

Proqrama dəvət olunan ekspertlər isə Ermənistan barədə sərt fikirlər səsləndiriblər. Məsələn, politoloq Oleq Barabanov bildirib ki, Ermənistan Avropaya gərək deyil. "Burada məsələ sadədir-Avropa İttifaqında yaranmış çata Rusiya tərəfindən paz çalınması. Burada məsələ Avropaya deyil, Ermənistana aiddir. Ermənistan 2013-cü ildə Avrasiya İttifaqı və Avropa İttifaqı arasında seçim edə bilərdi. O vaxt Ermənistan Avrasiya İttifaqını seçdi, indi isə o azad deyil, bu ittifaqın üzvüdür. Bizdə Gömrük İttifaqı çərçivəsində sərhədlər yoxdur və Ermənistan troya atına çevrilib"-o deyib.

Siyasi araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə deyib ki, razılaşmanın imzalanması Ermənistanın Rusiya ilə münasibətlərinin korlanması deməkdir. "İrəvanda Rusiyaya qarşı iradlar var ki, pulu az verir. Bizdə Njde məsələsi ilə bağlı münaqişə də var, o, Hitlerin tərəfdaşıdır. Ermənistanda isə onu qəhrəman elan edib heykəl qoyurlar. Njde nasist cinayətkarıdır"-Markov bildirib.

Proqramın aparıcısı Olqa Belova isə Ermənistanın ünvanına tikanlı atmaca atıb. Onun sözlərinə görə, Ermənistan gəzəyən gənc qızdır, əri olsa da özünə gənc sevgili tapıb.

Proqramın həmin dəqiqələrinin videokadrlarını təqdim edirik.

Xatırladaq ki, Ermənistanla Aİ arasında razılaşmanın imzalanması ərəfəsində Rusiya Müdafiə Nazirliyinin telekanalı "Zvezda" Serj Sərkisyanı faşist Garegin Ndje ilə müqayisə etmişdi.

virtualaz/org


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4270   Tarix: 29 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru

10 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021