Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA

Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMAAzərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər

Məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən deputat Bəhruz Məhərrəmov bildirib ki, sülhməramlıların Qarabağ bölgəsində qalma müddəti 5 ildir:

"Rusiya müharibə dövründə müttəfiqi Ermənistana fasiləsiz yardım etsə də, Azərbaycana münasibətdə neytrallığını qorudu, habelə ərazi bütövlüyümüzə dəstəyini ifadə etməklə beynəlxalq hüquqa da hörmətlə yanaşdı. Cənab Prezidentin də dəqiq ifadə etdiyi kimi, Rusiya Ermənistanın müttəfiqi, bizim isə qonşumuzdur. Bu mənada biz rəsmi Moskvadan daha artığını heç gözləyə də bilməzdik. Ona görə bu mövqe bizi qane etdi. Nəticə etibarı ilə, Azərbaycan cəmiyyəti də, dövləti də, 10 noyabr bəyanatının şərti kimi, Rusiya sülhməramlılarının Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisində 5 il müddətinə müvəqqəti olaraq yerləşdirilməsinə dözümlü yanaşdı. Etiraf edək ki, bu dövr ərzində də bir neçə dəfə Rusiya prezidenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mühüm və ədalətli bəyanatlar verilib. Lakin, təəssüf ki,  sülhməramlıların fəaliyyətində biz eyni ədalətli siyasi xəttin inikasını nəinki görmədik, hətta separatizmi proteksiya etməklə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus birləşməsinin "sülh məramı" şübhə doğurmağa başladı. Əvvəlcə Azərbaycandan icazəsiz "humanitar" fəaliyyət, daha sonra separatçılarla müxtəlif birgə tədbirlər, eyni zamanda qanunsuz silahlı dəstələrin mövcudluğuna və Azərbaycan mövqelərini atəşə tutmasına göz yumulması məzmunlu çoxsaylı faktlar təkrarlanmağa başladı. Hətta mediada yayılan məlumatlara istinad etsək, bu günlərdə Azərbaycana üz tutmaq istəyən erməni ailəsi ilə aparılan "profilaktik söhbət"lə sülhməramlıların, öz mahiyyətlərinin əksinə, sülh və etimad mühitinə zərbə vurduqları qənaəti yaranır.

"Əlbətdə, bu cür fəaliyyət Azərbaycan tərəfini qane edə bilməz. İndi onların sayı ilə bağlı 10 noyabr bəyanatının şərtlərinin pozulması ilə bağlı yeni bir məsələ ictimai müzakirədədir. Bu faktın nə qədər həqiqətə əsaslandığını deyə bilmərəm, amma, açığı kontingentin bəyanatın 3-cü maddəsində müəyyən olunmuş saya uyğunluğuna mən də skeptik yanaşıram. Belə şübhələrin meydana çıxmasına sülhməramlıların bugünəqədərki fəaliyyəti kifayət qədər əsas verir. Lakin unutmamalıyıq ki, istənilən halda, 4 il sonra sülhməramlıların Azərbaycan ərazisində qalıb-qalmayacağı qərarını vermək rəsmi Bakının suveren hüququdur. İndi bəzi məqsədli adamlar cəmiyyətin beyninə yeritməyə çalışırlar ki, sülhməramlıların çıxması üçün Ermənistan da razılıq verməlidir. Amma əsla belə bir şey yoxdur. 10 noyabr Bəyanatının 4-cü maddəsində açıq mətnlə yazılıb ki, sülhməramlı kontingentin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Belə ki, burada tərəflərdən birinin, yəni Azərbaycanın, xitam niyyəti kafidir. İkincisi, bu maddədə "tərəflər" ifadəsi Ermənistanı yox, Rusiya və Azərbaycanı ehtiva edir".

Deputat onu da vurğulayıb ki, sülhməramlılar Ermənistan-Azərbaycan sərhədində yox, Azərbaycanın suveren ərazisində müvəqqəti yerləşiblər və Ermənistanın bizim ərazilərimiz daxilində hər hansı proseslə bağlı söz hüququ ola bilməz:

"Bu mənada "tərəflər" dedikdə Azərbaycan və Rusiya nəzərdə tutulur. Necə ki, ərazi sahibi kimi, bizim sülhməramlıları 5 ilin tamamında çıxartmaq hüququmuz var, eləcə də biz istəsək belə, sülhməramlı kontingent sahibi kimi, Rusiyanın da burada daha 5 il qalmamaq, yəni müddət bitən kimi çıxmaq hüququ var. Yəni sülhməramlı meyarı müvəqqətidir. Sülhməramlı komandanlıq, eləcə də Rusiyanın bəzi dairələri bunu zamanında başa düşməlidir. Əks halda, Rusiya kimi bir dövlət bölgədə nüfuzunu və çəkisini əhəmiyyətli dərəcədə itirə bilər".

Rafi Müslümov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2912   Tarix: 10 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021